Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FTB: Cozef Baydenin andiçmə mərasimi üçün təhlükə var

Federal Təhqiqatlar Bürosunun (FTB) əldə etdiyi məlumatlara görə, yeni seçilmiş prezident Cozef Baydenin 20 yanvar tarixində keçiriləcək andiçmə mərasiminə sağçı radikallar müdaxilə edə bilər.

“Report” “The Washington Post”a istinadən xəbər verir ki, qurumun hazırladığı xüsusi hesabatda qarşıdakı mərasimə radikal qrupların, fərdi ekstremistlərin, o cümlədən Kapitoli binasına 6 yanvar hücumunda iştirak etmiş sui-qəsdlər nəzəriyyəsi “Qanon” tərəfdarlarının soxulmağa çalışa biləcəyi göstərilir.

Hüquq-mühafizə orqanlarına təqdim olunmuş hesabata əsasən, həmin qruplar andiçmə mərasiminə soxulmaq üçün Vaşinqtonda hansı ərazilərin daha əlverişli olduğuna dair müzakirələr belə aparıblar. O cümlədən “Qanon” tərəfdarları bu məqsədlə Milli Qvardiya əsgəri geyimində mərasim keçirilən salona necə girə biləcəklərini götür-qoy edirmişlər.

Xatırladaq ki, yanvarın 6-da prezident Donald Trampın tərəfdarları həmin gün 3 noyabr seçkilərinin nəticələrini müzakirə edən Konqresin binasına hücum ediblər. İğtişaşlar nəticəsində ölən və yaralananlar oldu, xeyli sayda etirazçı saxlanılıb. Sonradan müzakirələrini davam etdirən Konqres üzvləri C.Baydenin seçkilərdə qələbə çaldığını rəsmən təsdiqləyiblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar