Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Holcim"də maliyyə pozuntuları aşkarlanıb...

İddialara əsaən şirkət iri tikinti və “obnaliçka” şirkətləri ilə əlbir olaraq məhsullarını bazarda sənədsiz, nağd pulla satışını aparır...

Keçmiş Qaradağ sement zavodu, indiki “Holcim Azərbaycan” ASC-də baş verən qanunsuzluqlar barədə NUH.az saytı xeyli müddətdir ki, araşdırma yazıları dərc edir. Qısa xatırlatma üçün qeyd edək ki, zavod öz gəlirlərini saxta yolla MİNUS göstərib real gəlirlərini gizlədərək uzun illər zavodda can qoymuş keçmiş işçilərin, yəni yerli səhmdarların dividentlərini vermir. Ancaq zavodun fransız direktoru Frederik Guimbal bahalı eyş-işrət məclislərinə pul tapır.

Digər tərəfdən zavod vaxtı keçmiş, istifadə müddəti bitmiş sementi satışa çıxarır. Bütün bu qanunsuzluqlarla bağlı NUH.az saytı Vergilər naziri cənab Mikayıl Cabbarova müraciət edib.

Nazirlikdən saytıa daxil olan məlumata görə, 2020-ci ilin dekabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmdətinin Operativ Yoxlama İdarəsi “Holcim Azərbaycan” ASC-də yoxlamalara başlamışdır.

Daxil olan məlumata əsasən yoxlama zamanı “Holcim Azərbaycan” ASC-nin maliyyə direktoru Sultanova Dilbər Orucəli qızının qanunsuz maliyyə fırıldaqları aşkar olunub.

Beləki Dilbər Sultanova iri tikinti və “obnaliçka” şirkətləri ilə əlbir olaraq məhsulların bazarda sənədsiz satışına, şirkətlərin nağdlaşdırma aparmasına birbaşa rəhbərlik etmişdir. Bunun nəticəsində “Holcim Azərbaycan” ASC-nin istehsal etdiyi klinker, kisə və açıq sementlərin bazarda sənədsiz dövriyyəsini təşkil etmiş, iri şirkətlərə gələn pul vəsaitlərinin ƏDV məbləğlərinin əvəzləşdirilməsini, bazarda sənədsiz satılan məhsulların vergidən yayınmasını təşkil etmişdir. O, bu işləri görərkən zavodun direktoru olan Frederik Guimbalın onun arxasında durduğunu və bir başa dəstəkçisi olduğunu bildirmişdir.

Dilbər Sultanova həmçinin səhmdarlara ödənilməli olan dividentlərin ödənilməməsi üçün zavodun illik mənfəətini MİNUS, guya zərərlə çıxdığını göstərmişdir. Bunun üçün o, iri şirkətlərə böyük məbləğdə ENDİRİM məktubları təqdim etmişdir. Həmin şirkətlər isə bu məktublar əsasında mənfəət vergisindən yayınmış, həmçinin dövlət büdcəsinə ödəməli olduqları vergiləri ödəməyərək vergidən yayınmışlar.

Dilbər Sultanova QANUNSUZ əldə etdiyi pul vəsaitləri hesabına Bakı şəhərinin Səbail, Nizami, Nərimanov və Yasamal rayonlarında çoxlu sayda iki otaqlı mənzillər alaraq KİRAYƏ vermiş, bunun da qarşılığında külli miqdarda pullar əldə etmişdir.

Frederik Guimbal isə ötən yazımızda qeyd etdiyimiz kimi Fransanın ermənipərəst prezidenti Makronun siyasətinə uyğun olaraq Zəfər günü dövlət atributlarımıza hörmətsiz yanaşıb. Bu günədək Holcim ASC bir sosial layhəyə dəstək olmayıb. Amma əvəzində Guimbal qanunsuz yolla qazandığı pullardan bəzi radikal müxalifətə dəstək olaraq Azərbaycanın daxilində inkişafın və stabilliyin pozilması üçün fəaliyyət göstərmişdir.

Bütün bu qanunsuzluqların BAŞ MALİYYƏ MEMARI isə Dilbər Sultanovadır.

Qoy müvafiq dövlət qurumları bu qanunsuzluqları araşdırsın.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar