Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaz müharibəsi və Trampa sosial media müdaxilələri fonunda dəyişən dünya...

İqlim üzərindən dünyanın dəyişməsi sürətləndikcə pandemiya ilə birlikdə “Twitter”, “Youtube”, “Instagram”, “Whatsapp”, rəqəmsal dünya və rəqəmsal pul da meydana çıxmağa başladı. Bayden bütün bunların önündə dayanan bir simadır...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 14 yanvar 2021-ci il

ABŞ-da işlər qarışıb. Tramp seçki nəticələrinə etiraz edib və nəticələri qəbul etməyəcəyini açıqlayıb. Tərəfdarlarını toplayaraq Vaşinqtonun mərkəzində bir mitinq keçirib. Daha sonra da izdiham Konqres binasına basqın edib və vəziyyət daha da gərginləşib. Nəticədə, Bayden rəsmi olaraq prezident kimi tanınıb.

Hadisələr soyuduqdan sonra Tramp: “Mən heç kimin Konqres binasına basqın etməsini istəmədim. Zorakılığa nifrət edirəm, bunu hamı bilir”, deyərək gələn dalğanın gücünü gördüyünü bildirib. Impiçment prosesi başlayanda da bu barədə susdu. MKİ isə “ortalıq qarışa bilər, silahlı münaqişələr böyüyə bilər” deyə bir hesabat təqdim edib. Beləcə, gərginlik daha da artıb.

Bundan sonra gərgin gözləmə müddəti başlayıb. Bununla birlikdə, Respublikaçılar da Konqres basqınını təsdiqləmədilər. Çünki demokratiya baxımından bunun müdafiə ediləcək heç bir tərəfi yox idi. Bu da Baydenin əlini gücləndirən bir element idi. Çünki 20 yanvarı gözləmədən rəsmən prezident oldu.

Nələr olacağını maraqla gözləyərkən Pentaqon araya girdi. Hələlik işlər yolunda getdiyi üçün Pentaqonun gücü və təsiri görünmürdü. Basqından sonra isə hamı dönüb əsgərlərə baxdı və Pentaqon səhnəyə çıxdı. ABŞ Baş Qərargahı Baydenin 20 yanvarda and içəcəyini və ABŞ Ordusunun 46-cı Baş Komandanı olacağını elan edən bir sənəd yayımlayıb. Baş Qərargah rəisi General Mark Milli və 6 qüvvə komandirinin imzaladığı bu sənəddə deyilir:

“6 yanvar 2021-ci ildə Vaşinqtonda baş verən qiyam ABŞ Konqresinə, Konqres Binasına və konstitusiya müddətimizə qarşı birbaşa hücumdur. Tarix boyu etdiyimiz kimi ABŞ Ordusu qanun çərçivəsində insanların həyatını və əmlakını qorumaq və ictimai təhlükəsizliyini təmin etmək üçün mülki səlahiyyətlilərə dəstək verəcək, həmçinin ABŞ konstitusiyasını daxili və xarici bütün düşmənlərə qarşı qorumağa sadiq qalacaqdır”.

“20 yanvar 2021-ci ildə konstitusiyaya əsasən, ştatlar və məhkəmələrin təsbit etdiyi və Konqresin təsdiqi ilə seçilmiş prezident Bayden vəzifəyə başlayacaq və bizim 46-cı Baş Komandanımız olacaq”.

Bəs Baş Qərargah rəisi General Mark Milli daha əvvəl nə demişdi? Qlobal bir mənada nəyə işarə etmişdi? Milli, “Çin Rusiya və terrorçuların, həmçinin də ABŞ-ın nəzərə almalı olduğu böyük bir təhdiddir”, dedi. Milli Çindən gələn təhdidin ABŞ-ın qarşısında duran ən böyük problem olduğunu vurğulayıb. Çin Ordusunun yaxın on ildə ABŞ Ordusu səviyyəsinə çatmağa çalışacağını da qeyd edib. Çinin kosmosda, kiber məkanda və quruda hərəkət edə bilən güclü bir ordu qurmağı hədəflədiyini vurğulayan Milli: “Onların planı yalnız hərbi gücü tarazlaşdırmaq deyil, həm də əsrin ortalarına qədər silahlı qarşıdurmalara hakim olmaqdır”, deyir. Yəni bütün balans və mübarizə ən effektiv əsgər tərəfindən təsdiqlənib.

ABŞ-da önə çıxan məqam təkcə bu da deyil. Qarşıdakı günlərdə hər kəsin gündəmində istixana qazı olacaq. Yəni iqlim dəyişikliyi - ABŞ-Çin müharibəsinin böyük cəbhəsi.

Karbon dioksid, su buxarı, metan, azot oksidi və ozon qazı - hər biri istixana qazlarıdır. Əgər jstixana qazları olmasaydı, dünyamız buzla örtülmüş bir səhra olardı. İstixana qazları istiliyin kosmosa keçməsinin qarşısını alaraq dünyamızı yaşamağa uyğun bir hala gətirir. Bu istilik tutma fenomeninə istixana təsiri deyilir. Necə ki, istixana qazlarının olmaması dünyanı çox soyuqlaşdırırsa, istixana qazlarının çoxluğu da dünyamızı hədsiz isidir. Keçmişdə fabriklərdə, avtomobillərdə, təyyarələrdə və qatarlarda çoxlu kömür, neft və benzin istifadə olunurdu. Bu fosil yanacaqların istehlakı karbon dioksid emissiyasına səbəb olur. Bu qədər karbon qazının yer atmosferi ilə qarışması da yerin istiliyini artırır. Eyni şəkildə karbon dioksid istehsalına davam etsək, dünyamız gündən-günə istiləşəcək.

Quraqlıq və hədsiz istiləşmə kimi görünən bu konsept indi dünyanın zirvəsində gedən ən böyük mübarizələrdən biridir. Fosil yanacaqlarından alınan enerji də dünyanı istiləşdirir.

Bu, Obamanın cücərtdiyi və Trampın atdığı iqlim konvensiyası idi. Heç bir ölkə bu razılığa etiraz etməyib. Ancaq Çin bunun daha sonra başlamasını istəyib. Buna meyilli olan Obama da o dövrdə Respublikaçılar tərəfindən hədəfə alınmışdı. Biz gündəlik həyatımıza davam edərkən istixana qazını təşkil edən ölkələrin birincisi Çin idi. İkinci yerdə isə ABŞ qərarlaşdı. İstixana qazının təkcə 30%-i Çindən çıxırdı və bu da Çinin həddindən artıq istehsal etməsi ilə bağlı idi. Çin istehsal edir, satır və pul qazanır, getdikcə böyüyürdü. Odur ki, hətta, karbon vergisi belə gündəmdə idi.

Ancaq Obamanın başlatdığı prosesi indi Baydenlə birlikdə davam etməyə başladı. İqlim dəyişikliyi üzərindən böyük bir koalisiya qurulmalı və dünyanı bir daha çirkləndirməməsi tələb olunmalı idi. Başqa sözlə, “az istehsal et, az qazan, daha çox böyümə” deyiləcəkdi.

Hazırda dünyada bir nömrə olan “Blackrock” da qlobal investorlarına “fosil yanacaqlarından çıxmaq üçün son 1 il” çağırışı edirdi. Yer üzündə görünməyən bir imperator olan “Blackrock” bunu ABŞ daxilində nəhəng neft şirkətlərinə deyirdi. Fosil yanacaq işi də təxirə salınanda, təbii olaraq, “Tesla” və İlon Mask kimi şəxslər önə çıxmağa başladı.

İqlim üzərindən dünyanın dəyişməsi sürətləndikcə pandemiya ilə birlikdə “Twitter”, “Youtube”, “Instagram”, “Whatsapp”, rəqəmsal dünya və rəqəmsal pul da meydana çıxmağa başladı. Bayden bütün bunların önündə dayanan bir sima idi.

Yəni dünyanın dəyişməsi üçün artıq start verilib. Pentaqonun açıqlaması ilə də elan olundu. Bu, Baydeni deyil, yeni nizamı qorumaq üçün edilən bir çıxış idi. Bütün bunların davamı olaraq İngiltərədən də bir çıxış gəlib. İngiltərə Xarici İşlər naziri Dominik Raab: “Çinin uyğur türklərinə qarşı zülmü barbarlıq səviyyəsinə çatıb. Bu gün tətbiq olunan bu barbarlığı keçmişdə buraxdığımızı ümid edirdik”, deyə danışıb və əlavə edib: “İnsanları zorla işlədərək əldə edilən məhsulları heç bir şəkildə idxal etməyəcəyik”.

Vəziyyət budur. Prezident Ərdoğan da bunu gördüyü üçün Avropanı bir kənara atmaq istəmədi. Çünki Türkiyə də hər dövlət kimi qlobal masada önəmli yer tutmaq istəyir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Obama Tramp ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar