Şənbə, 27 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Azərsu”dan vətəndaşlara xəbərdarlıq

Hidrometeroloji proqnozlara əsasən qarşıdakı bir neçə gün ərzində ölkə ərazisində qeyri-sabit və şaxtalı hava şəraiti ilə əlaqədar içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.

Bu barədə PİA.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Qurumdan verilən məlumatda fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılımış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsi istehlakçıların diqqətinə çatdırılıb.

Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan istifadə” Qaydalarının 6.4-cü bəndinə əsasən, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına istehlakçı cavabdehlik daşıyır.

Abonentlərin diqqətinə çatdırılır ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də qeyri-əhali istehlakçıları üçün quraşdırılımış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.), onların yenilərilə əvəzlənməsi abunəçilərin hesabına həyata keçirilir.

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu” ASC-nin 24 saat fəaliyyət göstərən 955 “Qaynar xətt” xidmətinə müraciət edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

MN: Elxan İbrahimov vəzifəsinin icrasını davam etdirir - Yenilənib

Azərbaycan Rusiyanın təzyiqləri qarşısında duruş gətirə biləcək?

Kəmaləddin Heydərovun qardaşı monopolistdir – FHN iş adamlarına niyə mane olur?

Xəbərdarlıq - Hava qeyri-sabit keçəcək, qar yağacaq

Xərçəngə tutulmamaq üçün 8 qidadan imtina etməlisiniz - Siyahı

“65 yaşında pensiya çıxan şəxslər 6 il pensiya alacaqlar” - Ekspert

İlham Əliyev Paşinyanla təmaslarından danışdı: “Biz təsadüfən 1 dəqiqə liftdə olduq...”  

Yeni hərbi bölmələr yaradılır - Prezident açıqladı

“Azərbaycan generallarından biri əlini belinə qoyub dedi: “indi bu bizim ərazidir!” - BBC

“Ermənistanda revanşistlər hakimiyyətə gələrsə, Laçın dəhlizində...” - Azərbaycan üçün arzuolunmaz ssenari

Ən çox oxunanalar