Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni dönəmdə Bayden adminstrasiyasını hansı çətinliklər gözləyir? - Yollar hamar deyil...

“Köhnə qayda”ya görə, keçmiş Adminstrasiya və Senat rəhbərləri yeni prezidentə hakimiyyətin ötürülməsini asanlaşdırmaq üçün birgə çalışırdılar. Lakin bu qayda Bayden üçün yerinə yetirilmədi...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 19 yanvar 2021-ci il

Co Bayden sabah günortadan sonra and içəcək və prezident səlahiyyətlərinin icrasına başlayacaq. 3 noyabr seçkilərinin nəticələrini qəbul etməyən və hələ də seçkinin saxtalaşdırıldığını iddia edən Tramp Baydenin andiçmə mərasimində iştirak etməyəcək. Halbuki ABŞ-da seçkilərdə məğlub olan prezidentlərin həmişə seçilmiş prezidentin andiçmə mərasiminə qatılması bir dövlət ənənəsi hesab olunur. 1860-cı illərdən bəri ilk dəfə bir prezident varisinin andiçmə mərasimində iştirak etməyəcək.

Digər tərəfdən isə amerikalılar həyəcanla 20 yanvarı gözləyirlər. Yenə ilk dəfədir ki, bir andiçmə mərasimi fövqəladə tədbirlərin şahidi olur. Təhlükəsizlik qurumları baş verə biləcək böyük hadisələr üçün hazır vəziyyətdə gözləyirlər.

Trampı dəstəkləyən qrupların Amerika Konqresinə basqın etməsinin dağıdıcı təsirləri isə davam edir. Nümayəndələr Palatası Trampı vəzifəsindən azad etmək qərarına gəlsə də, Senat məhkəməsi hələ başlamayıb. Konqresdə Baydenin seçkiləri qazandığını qəbul edən və Trampın “seçki saxtakarlığı” iddiasını rədd edən Respublikaçılar isə Senatın impiçment məhkəməsi keçirməsini istəmirlər. Tramp getdikdən sonra impiçment məhkəməsinin necə davam edəcəyi hələ ki, məlum deyil.

Amerika siyasətində Trampın hələ bir müddət də qalacağı gözlənilir. Respublikaçılar Partiyası isə Trampla bağlı çıxılmaz vəziyyətə düşüb. Respublikaçı namizədlərə ianə edən bir çox təşkilat lar da Trampdan ayrılır. Bu qırılma cəhdləri Baydenin seçkilərdə qalib gəlməsinə etiraz edən Respublikaçılara qarşı bir kampaniyaya çevrilib. Səbəb olaraq Konqresə basqını əsas gətirən “Loews” otellər zənciri də fevral ayı üçün ianə toplama tədbirlərinə ev sahibliyi etməyəcəyini açıqlayıb. Tədbiri ləğv edilənlər arasında Trampı müdafiə edən senator Coş Hali də var. Halinin “Böyük Texnologiya”nı tənqid edən bir kitab üçün bağladığı müqavilə nəşriyyat tərəfindən ləğv edilib. Eynilə Trampın müəssisələrində keçiriləcək bir qolf turniri də ləğv edilib.

Bu baxımdan, Respublikaçıların ianələrinin azalması Demokratların iştahını artırıb. Sol qanad iri şirkətlərin maliyyə dəstəyi şəbəkələrinin ləğv edilməsini tələb edərkən, əsas Demokratlar da Respublikaçılardan ayrılan donorları qazanmağa can atırlar. Bu arada, Respublikaçılarla Tramp və radikal sağçı qrupların sosial media hesablarını məhdudlaşdıran “Facebook”, “Amazon”, “Google”, “Twitter” və “Apple” kimi sosial şəbəkələr arasında ciddi qarşıdurmalar var. Trampı dəstəkləyən Respublikaçılar da bu məsələni mühafizəkarların “Big Tech” (Böyük Texnologiya) ilə apardıqları bir savaş kimi qəbul edirlər.

“Köhnə qayda”ya görə, keçmiş Adminstrasiya və Senat rəhbərləri yeni prezidentə hakimiyyətin ötürülməsini asanlaşdırmaq üçün birgə çalışırdılar. Lakin bu qayda Bayden üçün yerinə yetirilmədi...

Tramp, hətta keçid dövründə də Baydeni çətinə salan qərarlar verdi. Köhnə qaydalara görə Senat seçilmiş Prezidentin kabinet üzvlərini tez bir zamanda təsdiqləyirdi. Köhnə kabinet üzvləri yeni prezidentin kabineti ilə birlikdə çalışırdı. Ancaq indiyək Senatda Baydenin kabinetinin nazir namizədləri üçün təsdiq iclasları keçirilməyib.

Düzü, Respublikaçılar Senatdakı çoxluğu itirsələr də, 2 senator and içmədiyi üçün Demokratların çoxluğu ələ alması hələ gecikir. Buna görə də, Senatda yerlər 50-50 olduğu üçün Bayden administrasiyası istədiyi bütün qanunları qəbul edə bilmir. Bəzi qanunlar 51, bəziləri 60, bəziləri də 67 səs tələb edir. Hər halda, Demokratlar Respublikaçılar ilə güzəştə getməlidirlər. Ona görə də tək bir senatorun verdiyi səs belə qızıl dəyərindədir. Digər tərəfdən, yalnız Respublikaçılar daxilində deyil, elə Demokratlar arasında da problem yarada biləcək şəxslər var. Məsələn, senator Co Mençin onlardan biridir. Co Mençin tanınmış Respublikaçılara ən yaxın Demokrat senatorlardan biridir.

Bütün bu gedişatın fonunda Baydenin ilk işi 1,9 trilyon dollarlıq yardım paketini Senatdan keçirmək olacaq. Lakin senator Mençin Covid epidemiyasının iqtisadi zərərlərini aradan qaldırmağı hədəfləyən bu paketə qarşı çıxır. Senatdakı çoxluğun lideri Miç Mekkonel də daxil olmaqla, əksər Respublikaçılar Mençin kimi düşünürlər. Mençinlə yanaşı, 10 Respublikaçı da paketin keçməsi üçün razı salınmalıdır. Yoxsa Bayden paketin keçməsi üçün başqa yollarını axtarmalı olacaq.

ABŞ-ın vitse-prezidenti Kamala Harisin vacib səsi ilə Demokratlar Senatda çoxluğu əldə etdikləri üçün bir xeyli çətinlik çəkəcəklər. Bu, Bayden administrasiyasının üzləşdiyi ən ciddi problemdir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Bayden Tramp ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar