Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musa Pənahovun Qubada gilas bağı – Torpaqlar neçə ələ keçirilir?

Keçmiş Nəqliyyat nazirinin müavini, hazırda Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini Musa Pənahovun Qubanın Qəçrəş kəndində hektarlarla torpaq sahəsinin olması ilə bağlı redaksiyaya məlumat daxil olub.

Quba rayonundan olan, hazırda Musa Pənahov tərəfindən torpaqları əlindən alınan sakinlər Bizimxeber.az -a bildirib ki, hektarlarla torpaq sahəsinə malik olan Musa Pənahov kənd sakinlərinə məxsus, dədə-babalarından qalan torpaq sahələrini ucuz qiymətə alaraq gilas bağları salıb.

Həmçinin bu “razılaşma”lar zamanı bir neçə vətəndaşın halal torpağı bu ərazilərdə it-bat olub. Daha doğrusu, Musa Pənahov tərəfindən ələ keçirilib. Sakinlər bildirir ki, əllərində qanuni sənədləri, bu torpaqların dədə-babadan onlara məxsus olduğunu isbatlayan sənədlər olsa belə buna məhəl qoyulmur. Hazırda ərazilər “setka”lanıb və torpaqların sahibləri bu əraziyə yaxın dura bilmir.

Quba rayon Qəçrəş kəndində yaşayan, eyni problemlərdən əziyyət çəkən sakinlərdən redaksiya ilə əlaqə saxlamaları tövsiyyə olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar