Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tünd çayın koronavirusa təsiri açıqlandı

Çay ağız suyunda koronavirusu öldürə bilər.

“İzvestiya” nəşrinin məlumatına görə, yaponiyalı alimlər tədqiqatlardan sonra belə qənaətə gəliblər.

Bildirilir ki, SARS-CoV-2 insandan insana əsasən hava-damcı yolu ilə ötürülür. Fərd asqırmasa və ya öskürməsə belə, virus insan söhbət edərakən nəfəs və tüpürcək hissəcikləri ilə ifraz edilə bilər. Kioto Tibb Universitetinin alimləri ağız suyunda koronavirusun təsirsiz hala gətirilməsinin yolunu tapıblar.

Onların sözlərinə görə, çay 10 saniyə ağızda saxlanarsa, tüpürcək nümunəsində virus tapmaq mümkün olmur. Bunun səbəbi çayın tərkibində virus ətrafındakı zülalı (hansı ki, hüceyrəyə nüfuz etməsinə kömək edir) parçalaya bilən maddələrin olmasıdır.

O da bildirilir ki, içkinin effektivliyinə onun temperaturu da təsir edir. Yüksək temperatur (çay isti olarsa) zülalı məhv edir və bununla da virusun daxil olmasının qarşısını alır.

Alimlər qeyd edirlər ki, çayda aşılayıcı maddələr, xüsusən də taninin var. Bu, çox güclü denatuasiyaedici maddədir və virusların zülalını məhv edir. Çay nə qədər tünd olarsa virusun təsirsiz hala gətirilməsinin təsiri o qədər yüksək olur.

Bununla belə, mütəxəssislər çayın müvəqqəti neytrallaşdırıcı funksiya daşıdığını deyərək, koronavirusun müalicəsində istifadə edilə bilməyəcəyini vurğulayıblar.

Belə ki, çay az miqdarda zərərsiz olsa da, həddindən artıq istehlakı dehidrasiyaya (orqanizmin susuzlaşmasına) gətirir. Alimlərin sözlərinə görə, virusun quru toxumalara yapışması daha asandır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar