Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Siyavuş Novruzova əli çatan, ünü yetən dostlar varsa, desin ki...”

Siyavuş Novruzova əli çatan, ünü yetən dostlar varsa, desin ki, tələbənin oxuyaraq işləməsində qəbahət sayılacaq heç nə yoxdur. Amma gərək nümunə çəkdiyi ABŞ-dakı kimi tələbənin işləyə biləcəyi iş yerləri də olsun, onların əməyinə tələbatı olan biznes də olsun”.

PİA.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev deyib.

“Tələbə nədir, universitetdən məzun olanların hər 100 nəfərindən 20-25 nəfərinin özünə iş tapması barədə statistika açıqlansa, bunu YAP hakimiyyətinin çox böyük uğuru sayaram. Hələ orasını demirəm ki, məzun olan hər 100 tələbədən neçəsi öz ixtisası üzrə iş tapa bilir. Bu göstərici də 15-ə çatsa, YAP üçün daha bir uğur sayaram. Məzun izləyən universitetlər hanı? Kim deyər ki, məzun olan gənclərin hansı hissəsi universiteti bitirən il, hansı hissəsi sonrakı 3 ildə iş tapa bilir, ilk 1 və 3 ildə onların hansı hissəsi ixtisası üzrə işlə təmin olunur? Qulağa xoş gələn bəyanatlar verməkdən asan iş yoxdur bu dünyada. Ən çətini həmin bəyanatlarda səslənən fikirləri reallaşdıra biləcək fürsətlərə və imkanlara meydan açan idarəçilik olsun. Minlərlə məzun, 20-30 ilin ixtisaslaşmış 100 minlərlə insanı iş tapa bilmir, müəllim deyir tələbə iş tapsın işləsin. Bir dəfə də bu tələbəyə normal təhsil verəcək universitet mühitindən, akademik azadlıqlardan danışın, nə olar ki...” – R.Ağayev bildirib.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar