Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın buraxdığı uzaqmənzilli raketlər Amerika təyyarədaşıyanının həndəvərinə düşdü

İranın İnqilab Keşikçiləri Korpusunun hərbi dəniz təlimləri zamanı buraxdığı uzaqmənzilli ballistik raket Hind okeanında üzən “Nimitz” ABŞ təyyarədaşıyan gəmisinin həndəvərinə düşüb. Virtualaz.org xəbər verir ki, bu haqda ABŞ administrasiyasındakı anonim rəsmi mənbə “Fox News” telekanalına bildirib.

Məlumata görə, raketlərdən ikisi “Nimitz” təyyarədaşıyan gəmisinin 160 kilometrliyində partlayıb. Digər raket isə həmin rayonda üzən kommersiya gəmisinə “təhlükəli dərəcədə yaxın” 32 kilometr məsafəyə düşüb. Baxmayaraq ki, İran raketi təyyarədaşıyanın və onu müşaiyət edən gəmilərin göyərtəsindən görünməyib, mənbənin bildirdiyinə görə, qəlpələr kifayət qədər böyük məsafəyə səpələnib.

Mənbənin bildirdiyinə görə, İran raketləri təyyarədaşıyandan xeyli aralı düşsə də ABŞ peyklərdən həmin raketlərin trayektoriyasını izləyirdi və raket buraxılışları barədə əvvəlcədən məlumatlı idi. Mənbə İranın öz hərəkətlərində bu dərəcədə irəli gedə bilməsindən narahatlıq ifadə edib.

Bildirilir ki, İnqilab Keşikçiləri Korpusu Hind okeanının şimal hissəsində yerləşən şərti hədəflərə qarşı müxtəlif radiuslu ballistik raketlər tətbiq edib. “Tasnim” agentliyinin məlumatında isə bu təlimlər haqda xəbərdə deyilir ki, İran raketləri 1800 kilometr məsafədən hədəfləri vurub.

Ötən il noyabrın 30-da ABŞ “USS Nimitz” təyyarədaşıyan zərbə qruplaşmasını Fars körfəzinə göndərib. Trampın hakimiyyətinin son aylarında ABŞ-la İran arasında gərginlik daha da artıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar