Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz sizə nələr vəd edir

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik...

Qoç - siz və həmfikirləriniz uğur əldə edə bilərsiniz. Batininizdəki enerjini çölə çıxarsanız, daha aktiv fəaliyyət alınar. Hissiyatınıza güvənin - o, sizə doğru yol göstərəcək. Problemləri həll edin, işlərdə zəif "bənd"i tapın.

Buğa - bütün "cəbhə"lərdə işləri başa vurmağa çalışsanız, səhhətiniz zərbə ala bilər. Maraqlar dairəsini məhdud dairədəki işlər və tapşırıqlarla müəyyənləşdirin. İşdən sonra stressdən qurtulmağa imkan verən istənilən məşğuliyyət yaxşıdır.

Əkizlər - başladığınız hər işi tamamlayın. Yaxın ətrafınızdakı insanlar sizi yeni əməllərə, cari işdə yeni ideyaların axtarışına təşviq edə bilərlər. Lakin planlarınızın reallaşmasında müttəfiq sizdən uzaqdakı insan olacaq.

Xərçəng - Ay və Xərçəngin münasibətləri intellektual məşğuliyyətlə yanaşı, fiziki işlər üçün də əlverişlidir. Axşam saatlarında apatik, ətalətli istirahəti seçməyin. Aktiv olun.

Şir - maraqlı hadisələrin axarına düşərək yeni imkanlardan ruhlana bilərsiniz. Maraqlarınız və gözləntiləriniz hazırda sizdən uzaq olan nəsnə ilə bağlıdır. Həmin nəsnə hələlik əlçatmaz, amma istəniləndir.

Qız - bu gün axtarışda olmaq yaxşıdır. Yeni xəbərlər gözləyin. İnformasiya cazibədar olacaq, planları dəyişəcək. Axşama yaxın emosional ləngər vurma, bunun nəticəsi olaraq qəfil həllər və addımlar mümkündür.

Tərəzi - kiməsə yardım etmək, başqasının işini görmək ehtiyacı yarana bilər. Axşam saatlarında özünüzə diqqət yetirin. İmicinizin yaxşılaşdırılması yollarını düşünün.

Əqrəb - günün narahatlığı, işin gərginliyinin müqabilində yaxşı pul əldə etsəniz, rahatlaşacaqsınız.

Oxatan - çox rahat gündür. Məhsuldarlığa nail olmaq istəsəniz, diqqətinizi daha çox cəmləməli, aktiv çalışmalısınız. Sizə maraqlı gələn işlə məşğul olmasanız, rəqibi qabaqlamağa can atın.

Oğlaq - dəyərli təəssüratlar üçün uzağa yollanmağa ehtiyac yoxdur - hər şey yaxınlıqdadır. Çoxdan bələd olduğunuz nəsnələrin əslində indiyədək bəlli olmayan yönlərini anlamağa, görməyə çalışın. Axşam saatlarında sevimli insanı kiçik hədiyyə ilə sevindirin.

Dolça - yaxın ətrafınızdakı insanları yeniliklərin qaçılmazlığına inandırmaq istəyirsinizsə, arqumentləriniz və sübutlarınız maraqlı olmalıdır. Şəxsi həyatda dəyişikliklər ola bilər.

Balıqlar - maraqlı hadisələrin axarına düşəcək, ilham hissini duyacaq, yeni imkanlardan şövq alacaqsınız. Maraqlarınız və gözləntiləriniz indi yaxında olmayan nəsnə ilə bağlıdır. (Milli.Az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar