Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

G7 sammitinin keçiriləcəyi yer və müzakirə mövzuları açıqlandı

Böyük Britaniya Kornuoll yarımadasının (Atlantik okeanı) Karbis-Bey kurort şəhərciyində iyunun 11-dən 13-ə qədər “Böyük Yeddilər”in (G7) növbəti sammitini keçirəcək. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın baş naziri Boris Consonun dəftərxanasının xəbərində deyilir.

Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya və Avropa Birliyi liderlərinin görüşünə Avstraliya, Hindistan və Cənubi Koreyanın rəhbərləri də dəvət ediləcək.

“Böyük Yeddilər”ə sədrlik edən Böyük Britaniya hökumətinin rəsmi məlumatında qeyd edilir ki, G7 liderləri görüşdə koronavirus pandemiyası və iqlim dəyişiklikləri kimi ümumi problemləri müzakirə edəcəklər. Onlar həmçinin əhalinin sərbəst ticarətə ümumi çıxışı, texnoloji tərəqqinin faydaları və elmi kəşflər mövzularını da qaldıracaqlar.

“Baş nazir G7-dən dünyanın demokratik və texnoloji cəhətdən inkişaf etmiş ölkələri arasında əməkdaşlığı genişləndirmək üçün istifadə etmək niyyətindədir. Bu məqsədlə, Avstraliya, Hindistan və Cənubi Koreya liderlərini masadakı bilik və təcrübə səviyyəsini artırmaq üçün görüşə qonaq qismində iştiraka dəvət etdi. On lider demokratik ölkələrdə yaşayan əhalinin 60%-dən çoxunu təmsil edir", - Dauninq stritin açıqlamasında deyilir.

pia.az


Etiket: G7

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar