Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATU-da vaksinasiya prosesinə başlanılıb, rektor peyvənd olunub

Azərbaycan Tibb Universitetinin (ATU) klinikalarında da vaksinasiya prosesinə başlanılıb.

ATU-dan "Report"a verilən məlumata görə, klinikalarda hər cür tələblərə cavab verən vaksinasiya məntəqələri fəaliyyət göstərir.

Əvvəlcə ATU-nun rektoru, professor Gəray Gəraybəyli və universitet rəhbərliyində təmsil olunan şəxslər peyvənd olunublar.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev bildirib ki, vaksinasiya prosesində ilk növbədə risk qrupuna aid olan şəxslər, yəni yaşı 65-dən yuxarı olan həkimlər və universitet əməkdaşları iştirak edəcəklər. Sonra isə mərhələli şəkildə universitetin digər əməkdaşları da peyvənd olunacaqlar. S. Hadıyev vaksinasiyanın könüllü olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, COVID-19 pandemiyasına yoluxmamaq üçün peyvənd olunmaq çox vacibdir.

ATU-nun Tədris Stomotoloji Klinikasının direktoru Mahir Səfərov bildirib ki, Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin rəhbərliyinin göstərişinə əsasən, klinikada ayrıca vaksinasiya otağı ayrılıb: “Orada 4 tibb bacısı fəaliyyət göstərir. Vaksinasiya üçün klinkamızda demək olar ki, hər cür şərait yaradılıb. Tədris Cərrahiyyə Klinikasının reanimasiya blokundan bir tibb bacısı da bizə təhkim olunub”.

ATU-nun Onkoloji Klinikasının müalicə işləri üzrə direktor müavini, dosent Nigar Mehdiyeva koronavirusa qarşı aparılan vaksinasiyanın əhalinin sağlamlığının qorunması üçün çox mühüm tədbirlər qrupuna aid olduğunu qeyd edib. Digər klinikalarda olduğu kimi Onkoloji Klinikada da sanitar və tibbi normalara uyğun olaraq vaksinasiya məntəqəsinin təşkil olunduğunu bildirib.

Qeyd edək ki, adıçəkilən klinikalarda ATU-nun əməkdaşları vaksinasiya olunacaqlar.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar