Cümə, 05 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Döyüşdə silahları oğurlayıb, satırdıq”- Ermənidən etiraf

"Ermənistandan Qarabağa döyüşmək üçün gedən könüllülərin əksəriyyəti, habelə qarabağlı ermənlər silah, sursat və ərzaq alveri ilə məşğul olurdular. Onlar döyüşlər zamanı döyüşmək əvəzinə, silah satırdılar".

Ermənistanın Vanadzor bölgəsinin sakini Monte Maxsudyan Facebook profilində video paylaşaraq belə deyib. 44 günlük İkinci Qarabağ Savaşında iştirak etmək üçün Ermənistandan Xankəndinə yollanan və Hadrut istiqamətindəki döyüşlərə qatılmış M.Maxsudyan bir çox iyrəncliklərin şahidi olduğunu söyləyib.

"Avtomatları, əl qumbaralarını, patronları, pulemyotları, hər şeyi oğurlayıb satırdılar. Onların valideynləri övladlarının "qəhrəmanlıq"ları barədə təbii ki, sosial şəbəkələrdə yazan deyillər. Çünki Qarabağda əsl alver gedirdi. Satılıb-alınan silahla sursat sonradan Ermənistana daşınırdı. Belə qalib gələ bilərdik? Qətiyyən", - M.Maxsudyan deyib.

Harutyun Hakopyan isə bildirib: "Bu əclaflığı sadəcə, qarabağlı ermənilər etmirdilər. Yolla gedəndə gördük ki, Eçmiədzində 5 kişi yol qırağındakı qaçqın maşını soyurlar, qarət edirlər. Abovyanda isə silah alverçisini gözümün önündə tutdular. Ermənistanın Müdafiə Nazirliyi üçün müharibə həm də gəlir mənbəyi idi. Generallardan tutmuş, leytenantlara qədər yüzlərlə, minlərlə insan varlandı bu müharibədən. Ölən ermənilər isə, belə çıxır, kimsəyə gərək deyildi".

İrəvan sakini Anna Hovanesyan da Qarabağ savaşında ermənilərin alverlə məşğul olduqlarını təsdiqləyib: "Onlar evlərini qoyub qaçan erməniləri "şikar" sayırdılar. Sahibsiz qalan evləri qarət edir, dağıdır, yandırır, sonra da bütün bunları "azərbaycanlıların vəhşiliyi" kimi sırıyıdılar bizə. İş o yerə çatmışdı ki, döyüşlərdən birində bunkerdə olan komandirin maşınını oğurlamışdılar. Komandir həlak olandan sonra onun maşını Sisyanda tapıldı. Amma kimsənin o maşını qaytarmaq fikri yoxdu". /Milli.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar...” – Sensasion müsahibə

SMS icazə ilə bağlı Nazirlər Kabinetindən rəsmi açıqlama

Ağstafanın 35 yaşlı icra başçısında bu qədər pul hardandır? - Video

Qasparyan “günah keçisi” olaraq istifadə olundu... - Ermənistan müxalifəti ilə Rusiya arasında nələr olacaq?

ABŞ səfirliyində gizli görüş: “Qarabağdakı rus sülhməramlıları...” 

"Buna nəyə əsasən qərar veriblər, vallah, mənə çatmır" - Kamil Zeynallı

“Əlbəttə ki, Koçaryan Rusiyanın böyük dostudur, amma...” - Peskov

Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzovla bağlı qərar veriləcək

Ən çox oxunanalar