Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Heydər Əliyev demişdi ki, bu bankı gərək burada tikməyəydilər” – Əkrəm Həsənov

Mərkəzi Bankın binası ilə bağlı açıqlama...

“Dəyəri 218 milyon avro olan Mərkəzi Bankın yeni binasının tikintisi ən aktual mövzu olub. Mərkəzi Bankın nəyi düzdür ki, binası da düz olsun. Hələ 1998-ci ildə Mərkəzi Bankın istifadəyə verilmiş hazırki binası da yanlış idi. Belə ki, onun açılışında çıxış edən Ümummilli Lider demişdi: “Bu bankı gərək burada, bu yerdə tikməyəydilər.” Yəni binanın yerini Heydər Əliyevlə razılaşdırmamışdılar. O zamankı pul miqyasları indiki ilə müqayisə olunan belə deyil! Məsələn, valyuta ehtiyatlarımız cəmi 0,5 milyar dollar idi və bununla fəxr edirdik. Hansısa bank rəhbəri 2 milyon dolları oğurlayıb qaçmışdı və bizə ağır gəlirdi (indi təkcə Cahangir Hacıyev bir neçə milyard dolların mənimsənilməsinə görə içəridədir). Bir neft qurğusuna 200 mln. dollar xərc qoymağımızla fəxr edirdik və s. Yeri gəlmişkən, həmin binaya heç gələcək binanın tikintisinə sərf edilən vəsaitin 10% belə xərclənməmişdi. Görəsən, ötən 20 il ərzində gəlirlərimizlə bərabər tikinti xərcləri doğrudanmı belə artıb? Yoxsa məmurlamızın iştahası artıb?”.

PİA.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov deyib.

“Binanın açılışı zamanı çəkilən şəkillər də çox maraqlıdır. Belə ki, diqqətimi o çəkdi ki, orada iştirak edən rəsmilərin əksəriyyəti ya dünyadan, ya da vəzifədən köçüb. Təkcə Elman Rüstəmov istisna olmaqla. Amma ümid edək ki, heç olmasa yeni bina hazır olanadək o da köçəcək. Vəzifədən. Düzdür, yerinə, yəqin, müasir qlamur metrosesksual (yəni matişkə) boşboğazlardan biri gələcək. Amma yenə də, bir də gördüz ki, normal kadr gəldi və biz də heç olmasa ona görə yeni binanı sevdik. Binanın qiymətinə qayıdaraq onu deyim ki, onun real olduğuna yalnız layihənin tam açıqlandığı halda inanmaq olar. Görəsən orada qeyri-adi nə olacaq ki, tikintisi belə bahadır? Bütün dünyada daşınmaz əmlak ilk növbədə torpağa görə çox bahadır. Sırf binanın özü elə də baha olmur. Bəlkə orada pul nişanlarımızı çap edəcək fabrik də olacaq? Bu halda yenə inandırıcı qiymətə oxşar ola bilər. Və bunu dəstəkləmək də olar. Yoxsa pul nişanlarının xaricdə çapına xeyli valyuta ehtiyatı sərf edirik. Pulumuz da gedir, adımız da bəd çıxır və baş bankirimizin sorağı sonra Avstriya məhkəmələrindəki cinayət işlərindən gəlir. Yeri gəlmişkən, 7 il əvvəl elə Mərkəzi Bankın yeni binasının yaxınlığında Neft Fondumuzun da “zırıltı” binası tikilib. 84 mln. avroya! O zaman ictimaiyyəti bu qiymət maraqlandırmadı, çünki güzəranımız daha yaxşı idi. Söz düşmüşkən, dəfələrlə demişəm ki, Neft Fonduna ehtiyacımız da yoxdur əslində. Nə edir ki o? O boyda binada yalnız neftdən gələn valyutanı xaricdə yerləşdirir, vəssalam (bir də əməkdaşları Xarici İşlər Nazirliyi ilə bəhsə girərək tez-tez xaricdə gəzib-dolaşır). Elə Mərkəzi Bankın işlərindən biri valyuta ehtiyatlarının idarə edilməsidir. Odur ki, əvvəl-axır Neft Fondunu onsuz da Mərkəzi Banka birləşdirəcəyik (geci-tezi var, tez olsa yaxşıdır). Həmin bina da keçəcək Mərkəzi Bankın sərəncamına. Üstəlik sabiq Maliyyə Bazarlarına Nəzarət Palatasının da binası (1998-ci ilədək Mərkəzi Bank elə orada yerləşirdi) hazırda Mərkəzi Bankın sərəncamındadır. Bu qədər real və potensial binaları ola-ola yeni bina nəyinə lazımdır axı Mərkəzi Bankın? Lazım deyil. İşçilərinə yer çatmır? Çatır! Hələ onu demirəm ki, o qədər işçiyə ehtiyacı da yoxdur, ştatları şişirdilib. Gördükləri işlərin nəticələri də göz qabağındadır onsuz da.

Hər bir halda tutaq ki, lap bu binanın tikilməsinə ehtiyac var və qiyməti də realdır. Amma bu, 2020-ci ilə qədər aktual ola bilərdi. Pandemiya, müharibə və işğaldan azad olunmuş ərazilərdə gələcək bərpa işləri gündəmi dəyişib. Buna görə də hazırda bu xərcə ehtiyac yoxdur, zənnimcə. Ümumiyyətlə, Bakıda dövlət hazırda tikintiyə az xərc çəksə, yaxşıdır. Qoy özəl qurumlar tiksin. Dövlət isə geniş mənada Qarabağımızın abadlaşdırılmasına xərc çəksin ancaq. Axı pulumuz da sonsuz deyil. Özü də belə qlobal baxımdan çətin dövrdə yaşayırıq...” – Ə.Həsənov qeyd edib. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar