Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Xocalının Sığnaq kəndində - Yenilənib

Xocalı rayonunun Sığnaq kəndi. Burada da Azərbaycan-Türkiyə bayraqları və yolu inşa edən Türkiyə şirkətinin bayrağı asılıb”.

PİA.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı Xocalı rayonunun Sığnaq kəndindən keçərkən deyib.

Prezident İlham Əliyev yolun kənarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə asılan fotolarına da diqqət yetirib: “İki qardaş”.

Dövlət başçısı bildirib ki, Sığnaq və Çanaqçı kəndlərinin azad edilməsi Şuşa əməliyyatı üçün xüsusi əhəmiyyət daşıyıb: “Ordumuz böyük qəhrəmanlıq göstərib, bu kəndləri işğalçılardan azad edib. Bundan sonra da istiqamət Daşaltı kəndidir, ondan sonra da Şuşa.

Xocalı rayonu, istiqamət Şuşa şəhəri. Gözəl mənzərə açılır. Həm sağ tərəfdə, həm sol tərəfdə. Hər tərəf yaşıl, dağlar meşələr. Dağların başında qar, hava da günəşlidir. Qabaqda da çox gözəl mənzərə açılır. Şuşaya yaxınlaşırıq. Bax, necə də gözəl, Şuşaya çatırıq.

Şuşa lap yaxındır. Dağın başında. Yol boyunca da günəş bizi müşayiət edir. Bu da təbiidir. Təbiət də bizi alqışlayır”.

Qeyd edək ki, Birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərdən video-paylaşımlar edib.(APA)

***

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfəri çərçivəsində Xocalı rayonunun Sığnaq kəndində olublar.

İlham Əliyev burada Azərbaycan və Türkiyənin bayraqlarının, eləcə də bu ərazidə yolu inşa edən Türkiyənin “KOLİN” şirkətinin bayrağının asıldığını qeyd edib.

Yolun üzrərində iki qardaş ölkənin – Azərbaycan və Türkiyə prezidentlərinin fotosunun olduğu lövhə qoyulub.

Prezident İlham Əliyev Sığnaq kəndinin azad olunmasının önəmindən danışıb:

Xocalının Sığnaq və Çanağçı kəndlərinin işğaldan azad olunması Şuşa əməliyyatı üçün önəmli, xüsusi addımlar biri idi. Ordumuz böyük qəhrəmanlıq göstərib və bu kəndləri işğalçılardan azad etmişdir. Növbəti istiqamətimiz Daşaltı kəndi, daha sonra isə Şuşa olacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar