Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TƏBİB-in departament rəhbəri: “Digər vaksinlərin də fayda-risk nisbətləri qiymətləndirilərək ölkəyə gətirilə bilər”

PİA.az TƏBİB-in Dərman və Tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyevin APA-ya müsahibəsini təqdim edir:

- Mümkündür ki, Azərbaycan vətəndaşları koronavirusa qarşı xarici ölkələrdə digər vaksinlərlə - məsələn, Pfizer, Moderna və s. peyvənd olunsunlar. Azərbaycan CoronaVAC-dan başqa, digər vaksinlərlə peyvəndlənməni qəbul edirmi?

- Mümkündür. Hələ ki ilkin mərhələdə seçim imkanları məhdud olsa da, gələcəkdə vaksin namizədlərin sayı artacaq. Vətəndaşın yaşadığı ölkədə aparılan vaksinasiyada hər hansı digər vaksindən istifadəsi gələcəkdə mümkün olacaq. Əsas vətəndaşlarımızın sağlamlığının qorunması üçün düzgün vaksinasiyanın aparılmasıdır. CoronaVac-dan sonra digər vaksinlərin də fayda-risk nisbətləri (keyfiyyəti, effektivliyi və təhlükəsizliyi nəzərə alınmaqla) qiymətləndirilərək ölkəyə gətirilə bilər.

- Koronavirusa qarşı vaksinasiya olunmuş şəxslərə bu barədə hansısa sənəd veriləcəkmi? Xüsusən xarici səfərlər zamanı bu sənədlərə ehtiyac yarana biləcəyi nəzərə alınsa...

- İlkin mərhələdə vaksin olunanların qeydiyyatı elektron şəkildə aparılacaq. Ehtiyac yaranacağı təqdirdə vaksin vurulması haqqında təsdiqedici sənəd vətəndaşlara təqdim olunacaq.

- Avropa İttifaqı Çin şirkətinin istehsalı olan CoronaVAC vaksinini qəbul edirmi? Etmirsə, CoronaVAC vaksini vurulmuş Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfərləri zamanı hansısa problemlər ortaya çıxa bilərmi?

-Hər bir ölkə vaksin seçimində sərbəstdir. Avropa Dərman Agentliyinin bu barədə rəsmi qərarı yoxdur. Bu cür məsələlərə hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən baxılır və ÜST bu cür vaksinasiya pasportunun tələb olunmasının hazırda düzgün olmaması qənayətindədir. Belə ki, ölkələr fərqli vaksinlər tətbiq etdiklərindən və onların yeni olmaları nəzərə alındıqda bu məsələ aktual hesab edilmir. Hazırkı vəziyyətdə xarici ölkələrə səfərlər zamanı əsas analiz nəticələrinin neqativ olması tələb olunmağa davam ediləcəyi ehtimal olunur.

- Vaksin olunmuş şəxsin bir daha koronavirusa yoluxmayacağını söyləmək olarmı? Yoxsa vaksin müəyyən müddətdə yoluxmanın qarşısını alır?

- Vaksinin 100 faiz bizi qoruyacağını demək düzgün deyil. Vaksinasiya bizi ağırlaşmalardan, ciddi fəsadlardan qoruyacaq. Bunun ən azı 6 aydan 1 ilə kimi olacağı elmi tədqiqatlara əsasən bilinir. Ümumiyyətlə, bizi orqanizmimizin immun cavab reaksiyası qoruduğundan fərdi olaraq şəxslərdə qoruma müddəti daha uzun ola bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar