“Son günlərdə “Telegram” messencerinə böyük axın var, hətta bir sıra dövlət və hökumət başçıları da orada kanal açıblar”.
"MediaPost"un məlumatına görə, bu sözləri messencerin yaradıcısı Pavel Durov deyib.
O, bildirib ki, 72 saat ərzində “Telegram” istifadəçilərinin sayı 25 milyon nəfər artıb.
Durovun sözlərinə görə, “Telegram”dan indiyə qədər istifadə edən prezidentlər Emmanuel Makron (Fransa), Vladimir Putin (Rusiya), Andres Manuel Lopes Obrador (Meksika), Şövkət Mirzoyev (Özbəkistan), Vladimir Zelenski (Ukrayna), Tsay İnven (Tayvan), baş nazirlər Binyamin Netanyahu (İsrail), Le Syanlun (Sinqapur), Əhməd Əli Abinin (Efiopiya) sırasına Rəcəb Tayyib Ərdoğan (Türkiyə) və Jair Bolsonaru (Braziliya) da qoşulublar.
Pavel Durov bildirib ki, liderlərin təsdiqlənmiş kanalları mavi rəngli işarə ilə fərqləndirilir. “Tanınmış şəxslərin və təşkilatların dezinformasiya ilə mübarizədə “Telegram”a güvənmələri bizim üçün böyük şərəfdir”,- deyə o, əlavə edib.
Onun sözlərinə görə, sosial şəbəkələrdən fərqli olaraq, “Telegram” kontenti istifadəçilərə göstərmək üçün qeyri-şəffaf alqoritimlərdən istifadə etmir: “2010-cu illərin sosial şəbəkə platformalarında geniş tətbiq olunan belə manipulyativ alqoritmlərdən qurtulmaqla Telegram-kanalları şəffaflığı bərpa edir”.
pia.az