Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacıbala Abutalıbovun qohumunun adı qalmaqalda

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun  qohumu yolkəsənlik edib. Bu haqda redaksiyamıza Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 45 saylı binada yaşayan Natiq Ələsgərov məlumat verib. Vətəndaş bildirib ki, yaşayış binasının altında yerləşən qeyri-yaşayış sahəsinin Azadxan adlı sahibi dükanın M.Əliyev küçəsinə çıxış hissəsində piyadalar üçün nəzərdə tutulmuş hissəni zəbt edib.

Vətəndaş deyir ki, sakinlər dəfələrlə Azadxandan piyada yolunun zəbtinə son qoyulmasına tələb ediblər: “Azadxan da deyir ki, heç kimdən və heç nədən qorxmur, piyada yolunu kəsməyə ona ”Memar-2" MTK-nın keçmiş sahibi Xədicə Mamant qızı Nəsirli icazə verib. Xədicə Nəsirli Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun yaxın qohumudur. Deyirlər ki, bibisi qızıdır. Fakt odur ki, Yasamal rayonu, M.Əliyev küçəsi, 45  ünvanında piyada yolu zəbt edilib, özbaşına tikili tikilib və piyadalar məcbur qalıb həmin hissədə maşın yoluna çıxırlar. Bu isə hər an təhlükə deməkdir. Üstəlik, mövcud tikinti qaydalarından, bu ünvandakı layihədən kənar çıxaraq Bakı şəhərinin gözəlliyini korlayır".

Vətəndaş Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edərək özbaşına tikilinin sökülməsini, piyadaların təhlükəsizliyinin təmin edilməsini, gediş-gəliş yolu açılmasını xahiş edib".

Vətəndaş piyada yolunun zəbt edilərək market tikilməsi əks olunan fotoları da redaksiyamıza təqdim edib. (musacat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar