Cümə, 26 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycan xaricidən ən çox hansı ərzaq məhsullarını alıb?

2020-ci ildə Azərbaycanın xaricidən ən çox idxal etdiyi əsas ərzaq məhsullarının həcmi açıqlanıb.

PİA.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ildə 1 milyard 640,7 milyon dollar dəyərində yeyinti məhsulları idxal edib. 2019-cu illə müqayisədə statistik idxal dəyəri 0,2 faiz azalıb.

Belə ki, 2020-ci ildə ölkəmiz ən çox aşağıdakı yeyinti məhsullarını idxal edib:

Buğda - 296,9 milyon dollar dəyərində 1 milyard 365,1 min ton buğda idxal edilib. 2019-cu illə müqayisədə idxal həcmi 13,9 faiz, idxal dəyəri isə 12,8 faiz azalıb.

Meyvə-tərəvəz - 2020-ci ildə 203,8 milyon dollar dəyərində 363,1 min ton meyvə-tərəvəz ixdal edilib. 2019-cu illə müqayisədə idxal həcmi 5 faiz, idxal dəyəri isə 4,8 faiz artıb.

Bitki və heyvan mənşəli piy və yağlar - 2020-ci ildə 161,9 milyon dollar dəyərində 166,2 min ton bitki və heyvan mənşəli piy və yağlar idxal edilib. 2019-cu ilə nisbətən idxal həcmi 0,8 faiz azalsa da, idxal dəyəri isə 14,6 faiz artıb.

Kərə yağı və süddən hazırlanmış digər yağlar - 2020-ci ildə 82,6 milyon dollar dəyərində 16,8 milyon ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. 2019-cu ilə nisbətən idxal həcmi 19,8 faiz, ixrac dəyəri 15,4 faiz azalıb.

Ət - 2020-ci ildə 78,9 milyon dollar dəyərində 43,9 min ton ət idxal edilib. 2019-cu ilə nisbətən idxal həcmi 14,7 faiz, idxal dəyəri isə 0,9 faiz azalıb.

Çay - 2020-ci ildə 56,2 milyon dollar dəyərində 13,9 min ton həcmində çay idxal edilib. 2019-cu ilə nisbətən idxal həcmi 0,8 faiz azalsa da, idxal dəyəri 2,1 faiz artıb.

Düyü - 2020-ci ildə 38,9 milyon dollar dəyərində 56,9 min ton düyü idxal edilib. 2019-cu illə müqayisədə idxal həcmi 16,9 faiz azalsa da, idxal dəyəri isə 0,5 faiz artıb.

Süd - 2020-ci ildə 15,3 milyon dollar dəyərində 9,7 milyon ton süd idxal edilib. 2019-u ilə nisbətən idxal həcmi 6,5 faiz, idxal dəyəri isə 6,6 faiz artıb.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“10 noyabrda Ermənistan Bakıya raket zərbələri endirdi” - Rus hərbi eksperdən sensasion bəyanat

“Tərtər işi”nin əsas günahkarı Zakir Qaralovdur – Vəkildən sensasion açıqlama

"Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək" – Hafiz Hacıyev 

“İnvestisiya Holdinqindən çox böyük gözlənti var”

“İrəvanda hər şey rusların qərarından asılı olacaq” - Kreml Paşinyanı qorxutmaq istəyir

Xəbərdarlıq - Hava qeyri-sabit keçəcək, qar yağacaq

Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur

ABŞ gecə saatlarında İranın hərbi obyektlərini vurdu

Ermənistan Baş Qərargahının rəisi daha 8 gün vəzifədə qala bilər

Ən çox oxunanalar