Bazar, 07 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

AMİP sədrinin müavini: “Azəriqaz” sayğac əvəzlənməsinin səbəblərini açıqlamalıdır

“Xalqın bütün diqqəti Vətən Müharibəsində olduğu vaxtlarda “Azəriqaz” birdən-birə əhalinin istifadəsində olan Smart tipli qaz sayğaclarıni kütləvi şəkildə mexaniki saygaclarla əvəzləməyə başladı (Xüsusilə insanların sıx yaşadığı və böyük ailələrin olduğu həyət evlərində). İllər öncə milyonlarla xərc çəkib smart sayğaclar tətbiq edilməsi çox yaxşı effekt verirdi. Hamı imkanına görə qaz işlətmək məcburiyyətində idi. Belə abonentlərin  “Azəriqaz”a borcu da yaranmırdı. Nə baş verdi ki,  çəkilən milyonlarla xərci havaya sovurmağa qərar verdilər? İnsanların  şübhələnməyə haqları var. Bu şübhələrin içində ikisi diqqətimi daha çox çəkdi. Birincisi, elektron sayğaclarda əlavə qaz sərfiyyatı ilə insanları yükləməyin mümkün olmaması, ikincisi abonentlərin dövlətə borcunun heç vaxt yaranmamasıdır”.

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev deyib.

"Birinci səbəb hamıya məlumdur. İkinci isə daha maraqlıdır. Bilirsiz ki, smart kart abunəçiləri üçün öncədən karta vəsait yükləmək məcburidir. Yəni pulun varsa, qazın da var. Mexaniki sayğacda isə ayın sonunda ödəniş etməlisən. “Allah Kərimdir” deyimi hər zaman dillərdə olduğundan ayın sonuna gədər geninə boluna qaz istifadə edən abonent bir çox hallarda toplanan məbləğin ödənilməsində problem yaşayır və beləliklə borclar ortaya çıxır, getdikcə şişməyə başlayır. Bundan sonra qaz kəsintiləri, məhkəmələr və s.  İnsanların da narazılığı pik həddə çatır. Belə halda müvafiq idarələr prezidentə müraciət edir və bir də görursən ki, prezident əhalinin qaz borclarını sildi. Yəni “Azəriqaz”a həmin borcu dövlət ödəyir. Amma kim bilə bilər ki, belə halda həmin borc dəfələrlə şişirdilməyəcək? Təcrübə başqa şey deyir axı. Bir dəfə dövlət əhalinin suya olan borcunu bağışlamışdı. Mənim evimə də “Azərsu”dan bildiriş gəldi ki, dövlət sizin suya olan 167 manat  borcunuzu silib. Halbuki, 1 manat belə borc yox idi. Tanıdığım onlarla insana belə bildirişlər gəlmişdi. İndi belə söhbətlərin olmaması üçün “Azəriqaz” sayğac əvəzlənməsinin səbəblərini açıqlamalidir. Amma iki aya yaxındır səsi çıxmır” - E.Mustafayev qeyd edib. 

pia.az


Etiket: Azəriqaz
z

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Zakir Fərəcovun restoranında toy məclisi - Polisdən əməliyyat

“SMS icazə bərpa edilməlidir, başqa yol yoxdur” - Açıqlama

Paşinyanın oğlunun biabırçı görüntüləri yayıldı - Foto 

Xərçəngə qalib gələn “Toppuş bacı”nın son halı - Foto

Mübariz Mənsimov: "Heç kim və heç nə məni bu yoldan döndərmək gücündə deyil"

Azərbaycanda yeni qoşun növü yaradılır - Türk general açıqladı  

Baş Qərargah rəisi: "Azərbaycan-Ermənistan sərhədi ən yüksək səviyyədə qorunur"

Vilayət Eyvazovdan yeni təyinat - Vüqar Qasımov vəzifəsindən azad edildi

“Yeni müharibənin başlaması...” - Bölgəmizdə fərqli situasiya yaranıb

“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

Ən çox oxunanalar