Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda vaksinasiya kampaniyası uğurlu olacaq?

Xarici ölkələrdə vaksin olunanların arasında ölüm və müxtəlif səviyyəli ziyangörmə halları müşahidə olunur. Bu xəbərlərə münasibət necə olmalıdır?..

Sosioloq: “Hesab edirəm ki, əhalinin azı yarısı vaksinasiya olunacaq. Yoluxma və ölüm halı sürətlə azalsa, bəlkə də daha az əhali vaksinasiya olacaq”.

“Mən özümü təcrübədə təsdiq olunmamış, sonrakı nəticələri aydınlaşdırılmamış şübhəli vaksin sınağına məruz qoya bilmərəm”.

Bu sözləri sosioloq Elçin Bayramlı Azərbaycanda başlanan vaksinasiyanın gözlənilən mümkün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünəndən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayır. Peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq.

Azərbaycan 2 milyon insan üçün 4 milyon doza Çin istehsalı olan “Sinovac” peyvəndi alıb. Vaksin bir insana iki dozada vurulacaq. Dozalararası müddət 21 gün müəyyənləşdirilib.

İlkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya strategiyası nəzərdə tutulur. Vaksin “soyuq zəncir” şəraitinə uyğun olaraq saxlama məntəqələrində qorunacaq.

Məlumdur ki, əhali arasında vaksinə inanmayan və vurdurmaq istəməyən çoxdur. Bəs Azərbaycanda vaksinasiya kampaniyası uğurlu olacaq? Həmçinin xarici ölkələrdə vaksin olunanların arasında ölüm və müxtəlif ziyangörmə halları müşahidə olunur. Bu xəbərlərə münasibət necə olmalıdır?

Azərbaycand başlanan vaksinasiya ilə bağlı PİA.az-ın əməkdaşı ASAM rəhbəri, sosioloq Elçin Bayramlının fikirlərini öyrənib.

Elçin Bayramlı: “Risk qrupunda olanların vaksinasiya olunmasına qarşı deyiləm”.

Prosesə ehtiyatlı yanaşılmalı olduğunu düşünən sosioloq vaksin olunanlar arasında ölüm və ağırlaşma halları çox olarsa, kampaniyanı dayandırmağı tövsiyyə edib:

“Hesab edirəm ki, əhalinin azı yarısı vaksinasiya olunacaq. Yoluxma və ölüm halı sürətlə azalsa, bəlkə də daha az əhali vaksinasiya olacaq.

Vaksinin effektivsizliyinə və şübhəli olmasına gəldikdə bəli təəssüf ki, bu belədir. Elmi tələbə görə, istənilən vaksin azı 3 il ərzində sınaqdan keçiriləndən sonra qərar vermək olar ki, onu insanlara vurmaq olar yoxsa yox. Üstəlik də nəzərə alsaq ki, bu virusun neçə ştammı və saysız-hesabsız mutasiyası var, bu halda şəxsən mən onun effektivliyinə inana bilmirəm.

Bundan başqa digər pandemiyalardan fərqli olaraq bu virusla bağlı şübhəli məqamların, üstü açılan yalanların, əks faktların, alimlərin tam əks fikirlərinin, ziddiyyətli məlumatların hədsiz çoxluğuna, qlobal təşkilatların başında duran şəxslərin pandemiyadan əvvəlki açıqlamalarına baxsaq, mən onun təhlükəsizliyinə əmin ola bilmərəm. Mən özümü təcrübədə təsdiq olunmamış, sonrakı nəticələri aydınlaşdırılmamış şübhəli vaksin sınağına məruz qoya bilmərəm. Xüsusən də, müxtəlif ölkələrdə neçə-neçə insanın vaksindən sonra ölməsi və ya ciddi zərər görməsi şəraitində. Çünki hər orqanizm fərqlidir hamı üçün eyni tərkibli vaksin ola bilməz. Lakin hərənin öz fikri var, kimlərsə vaksinasiya olunmaq istəyirsə, onlara da pis baxmıram.

Elçin Bayramlı: “Bu virusun neçə ştammı və saysız-hesabsız mutasiyası var. Bu halda şəxsən mən onun effektivliyinə inana bilmirəm”.

Hər-halda bu virus xeyli insanı öldürdü və immuniteti zəif, xroniki xəstəlikləri olanlar üçün təhlükəlilik səviyyəsi aşağı deyil. Üstəlik, yayılma sürəti də çoxdur. Ona görə də, risk qrupunda olanların vaksinasiya olunmasına qarşı deyiləm.
Əlbəttə, yaxşı olardı ki, elə qabaqlayıcı tədbirlər görüləydi ki, vəziyyət bu həddə gəlməyəydi, ya da tez müddətdə kollektiv immunitet qazanılaydı. Necə ki digər viruslarda belə olub.Virusdan ölümlərin hesab edirəm ki, əhəmiyyətli bir hissəsi yaradılan qlobal qorxu və stress kampaniyasının təsirindən oldu.

Hər-halda prosesə ehtiyatlı yanaşılmasını, vaksin olunanlar arasında ölüm və ağırlaşma halları çox olarsa, kampaniyanı dayandırmağı tövsiyyə edərdim”.

Nərminə UMUDLU
pia.az


Etiket: Vaksinasiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar