Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosial medianın müəyyən etdiyi demokratiya “maskaradı”... 

Bəs milli sosial şəbəkə platformaları fərqli davranacaq?..

Arslan Bulut
“Yeniçağ” qəzeti, Türkiyə, 15 yanvar 2021-ci il

ABŞ-dakı seçkilərdən əvvəl “Antifa” adlı təşkilat ölkəni alt-üst etmişdi. Təşkilatlanarkən və hərəkat üçün toplanarkən “Ərəb Bahar”ında olduğu kimi sosial mediadan istifadə etdilər. Tramp da onları terrorçu elan edərək etirazları yatızdırmaq üçün qoşun göndərmək istəsə də, medianın təzyiqi ilə bunu edə bilmədi.

Etirazlar davam edərkən sosial media qurumları təşkilat rəhbərləri də daxil olmaqla heç bir dağıdıcı etirazçının hesabını bağlamadı. Seçkidən sonra isə “maskarad” kimi bir Konqres basqını təşkil edildi və sosial media quruluşları əvvəlcə Trampın, sonra da onu dəstəkləyən minlərlə amerikalıın hesablarını bağladılar.

“Washington Times” qəzetinin köşə yazarı Viktor Devis Hanson yazır: “Demokratlar minlərlə amerikalını qara siyahıya alan, senzuraya məruz qoyan və insanların hesablarını bağlayan sosial media rəhbərlərini alqışlayırlar. 3 noyabr 2020-ci il səsverməsindən 2 gün sonra Keti Qriffin üstündə Donald Trampın kəsilmiş başı olan bir rəsmi retvit-lədi, amma buna səs çıxaran olmadı!”.

Sosial media qurumları indi də peyvəndlə bağlı senzura tətbiq edir. Əks fikirdə olan bütün hesabları bağlayır və ya xəbərdarlıq edirlər. Bəziləri məlumatların satılmasına görə bütün dünyada yayılmış sosial media qurumlarının yerinə, alternativ sosial media şəbəkələrinə keçməyi təklif edirlər. Bəs alternativ və az tanınan sosial media platformaları da eyni problemlə qarşılaşsalar, necə olacaq?

İndi yerli və milli sosial media şəbəkələri quruluşlarını tövsiyə edənlər çoxalıb. Tutaq ki, hamı “yerli və milli” sosial media şəbəkələrinə köçdü. Bəs onda biz 2023-cü il seçkiləri zamanı nəyə üzləşəcəyik? Sözü gedən hesablarda, yəqin ki, hökuməti dəstəkləyərlə olan münasibət müxalifətə olan münasibətdən fərqli olacaq. Təbii ki, bu zaman müxalifət senzuraya məruz qalacaq. Digər tərəfdən, Türkiyə Mərkəzi Seçki Komissiyasının “möhürlənməmiş bülletenlər və möhürlənməmiş zərfdə verilən səslər etibarsızdır”, qaydasını seçki davam edərkən dəyişdirdiyi də bir reallıqdır.

O zaman 2023-cü il seçkilərindən bir həftə əvvəl yerli və milli sosial media platformalarındakı hesabları bağlaya və ya girişi məhdudlaşdıra bilərlərmi? Bütün mesajlar süni intellektlə idarə olunurmu? Yerli sosial media şəbəkələrində senzura və məhdudiyyətin qarşısını ala biləcək hüquqi sistem varmı? Bütün bu qurumlar iqtidarın nəzarəti altında deyilmi? İqtidar özünü dövlət olaraq görüb, ona qarşı çıxan hər kəsi terrorizmi dəstəkləməkdə günahlandıra blməzmi?

CHP millət vəkilləri Ərdoğanın “Kamal Kılıçdaroğlu müdirlik dövründə Dövlət Sosial Müdafiə Fondunu batırdı”, iddiasına cavab verməyə çalışarkən tələyə düşürlər. Bir neçə ildir Kılıçdaroğlunun müdürlük dönəmi ilə 18 illik AKP hakimiyyəti dövrünü müqayisə edirlər və DSMF-nin bu gün 427,9 milyard lira kəsiri olduğunu bildirirlər. Birincisi “müdirlik dövrü” ilə “siyasi hakimiyyət dövrü” müqayisə edilə bilməz. Bir müdir istəsə də DSMF-ni batıra bilməz. Bu işdən məsul olan isə həmin dövrün siyasi iqtidarıdır. CHP spikerləri bunu düşünmədən tələyə düşərsə, bəs vətəndaş nə etsin? Həmçinin, 18 il ərzində nəinki DSMF, hətta Türkiyənin bütün strateji təşkilatları satılmış, suları və meşələr yağmalanmış, xəzinəsi boşaldılmış və ölkə batmışdı.

Digər tərəfdən, Baydenin yeni koordinatoru da YPG/PKK tərəfdarıdır. “Anadolu” Agentliyi “Baydenin Mequrku Yaxın Şərq və Şimali Afrika Koordinatorluğuna gətirəcəyini açıqlaması onun bölgə siyasəti barədə işarələr verir”, başlıqlı bir analiz yayımlayıb. Zeynəb Hilal Qaryağdının yazığı bu analizdə: “Mequrk 2004-2009-cu illərdə vəzifədə olarkən İraqı etnik və məzhəb baxımdan bir xaos ölkəsinə çevirib, İŞİD üçün zəmin hazırlamışdı. İraqdakı xaosun əsas aktyoru olan Mequrk ölkədəki federal quruluşun memarı olaraq da tanınıb. YPG/PKK terror təşkilatının ən güclü dəstəkçilərindən biri olan Mequrk Suriyanın parçalanmış xəritəsini də hazırlamışdı”, deyə qeyd edilir.

Bu təyinat da yeni dövrlə bağlı ciddi işarələr verir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Facebook Tramp ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar