Cümə, 05 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Çempinlar Liqasının formatı tamamilə dəyişdiriləcək

2024-cü ildən sonra Çempionlar Liqasında (ÇL) çoxlu dəyişiklik ola bilər.

Bu barədə Avropa Klublar Birliyinin (ECA) İşçi Qrupunun sədr müavini, "Qarabağ"ın baş meneceri Asif Əsgorov məlumat verib. ECA-nın İşçi Qrupunun son iclasının gündəliyindəki məsələlər barədə danışan A.Əsgərov bildirib ki, hazırda 2024 - 2027-ci illərdəki avrokubokların formatı müzakirə edilir. Lakin o, ÇL-in müzakirə edilən yeni formatı ilə bağlı tam açıqlama verə bilməyəcəyini bildirib.

"Qarabağ" rəsmisi əlavə edib ki, məsələ müzakirə edildiyi üçün detalları açıqlaya bilməz: "Bu il Konfrans Liqası start götürəcək. İndiyədək Avropa Liqasında çıxış etmiş bir çox komanda orada çıxış edəcək. Amma Çempionlar Liqasına toxunulmadı. 2024-cü ildən sonra ÇL-in formatının tam dəyişilməsi gündəmdədir. Oyunların sayının artırılması, qrupların ləğvi və bu kimi məsələlər müzakirə edilir. Qrupsuz bir sistem olsun, hazırda bunu müzakirə edirik, 2024-cü ildən sonra başqa bir sistem gözlənilir. Lakin gizli saxladığımız üçün çox açıqlama vermək istəmirəm və detallarını deyə bilmərəm. 2024-cü ildən sonra Çempionlar Liqasının formatında böyük dəyişikliklər gözlənilir. Yəni, UEFA reytinqinə görə ölkələr 4 kateqoriyaya bölünür. Birinci kateqoriyada "böyük beşlik" ölkələri yer alır. Bu, hər zaman belə olub, onlar çalışırlar ki, özləri olan və daha qapalı Çempionlar Liqasında iştirak etsinlər. 3-4-cü kateqoriyadakı ölkələr isə çalışırlar ki, komandaların sayı artsın və bunlar daha çox vəsiqə qazana bilsinlər".

"Qarabağ" rəsmisi "Yeni format Azərbaycan təmsilçilərinə nə kimi xeyir verə bilər" sualına belə cavab verib: "Mən 2017-ci ildən İşçi Qrupundayam, əvvəl 2021 - 2024-cü illəri müzakirə edirdik. Hazırda 2024 - 2027-ci illərin müzakirəsi ilkin mərhələdədir. Bizim kimi ölkələrin əsas tələbi və marağı maliyyənin klublara nə qədər ayrılacağı, təsnifat mərhələsində klubların nə qədər qazanacaqlarıdır. Qruplar qalacağı təqdirdə, neçə qrup olacaq və neçə komanda iştirak edəcək? Bu kimi suallar var. Bizim kimi ölkələrin əsas marağı maliyyədir. UEFA-nın turnirlər üçün ayıracağı maliyyə vəsaiti gündəmdədir. Bildiyiniz kimi, Avropa Liqasının gəlirləri özünü ödəmir. Çempionlar Liqasından ora vəsait ayrılır ki, bu da Avropa Liqasında iştirak edənlərə ödənilir. Bizim kimi klubların nümayəndələri ECA-nın İşçi Qrupunun iclasında az təmsil edilir. Buna baxmayaraq, maraqlarımız digər klublarla kəsişir".

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar...” – Sensasion müsahibə

SMS icazə ilə bağlı Nazirlər Kabinetindən rəsmi açıqlama

Ağstafanın 35 yaşlı icra başçısında bu qədər pul hardandır? - Video

Qasparyan “günah keçisi” olaraq istifadə olundu... - Ermənistan müxalifəti ilə Rusiya arasında nələr olacaq?

ABŞ səfirliyində gizli görüş: “Qarabağdakı rus sülhməramlıları...” 

"Buna nəyə əsasən qərar veriblər, vallah, mənə çatmır" - Kamil Zeynallı

“Əlbəttə ki, Koçaryan Rusiyanın böyük dostudur, amma...” - Peskov

Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzovla bağlı qərar veriləcək

Ən çox oxunanalar