Cümə, 26 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Vazgen Manukyan: “Ordumuzu itirdik, indi onun yalnız qalıqları mövcuddur”

“Müharibəni əvvəldən də bitirmək olardı”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikri Ermənistanın keçmiş baş naziri, “Vətəni xilas hərəkatı”nın rəhbəri Vazgen Manukyan Vanadzorda keçirdiyi görüşdə səsləndirib.

“Əgər ordumuz müharibəyə hazır olsaydı biz möhkəm mövqelərə sahib olardıq. Hətta ən əlverişsiz şərtlərdə belə səfeh əmrlər verilməsəydi, orduda qayda-qanun, fəaliyyətin düzgün koordinasiyası qurulsaydı bizim bu qədər itkilərimiz olmazdı. Savaş başladıqdan bir neçə gün sonra onun bizlər üçün pis istiqamətdə getdiyi aydın olduqda, artıq müharibəni dayandırmaq lazım idi”,-deyə erməni siyasətçi söyləyib.

V.Manukyanın iddiasına görə, noyabr 9-da əldə olunan sənədi ermənilərin xeyrinə dəyişdirmək mümkünmüş. Lakin bununla bağlı heç bir siyasi danışıqlar aparılmayıb.

“Biz ordumuzu itirdik, indi onun yalnız qalıqları mövcuddur. Biz milyard dollardan çox silahdan məhrum olduq, nəhəng iqtisadi itkilərə məruz qaldıq”,-deyə keçmiş baş nazir qeyd edib.

Vagen Manukyanın fikrincə, yolların açılması Ermənistandan çox Azərbaycan və Türkiyəyə xeyir gətirəcək. “Azərbaycanlılar demək olar ki, 10 milyon nəfərdirlər. Biz isə ildən ilə azalırıq. Bunun sayəsində türklər Ermənistanı dolduracaqlar və biz yenidən dövlət yox, məskunlaşma məntəqəsinə çevriləcəyik. Əlbəttə, müəyyən zaman keçdikdən sonra Türkiyə və Azərbaycanla münasibətləri düzəltmək olar. Lakin bu yalnız mövqelərin möhkəmləndirilməsindən sonra mümkündür. Əks halda biz Ermənistanı itirəcəyik”,-deyə erməni siyasətçi ermənisayaq “ağlaşmasını” davam etdirib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“10 noyabrda Ermənistan Bakıya raket zərbələri endirdi” - Rus hərbi eksperdən sensasion bəyanat

Emin Ağalarov Xəzərin sahilində yeni obyektlər tikir - Fotolar

“Tərtər işi”nin əsas günahkarı Zakir Qaralovdur – Vəkildən sensasion açıqlama

"Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək" – Hafiz Hacıyev 

Ermənistanda hərbi çevriliş... - Rusiya səbr kasasını dolduran Paşinyanı bu dəfə yola sala biləcəkmi?

Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşüb 

“İnvestisiya Holdinqindən çox böyük gözlənti var”

“İrəvanda hər şey rusların qərarından asılı olacaq” - Kreml Paşinyanı qorxutmaq istəyir

Xəbərdarlıq - Hava qeyri-sabit keçəcək, qar yağacaq

Ən çox oxunanalar