Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyevin vəzifədən azad etdiyi direktor danışdı

AMEA-nın Fizika İnstitutunun vəzifəsindən azad edilən direktoru, akademik Nazim Məmmədov işdən çıxarılması ilə bağlı məlumatlara münasibət bildirib.

PİA.az-ın məlumatına görə, N.Məmmədov deyib ki, AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Fizika İnstitutunda ötən ilin dekabrında yoxlama aparılmış, nəticədə qurumun fəaliyyətində nöqsanlar aşkar edilmişdir. Yoxlama arayışı AMEA-nın Fizika İnstitutunun rəhbərliyi və aidiyyəti şöbə müdirlərinə təqdim edilmiş və onların iştirakı ilə müzakirə edilmişdir:

"İşimizdə yol verdiyimiz nöqsanlara görə mən və institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Şahvələd oğlu Abdinov tutduğumuz vəzifədən azad edilmiş, institutun bir sıra əməkdaşları isə yol verdikləri nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilmişlər. Mən və akademik Cavad Abdinov hazırda AMEA-nın Fizika İnstitutunda rəhbərlik etdiyimiz laboratoriyalarda elmi fəaliyyətimizi davam etdiririk. Mənim və institutun digər əməkdaşları barəsində AMEA Rəyasət Heyətinin qəbul etdiyi qərar ədalətli və qanunauyğundur. Bu qərara iradımız yoxdur. İnstitutda aparılan yoxlama ilə bağlı kütləvi informasiya vasitələrində və saytlarda gedən yazıların əsası yoxdur, onlar həqiqəti əks etdirmir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar