Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın gözü sabah bu şəhərdə olacaq: Bayden andiçməyə hazırlaşır

Vaşinqton şəhərində ABŞ-ın 46-cı prezidenti seçilən Cozef Baydenin andiçmə mərasiminə hazırlıqlar davam edir.

“Report”un xüsusi müxbiri xəbər verir ki, ölkə tarixində 59-cu dəfə keçirilən prezident seçkisinin inauqurasiya mərasimi yanvarın 20-i yerli vaxtla 09:00-da Kapitoli yaxınlığında baş tutacaq.

Artıq mərasim ərəfəsində Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib. Rəsmi məlumata görə, hazırda Milli Qvardiyanın 20 min hərbçisi və hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtda keşik çəkir. Ağ evin ətrafı maneələrlə hasara alınıb, mərkəz küçələrə gedən bir çox yollar tamamilə bağlanıb.

C.Bayden təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq, andiçmə mərasimində iştirak edəcək. Hazırkı prezident Donald Tramp inauqurasiyaya qatılmayacaq. Keçmiş prezidentlər Barak Obama, Corc BuşBill Klintonun mərasimdə iştirakı gözlənilir.

Eyni zamanda ABŞ-ın yeni prezidentinin inauqurasiyasına həsr edilən parad pandemiyaya görə qoyulmuş məhdudiyyətlətə uyğun olaraq virtual qaydada keçiriləcək və yerli televiziyalar vasitəsilə canlı yayımlanacaq.

C.Bayden andiçmə mərasimindən sonra həyat yoldaşı Cill Bayden, yeni seçilmiş vitse-prezident Kamala Harris və onun həyat yoldaşı Daq Emhoff Kapitoli binasının arxa hissəsində ənənəvi olaraq hərbi qüvvələrin hazırlığını yoxlayacaq. Daha sonra ABŞ ordusunun təmsilçilərinin müşayiətilə Vaşinqtonun 15-ci küçəsindən Ağ evə qədər ənənəvi prezident yürüşünü edəcək.

İnauqurasiyada məşhur müğənnilər Qart Bruks, Ledi Qaqa və Cenifer Lopez çıxış edəcəklər.

Qeyd edək ki, Kamala Harris andiçmə mərasimindən sonra ABŞ-da vitse-prezident vəzifəsini icra edən ilk qadın olaraq tarixə düşəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar