Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Evdə gedən “qan davası”nın arxasında hansı mafiya şəbəkəsi var?

İranda çox ciddi bir qolu olan, Krımda yaşamış, Kremldə qorunmuş, Londondan ciddi məsləhətlər almış və Təl-əvivdə cəsarət toplamış bir hərəkat indi Ağ Evin əsas gündəm maddəsi olub...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 19 yanvar 2021-ci il

Prezident Tramp, prokuror Robert Müller, FTB direktoru Ceyms Komi, həbsxanada öldüyü deyilən Cefri Epşteyn, sevgilisi Gileyn Maksvel, kürəkən Kaşner, vəfat etmiş, lakin amma “dərin münasibətlərin” dərin siması Roy Kon, Konqres basqını, ölümlər, Baydenin çıxışı, Türkiyənin Qərbə atdığı addımlar, Almaniyanın mülayimləşməsi və dünyada gedən rəqəmsal mübarizə... Yəqin ki, bütün bu proseslər arasındakı əlaqə hər kəsə maraqlı gəlir. Ona görə, gəlin məsələlərə daha yaxından baxaq.

Tramp prezident olub Ağ Evə gəldikdən sonra öncədən hazırlanan “Rusiya 2016-cı il prezident seçkilərinə müdaxilə etdi”, iddiası səs-küyə səbəb olmuşdu. Əslində, bu, ABŞ daxilində və dünyada gedən müharibənin qısa izahı idi. Ancaq daxildə heç kim heç nə başa düşmürdü.

Bu istintaq xüsusi səlahiyyətli prokuror Robert Müllerdə idi. Tədqiqat 2 il çəkdi, 448 səhifəlik bir hesabat hazırlandı Müller hesabatında 35 nəfərin və 3 şirkətin seçkilərə birbaşa müdaxilə etdiyini açıq şəkildə bildirdi. Ancaq “cinayət hesab olunan dəqiq bir sübut tapılmadı”, deyə qeyd edildi. Aydındır ki, həmin gün sövdələşmə öz nəticəsini veribmiş.

Prokuror Müller, bəlkə də yaxşı tanınmır, lakin o, FTB-nin keçmiş direktoru olmuşdu. O, bir əfsanə idi. Yerinə gətirilən Ceyms Komi də Müller kimi qurumun ən populyarlarından biri idi. Komi Müllerin açdığı yolu davam etdirirdi. Lakin ruslar radara düşəndə ​​işlər çətinləşməyə başladı.

Trampın yanında Maykl Flindən Paul Manaforta qədər bir çox şəxs Rusiya məsələsinə görə cavab verdi. Hadisə, düşünüləndən çox daha əhatəli idi, lakin heç kim bunu görmədi. Tramp FTB direktoru Ceyms Komini Rusiya məsələsinə görə vəzifəsindən uzaqlaşdırdı və bu da bir növ “qan davası”na çevrildi. İndi nə baş verən və sabah baş verəcək hadisələrin əsaslandığı nöqtə məhz budur.

1970-ci illərə qayıdaq. Tramp bir əl tərəfindən qorunur və davamlı olaraq irəli çəkilirdi. Buradakı ən önəmli şəxs sonrakı illərdə QİÇS-dən vəfat edən məşhur vəkil Roy Kondur. Əslində, Roy Kondan Epşteynə və Maksvelə qədər uzanan bir xətt var idi. Bu xətt istənilən nəticələri əldə edəcək qədər güclü idi. İntim dosyelərlə aça bilmədikləri bir qapı və kənarlaşdıra bilmədikləri heç bir sima yox idi.

Tramp iş həyatına Nyu-Yorkda başladıqda ilk getdiyi qapı Roy Kon idi. Kon Karmin Qalani və Entoni Salerno kimi qanqsterləri təmsil edirdi. Münasibətləri yeraltı dərinliyə doğru uzanıb gedirdi. Mafiya başçısı Pol Kastellano da onun hər dediyini edə bilən adamlardan biri idi. Kon elə qapıları açırdı ki, hətta Rupert Murdok da onun müştərisi oldu.

Konun dəstəyi Tramp üçün böyük yol açdı. O, hər problemi birtəhər həll edirdi. Ancaq vəkili Kon normal bir həyat yaşamırdı. Həm cinsi seçimləri, həm də münasibət şəbəkələri çox fərqli idi. O, Tramp üçün parlayan və yolunu açanlardan biri idi. Bu dəstəklə Tramp daha da böyüdü. Vəkili Kon isə yəhudi olmasına baxmayaraq, yəhudiləri heç sevmirdi. Bir müdət sonra QİÇS-ə yoluxdu. Lakin xərçəng olduğu açıqlandı. Beləcə, naməlum dərmanlar onun üzərində sınandı. Bir müştərisinin bütün əmlakını öz adına keçirdi. Məhkəmələrlə məşğul oldu, çünki işləri xeyli pozulmuşdu. Ancaq Tramp çox çox xoşbəxt idi. Hətta vəkili və sirdaşı Kona bir cüt misilsiz almaz qol düyməsi göndərmişdi. Yalnız Roy Kon öldükdən sonra bu almaz düymələrin saxta olduğu ortaya çıxmışdı.

Kon vəfat etsə də, təmsil etdiyi məktəb yenə davam edirdi. Sonra onu əvəz edən Cefri Epşteyn oldu. Bu məktəbin kritik ölkələrdə fərqli formalarda iş apardığı sirr deyildi. Bu, qlobal bir şəbəkə idi. Epşteyn səhnəyə çıxan kimi də Tramp tezliklə onun tərəfinə keçdi. Heç düşünmədən o məktəbə yaxınlaşdı. Təbii olaraq, gənclik illərində tanış olduğu Gileyn Maksvelə də yaxın oldu. Kondan sonra oyun daha da böyümüş və işinə içinə kral ailələri və balaca uşaqlar da daxil olmuşdu.

Məsələn, Bosniya müharibəsi zamanı 500 uşaq qaçırılırdı. Balaca uşaqlar yoxa çıxırdı. Onları kim gəlib aparırdı? Qəzet səhifələrində əks edilən itkin xəbərlərinin bir çoxu belə idi. Onu götürüb gedirdilər və ancaq itkiləri ilə bağlı xəbərlər verilirdi. Mərkəzi Kəşfiyyat İdarəsinin böyük əksəriyyəti bu işdə iştirak edirdi. Bildiyiniz kimi, 400 MKİ agenti cinsi oriyentasiyasına görə kənarlaşdırılırdı. Lakin bu xətt eyni səbəblərə görə də bir çox şəxsdən istifadə etmişdi. Dəqiq bilməsək də, dünyanın bir çox yerində qəbul edilən qərarların arxasında bu xətt dayanırdı. Heç kim də dərinliklərdə nələrin baş verdiyini görə bilmirdi.

İndi isə bu günə qayıdaq. Çünki bu hadisələr çox uzun və dərindir.

Tramp arxasındakı gücə söykənərək Ceyms Komini və prokuror Mülleri kənarlaşdırdı. Ancaq təşkilat daxilindəki ağıl və birlik heç vaxt boş dayanmadı. Cefri Epşteyni içəri salanlar, sorğu-suala çəkənlər və arxivinə baxanlar bunlar idi. Eləcə də, Trampı ən zəif yerindən vurdular. FTB Trampın qan davasına çevirdiyi dueli qəbul edib və daha dərinə getməyə başlayıb.

Fısıltılara görə, Cefri Epşteynin arxivinin böyük hissəsi FTB-də idi. Mövzu Kondan Epşteynə qədər uzanırdı. Yəni Trampın və onun yaxınlarının gizli tarixi masada idi. Üstəlik, yalnız Tramp deyil, kral ailəsinin üzvləri də həmin dosyenin içində idilər.

Konqres basqınından sonra yeni prezident Baydenin reaksiyası da çox sərt olub. Onun “bu bir şəbəkənin işidir”, sözləri hər kəsə məlumdur. Baydenin dediyi “şəbəkə” sözügedən həmin “xətt” idi. Kondan başlayan, Epşteynlə davam edən və Trampı, onun yaxınlarını və kral ailəsini də əhatə edən xəttin vətəni Krım ətrafı idi. Bu səbəbdən, “The Washington Post” qəzeti “Tramp Krıma qaçdı”, başlığı ilə saxta manşet yazdı.

Bu məktəbin Türkiyədə də davamçıları vardı və onlar da güclü idilər. ABŞ daxilində də hələ çox güclüdürlər. Ortada gedən oyun çox qaranlıq yollarla aparılırdı və görünür, oyunun qaydaları belə yazılmışdı. İvanka-Kaşner cütlüyünün tualeti ilə bağlı çıxan xəbər də davanın gedəcəyi yeri göstərirdi. İranda çox ciddi bir qolu olan, Krımda yaşamış, Kremldə qorunmuş, Londondan ciddi məsləhətlər almış və Təl-əvivdə cəsarət toplamış bir hərəkat indi Ağ Evin əsas gündəm maddəsi olub.

Proses çox ağır və qanlı olacaq. ABŞ-la mafiya şəbəkəsinin arxasında Feliks Saterə qədər uzanan görünməz bir dağ vardı. Yuxarıda adı çəkilən şəxslər isə sadəcə üzdə olanlar idi. Halbuki məsələ çox çox dərindir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar