Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəs kollegial qurumun digər üzvləri hara baxırdı?” - Ekspertdən KİVDF-də baş verənlərə reaksiya

Yeni qurum mediada uzun illərdir kök salmış setreotipləri dağıda biləcəkmi və mediada sağlam rəqabət üçün əsasları formalaşdırmaq bu qurumun maraqları çərçivəsində olacaq?..

Media üzrə ekspert: “Mən birmənalı olaraq media istiqamətində medianın inkişafı və yaxud medianın dəstəklənməsi adı altında medianı nəzarətə alacaq bütün qurumların hökumət tərəfindən formalaşmasına qarşıyam”.

“İndi KİVDF-ın adının dəyişdirilib agentlik qoyulması heç nəyi dəyişdirmir”.

Bu sözləri media üzrə ekspert Ələsgər Məmmədli mediada baş verən son hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılmış istintaqla müəyyən edilib ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəyib, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.

Agentliyin yaranması ilə paralel olaraq KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlinin həbsini necə dəyərləndirmək olar? Yeni qurum mediada uzun illərdir kök salmış setreotipləri dağıda biləcəkmi və hesab edirsinizmi ki, mediada sağlam rəqabət üçün əsasları formalaşdırmaq bu qurumun maraqları çərçivəsində olacaq?

Medianın gələcək taleyini PİA.az-ın əməkdaşı media üzrə ekspert Ələsgər Məmmədli müzakirə edib.

Ələsgər Məmmədli: “KİVDF-in rəhbərinin həbsi hüququ prosesdən çox siyasi prosesdir”.

Vüqar Səfərlinin kollegial qurumun sədri olduğunu xatırladan ekspert PİA.az-a bildirib ki, bəs kollegial qurumun digər üzvləri hara baxırdı? Onların məsuliyyəti hardaydı:

“Birinci növbədə onu deyim ki, mən birmənalı olaraq media istiqamətində medianın inkişafı və yaxud medianın dəstəklənməsi adı altında medianı nəzarətə alacaq bütün qurumların hökumət tərəfindən formalaşmasına qarşıyam. Hökumətin atacağı addım mühit yaratmaq olmalıdır. Bu da vergidən güzəşt, informasiyaya çıxış imkanlarının maksimum açıq edilməsi, azad reklam bazarının yaradılmasından ibarət olmalıdır. Eyni zamanda dövlət qurumlarının üzərinə öhdəlik qoymaq olar ki, medianın işi asanlaşsın. Eyni zamanda jurnalistikada oxuyan uşaqlar pulsuz təhsilə cəlb edilə bilərlər və s. Dövlətin əlində olanlar bunlardır.

2009-cu ildə KİVDF yarananda biz eyni düşüncədə idik ki, bu addəm bəlli bir media qurumlarını nəzarətdə saxlamaq məqsədi güdür. Beelə də oldu. Düzdür müəyyən jurnalistlər və media mənsubları hansısa formada oradan ev aldılar. Amma bu medianın inkişafına kömək etmədi. Medianın daha da ələ baxımlığına aparıb çıxardı. Həmçinin çap mediası demək olar ki, tamamilə bitdi. Bu proses həm araşdırma jurnalist sahəsində xeyli sayda jurnalistlərin öz işini görməsinə maneələr yaratdı.

Bu aspektdən baxanda indi KİVDF-ın adının dəyişdirilib agentlik qoyulması heç nəyi dəyişdirmir. Yenə arxasında yatan məntiq eynidir. Bu da ciddi şəkildə nararahatçılıqlar yaradacaq məqamlardır. Çünki burada dövlət səlahiyyəti var. Məsələn həm onlayn mediaya, hən də çap mediasına inzibati sanksiyalar tətbiq etmək nəzərdə tutulur. Bu da Avropa İnsan Haqları Konvensiyanın 10-cu maddəsinin ifadə azadlığı ilə bağlı normalarına ziddir. Çünki dövlət sadəcə lisenziyalı fəaliyyətlə teleradio sahəsini tənzimləyə bilər. Digər sahələr özünü tənzimləməlidir. Çap mediası, onlayn media da buraya daxildir. Buna görə də nizamnamədə məqsədini aşan müddəalar var.

Ələsgər Məmmədli: “Yeni nizamnamədə məqsədini aşan müddəalar var”.

İkinci önəmli məqam ondan ibarətdir ki, bu qurum, həm də özünü maliyyələşdirmək üçün iqtisadi fəaliyyətlə də məşğul olacaq. Bu da o deməkdir ki, Agentlik sizin kimi media qurumları ilə rəqabət aparacaq. Bir tərəfdən tənzimləyən, bir tərəfdən rəqabət aparan qurumun nə qədər obyektiv hakim ola biləcəyi də şübhəlidir.

KİVDF-in rəhbərinin həbsi isə hüququ prosesdən çox siyasi prosesdir. Yəni bu siyasi addımdır. Çünki KİVDF-in istər formalaşması, istərsə də fəaliyyəti təkbaşına adamın səlahiyyətində olmayıb. KİVDF-in təqdimatı rəsmi şəkildə Prezidenti Administrasiyasında ictimai siyasi şöbədə aparılıb. Həm də Vüqar Səfərli kollegial qurumun sədri olub. Bəs kollegial qurumun digər üzvləri hara baxırdı? Onların məsuliyyəti hardaydı?

Onlar hər gün mediada hər şeyin əla getdiyini bildirirdi. İndi nə oldu birdən birə məlum oldu ki, burada korrupsiya var? Demək ki, həm də bu şəxslərin məsuliyyəti və sorumluluğu var. Düşünürəm ki, araşdırma aparılanda bir şəxs üzərində yox, araşdırma daha geniş aparılmalıdır. Bütün işlər ortaya çıxmalıdır.

Ələsgər Məmmədli: “Problemlərlər tək indi deyil, amma prokurorluq nədənsə indi araşdırma aparır”.

Mən bilmirəm orada nə baş verir və yaxud da verib. Amma ən azından KİVDF-dəki korrupsiya faktları barədə həmişə deyilirdi. Deyilirdi ki, KİVDF şəffaf deyil. KİVDF tenderləri bəlli çevrəsinə yönləndirdiyi və ev tikintisində də korrupsiyanın olduğu haqqında yazılırdı. Yəni korrupsiya faktları KİVDF-nin bütün fəaliyyət dövrünü əhatə edib, amma prokurorluq nədənsəjurnalistlərin binasının tikintisini araşdırır. Bu na görə də hesab edirəm ki, araşdırma daha geniş zamanı əhatə etməlidir.

Araşdırma aparsaq görərik ki, illərdir KİVDF də korrupsiyanın olduğunu deyən jurnalistlər var. Hətta bunu deyən jurnalist Əvəz Zeynallının məhkəmə 3 min manata qədər cərimə etdi. Buna görə də indiyə qədər KİVDF-də korrupsiyalar yox idi, demək ədalətsizlik olardı”.

Nərminə UMUDLU
pia.az


Etiket: Media


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar