Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin kabusu döndü –Navalnı: "Heç kimdən qorxmuram, siz də qorxmayın!"

Yelizaveta Antonova, Kira Duryagina, Mariya Litvinova, Lev Kadik

“Kommersant”, 18.01.2021

Aleksey Navalnı yanvarın 17-də, axşam “Şeremetyevo”dakı pasport nəzarəti məntəqəsində saxlanılıb. O, keçən ilin avqust ayında zəhərlənmə ilə bağlı müalicə və reabilitasiyadan sonra Berlindən qayıdırdı. Siyasətçinin uçduğu “Pobeda” aviaşirkətinin reysi bir neçə yüz tərəfdarının cənab Navalnını gözlədiyi “Vnukovo”da bitməli idi, lakin enişdən bir neçə dəqiqə əvvəl hava limanının bağlanılmasına qərar verilib və təyyarə “Şeremetyevo”da yerə enib. Bundan əvvəl “Kommersant”a müsahibə verən hüquqşünasların güman etdiyi kimi, sərhəddə polis siyasətçiyə Federal Cəzaların İcrası Xidməti (FSİN) tərəfindən axtarıldığını söyləyib və onlarla birlikdə getməyi təklif edib. Daha sonra, FSİN mətbuat üçün bəyanat yayıb və cənab Navalnının məhkəmə qərarına qədər həbsdə olacağını bildirib. FSİN-in “Yves Rocher” şirkəti ilə bağlı şərti sınaq müddətli həbs cəzasını real həbs cəzası ilə əvəzləmə tələbi üzrə məhkəmə yanvarın 29-na təyin edilib.

“Hər kəs yaxşı eniş diləyirəm”

Aleksey Navalnının Rusiyaya qayıdışı demək olar ki, canlı efirdə baş verib: “DP-936” reysi ilə Berlindən Moskvaya gedən sərnişinlərin təxminən yarısı jurnalistlər idi. Aleksey Navalnı arvadı Yuliya, mətbuat katibi Kira Yarmış və vəkil Olqa Mixaylova ilə birlikdə təyyarəyə hamıdan gec minib; alman polisi və hava limanında təhlükəsizlik işçiləri qeydiyyat və minmədə siyasətçiyə yoldaşlıq ediblər.

Siyasətçinin təbəssümlə dediyi kimi, 13-cü “xoşbəxt” sırada oturduqdan sonra özü və arvadı qulaqçıqlarını taxaraq “Rick and Morty” cizgi filminə baxmağa başlayıblar. Uçuşun ilk saatında təyyarənin burnundan quyruğuna gedib çatmaq mümkün olmayıb: jurnalistlər siyasətçinin kreslosunu sıx əhatəyə alıblar.

Aleksey Navalnı təyyarədəki digər sərnişinlərə hörmət əlaməti olaraq şərh verməyəcəyini deyərək hamının dağılışmasını istəyib, amma bu fayda verməyib. Təyyarə stüardesslər göyərtədə belə bir qarışıqlıq yaşamadıqlarını etiraf ediblər.

“Bizimlə birlikdə çoxlu məşhur şəxs uçub, amma heç birinin bu cür populyarlığı olmayıb”, – deyə stüardess Karina “Kommersant” müxbirinə bildirib.

“Özünüz və digər bütün sərnişinlər narahatdır, istidir, xahiş edirəm yerlərinizə oturun. Yerə endikdə, söz verirəm ki, bütün suallarınızı cavablandırmağa çalışacağam ”– cənab Navalnı uçuş zamanı bu cümləni dönə-dönə təkrarlayıb. Ancaq uçuşun 2 saat yarımı boyu media nümayəndələri kreslonun başından çəkilməyib.

“Kommersant” müxbirinin enişdən dərhal sonra həbs olunacağı təqdirdə, jurnalistlərin suallarını necə cavablandırmağı planlaşdırdığını soruşduqda, siyasətçi inamla həbs olunmayacağını bildirib. Bütün digər sualları o, cavabsız qoyub.

Cənab Navalnının mətbuat katibi Kira Yarmış siyasətçinin həbs olunmayacağına inanmadığını deyib. “Bundan sonra nə olacağını bilmirik”.

Navalnı cütlüyünün başı üstünü kəsdirən reportyorlar oturacaqları müxalifət liderinin yanında olan sərnişinlərə, həqiqətən, mane olublar. Aleksey Navalnının qarşısında 12-ci sırada oturan yaşlı bir qadın çox çətinliklə və az qala ağlayaraq izdihamın arasından çıxıb təyyarənin quyruğuna tərəf gedib. Kiçik uşağı olan ailə stüardlardan təyyarənin digər ucundakı boş yerlərə köçürülməyə razı salmağa çalışıb, “Pobeda” qaydalarına görə isə, onları bunun mümkün olmadığını deyiblər.

“İctimai qaydanı pozmamağı xahiş edirəm”, – deyə pilot Aleksandr Solovyov dəfələrlə səsgücləndirici telefon vasitəsilə elan verib, göyərtədəki pozuntuların doğurduğu məsuliyyəti xatırladıb.

Saat 19:44-də, artıq hava limanı üzərində pilot “Vnukovo”nun texniki səbəblərə görə bağlandığını və indi enişi qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, “təyyarə zolaqdan çıxıb”. “Budur yanımızda “Utair” və “Rossiya” təyyarələri uçur. Gözləmək üçün kifayət qədər yanacağımız var. Gecikmənin 30 dəqiqə olacağı gözlənilir. Vəziyyətin inkişafı ilə bağlı sizi xəbərdar edəcəyəm. Yanacağımızdan çoxdur, xoşagəlməz bir şey olsa, sakitcə hava şəraitinin yaxşı olduğu”Şeremetyevo” hava limanına gedəcəyik və sonra məsələni aydınlaşdırcağıq”.

19 dəqiqə sonra cənab Solovyov “Vnukovo”dakı problemlərin həll olunmayacağını” açıqlayıb, beləliklə, təyyarə “Şeremetyevo”ya gedəcək. “Bizim və sizin təhlükəsizliyiniz mütləq prioritetdir. Hər kəsə yaxşı eniş diləyirəm”, – pilot təbəssümünü gizlətmədən deyib.

Bütün uçuşu geridə qoyan stüardesslər enişdən bir neçə dəqiqə əvvəl dözə bilməyib və Aleksey Navalnının onlarla şəkil çəkdirməsini istəyiblər.

“Nəhayət, çıxıb gedirlər”

Aleksey Navalnının komandası qayıdış tarixi məlum olduqdan dərhal sonra siyasətçinin tərəfdarlarını “Vnukovo”da görüşməyə dəvət edib. Hava limanına gəlmək istəyənlərin sayı min nəfərə çatıb və bir çoxu, həqiqətən, şaxtalı günə və bəzi fəalların aldığı polis xəbərdarlıqlarına baxmayaraq, planlarını dəyişdirməyiblər.

Navalnının Sankt-Peterburqdan olan tərəfdarları bir neçə ardıcıllarının polis tərəfindən qabaqcadan tutulması barədə məlumat veriblər. Buna baxmayaraq, təklif olunan görüşdə iştirak edənlər səhər “Vnukovo”ya gəlməyə başlayıblar. Bu, təhlükəsizlik qüvvələrinin, öz növbəsində, görüşə necə hazırlaşdıqlarını və eyni zamanda, mümkün olan həddindən artıq artımları görmək üçün fürsət verib: hava limanına bir neçə avtohəbsxana və hətta minatəmizləyici gətirilib.

Cənab Navalnının Berlindən gəlişinə qədər gələn hər kəs (Moskva vaxtı ilə təqribən saat 5-də) hava limanının binasına daxil ola bilib. Bununla birlikdə, həmin anda Aleksey Navalnının tərəfdarları deyil, daha çox “Vnukovo”ya gəlməli olan müğənni Olqa Buzovanın dəstək qrupu vardı, onun təyyarəsi bir saat havada qalıb və müğənninin hirslə sosial şəbəkələrdə bildirdiyi kimi, “Şeremetyevo”ya enib.

Berlində təyin olunmuş eniş vaxtından 2 saat yarım əvvəl cənab Navalnının tərəfdaşları “Vnukovo” hava limanına gəliblər: Novosibirsk Şəhər Şurası deputatı Sergey Boyko və Tomsk Şəhər Dumasının millət vəkili Kseniya Fadeeva, keçən il sentyabr ayında seçkiləri “Ağıllı Səsvermə”nin köməyi ilə udanlar. Onlar “Kommersant”a Aleksey Navalnını 5 aydır görmədiklərini, “evə qayıtdığına sevindiklərini” və “bir daha öldürməyə çalışılmayacağına” ümid etdiklərini söyləyiblər.

Xatırladaq ki, Aleksey Navalnı 20 avqust 2020-ci ildə təcili xəstəxanaya yerləşdirilmişdi və Almaniyaya tibbi təxliyədən sonra həkimlər onun bədənində “Noviçok” qrupundan orqanofosfat zəhərinin olduğunu təsdiqləyiblər. Dekabr ayında “Bellingcat” zəhərlənmə ilə əlaqədar araşdırmasında cəhddə FSB və Rusiyanın ən yüksək rəhbərliyinin iştirak etdiyini göstərən bir araşdırma yayımlayıb. Prezident Vladimir Putin zəhərlənmə versiyasını lağa qoyub və istintaqı “FSB-ni nüfuzdan salmağa yönəlmiş təxribat” adlandırıb.

Berlin reysi havaya qalxdıqdan sonra təyyarə bileti olmadan hava limanına giriş mümkün olmayıb. “Alternativ olaraq, hər hansı bir bilet alın”, – deyə hava limanının bir işçisi “Kommersant” müxbirinə təklif edib.

İzdiham terminalın giriş tamburlarını bağlayıb və yarım saatdan sonra polis “digər vətəndaşların keçməsinə mane olmamağa” inandırmaq üçün onlara qarşı səsgücləndiricilər istifadə etməli və sonra həbslərə davam etməli olub: ilki “Navalnı bizim prezidentimizdir” və “Putin zəhərləyicidir” deyə qışqırdığından, əlində üçrəngli bayraq olan adam idi.

Camaat polisin tələblərinə uymadığı üçün çevik qüvvələr polisi onları binadan çıxarıb. Bundan sonra terminal binasına daxil olanların hamısı təhlükəsizlik işçilərinin sıx kordonu ilə qarşılanıb, sərnişinlər telefon ekranlarında elektron biletləri göstərərək üsulu ilə mübarizə aparmaq məcburiyyətində qalıblar.

Küçədəki izdihamdan ucalan səs: “Navalnı!” FBK-nın vəkili Lyubov Sobol da daxil olmaqla, Aleksey Navalnının bir neçə tərəfdarı polisə tabe olmadığına görə tutulub, ardınca, ayaqları və qollarından tutulmaqla, bir neçə fəal, jurnalist və bloqqer.

İçəridə və çöldə duranlar mövcud şəbəkə xidmətlərindən istifadə edərək təyyarənin hərəkətini izləyib və təyyarənin, həqiqətən, “Vnukovo”dan yan keçdiyi məlum olduqda, dağılışmağa başlayıblar: indi az adam Berlin uçuşunun qrafik üzrə bitəcəyinə inanıb. Saat 20-yə qədər binanın içərisinə toplaşanların demək olar ki, hamısı polisin inanılmaz dərəcədə sevindiyi şəkildə küçəyə çıxıb. “Kommersant” müxbirinin ardınca terminalın girişində növbətçi olan bir işçi “Nəhayət, çıxıb gedirlər, urra!” – deyib.

Həmin vaxt küçədə yığıncaq və həbslər davam edib.

Təyyarə, “Şeremetyevo”ya endikdə kimsə qışqırıb: “Navalnı endi! Eniş etdi! ” – izdihamdan alqışlar yüksəlib.

“Bu, son 5 ayda ən xoş günümdür”

Həmin anda, “Vnukovo”dan çıxışla “Şeremetyevo”nun girişində polislərin və tıxacların olduğu bildirilib, ancaq “Kommersant”ın müxbirləri sağ-salamat bir hava limanından digərinə keçiblər. “Şeremetyevo”da demək olar ki, heç kim tələsmir, insanlar “aeroexpress” terminalının girişinin qarşısında düzülüb. Həbslər hələ davam edib, ancaq yorğun və donmuş izdiham təpki verməyib. Təyyarənin “Şeremetyevo”ya enişi zamanı “OVD-info” portalı 37 nəfərin həbs olunduğunu bildirib.

Bu arada Aleksey Navalnı təyyarəni tərk edib, terminal binasına avtobusla gedib, narahatlıq üçün digər sərnişinlərdən üzr istəməyi və hətta jurnalistlərlə əlaqə qurma vədini yerinə yetirməyi bacarıb. Pasport nəzarətindən əvvəl onlara söyləyib: “Gəldiyim üçün çox xoşbəxtəm. Bu, son 5 ayda ən yaxşı günümdür. Bura mənim evimdir, qorxmuram və tamamilə normal bir hisslə sərhəd nəzarətinə gedirəm, çıxıb evə gedəcəyəm, çünki haqlı olduğumu bilirəm. Bilirəm ki, mənə qarşı açılan cinayət işləri uydurmadır. Yalnız həqiqət mənim tərəfimdə deyil, məhkəmə də. Heç nədən qorxmuram və heç nədən qorxmamağa çağırıram…”

Bundan dərhal sonra siyasətçi pasport məmurlarının yanına gedib, lakin keçidi polis və FSİN əməkdaşları qapadıb və onu özləri ilə getməyə dəvət edib. Cənab Navalnının vəkili Olqa Mixaylova onlardan saxlanılma səbəbini açıqlamalarını istəyib və siyasətçinin özü vəkilin onu müşayiət etməsində israr edib. Polis buna “yox” cavabı verib. Cənab Navalny arvadını öpüb və polisin müşayiəti ilə gedib.

FSİN, demək olar ki, dərhal bir mətbuat bəyanatı yayımlayıb və burada müxalifətçinin dekabrın 29-dan etibarən “Yves Rocher” şirkətindəki mənimsəmə hadisəsində “sınaq müddətinin bir çox pozuntuya görə” axtarışda olduğunu xatırladıb. Xidmət cənab Navalnının 2020-ci ilin avqust ayından bəri bir neçə dəfə cinayət icra nümayəndəliyində məcburi qeydiyyat tələbini pozduğuna israr edir. O, sentyabrın 20-də Berlin klinikasından çıxdıqdan sonra cənab Navalnının cəza sistemində görünməməsi üçün bir səbəb olmadığını düşünür.

Xidmət aydınlaşdırıb ki, həbs qətimkan tədbiri məhkəmə tərəfindən müəyyən ediləcək, lakin o vaxta qədər Aleksey Navalnı saxlanılacaq.

Qeyd edək ki, qanuna görə, belə bir vəziyyətdə olan vətəndaş 48 saata qədər saxlanıla və bu müddət uzadıla bilər.

FSİN-in cənab Navalnının şərti cəzasının real cəza ilə əvəzlənməsi tələbi üzrə məhkəmə yanvarın 29-na təyin edilib. Daha əvvəl FSİN məhkəməyə müraciət etmənin standart bir prosedur olduğunu açıqlayıb; 2019-cu ildə məhkəmələr təxirə salınmış cəzanı 15 min dəfə real cəza ilə əvəz edib.

Gələnlər salonunda Yuliya Navalnaya, Kira Yarmış və Olqa Mixaylova təxminən 200 nəfərlə qarşılanıb. Taksi parkına doğru irəlilədikdə, onu müşayiət edən jurnalistlər bir zibil qutusunu aşırıblar. Küçədə jurnalistlər dərhal hərəkəti bağlayıb, taksi sürücüləri hirslənməyə başlayıblar.

Nəhayət, Yuliya Navalnaya bir maşının yanına gəlib – yeni bir qara “Land Rover”.

Əlində kiçik buket tutan Yuliya Navalnaya jurnalistlərə tərəf dönərək onlara qətiyyətlə deyib: “Aleksey qorxmadığını söylədi, mən də qorxmuram! Siz də qorxmayın!”(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar