Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın 7 rayonu “Boş yerə” qaytarmaq fikri olmayıb...”

Paşinyan-Popov polemikası Moskvanın Qarabağla bağlı məkrli niyyətini ifşa etdi...

10 noyabr sazişindən sonra istər Vladimir Putinin, istərsə də digər yüksək rütbəli Rusiya rəsmilərinin “Dağlıq Qarabağın statusu” mövzusunda ziyanlı açıqlamalıarının şahidi olduq.

Buna paralel olaraq, ATƏT-in Minsk Qrupunun Bakıya və İrəvana səfəri baş tutdu ki, burada da məqsəd yenə həmsədrlərin “status narahatlığını” ortaya qoymaq idi. Məlum olduğu kimi, Azərbaycan açıq şəkildə bu təşkilatı “çağırılmamış qonaq” kimi qarşılayaraq, onun “xidmətlərinə” ehtiyacının olmadığını bildirdi.

Ermənistan tərəfi isə Rusiya və Fransa ilə birgə hər imkan düşdüyündə nizamlanmanın Minsk Qrupu çərçivəsində həyata keçirilməsinin vacibliyini qabartdı və hazırda da eyni mövqedə qalır. Və müharibənin bitməsindən daha artıq vaxt keçdikcə, Azərbaycana heç də dost olmayan Minsk Qrupu həmsədlərinin “status məsələsi” ətrafındakı canfəşanlığının səbəb və məqsədləri daha aydın şəkildə görünməyə başlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan müharibədəki məğlubiyyət və bundan öncə danışıqlar prosesinin dalana dirənməsilə bağlı “44 günlük müharibənin mənbələri” başlıqlı son məqaləsində dolayısı ilə Rusiyanı ittiham edərək, danışıqlarda 7 rayonun Azərbaycana qaytarılması müqabilində Ermənistana heç nə təklif edilmədiyini iddia edib.

Xüsusilə danışıqlar masasındakı sənəddə Qarabağın “statusu məsələsi” barədə konkret heç nə deyilmədiyini və bu məsələnin qeyri-müəyyən dövrə qədər təxirə salındığını bildirib.

Ötən gün isə Rusiyanın Minsk Qrupundakı həmsədri İqor Popov Paşinyanın Rusiyanın ünvanına yönəltdiyi ittihamlara cavab verib və Azərbaycana qarşı qurulmuş məkirli planın bəzi detallarını açıq şəkildə ortaya qoyub.

Rusiyalı diplomat Paşinyanın ittihamlarına cavab olaraq deyib: “Rusiyanın 7 rayonu “boş yerə” qaytarmaq, status barədə unutmaq və sakitləşmək təklif etməsi barədə iddialar həqiqətə uyğun deyil”.

Rusiyalı həmsədr deyib ki, bir neçə ildir danışıqlar masasında müzakirə olunan və 2019-cu ilin iyununda son redaktədə tərəflərə təqdim olunan Rusiyanın təkliflərində əvvəlcə məlum 5 rayonun qaytarılması, sonrakı iki rayonun isə yalnız və yalnız “status məsələsi”nin həllinə paralel şəkildə verilməsi nəzərdə tutulub.

Və bu yerdə Popov Azərbaycana qarşı qurulmuş bu mənfur ssenarinin son nöqtəsini qoyan detalı açıqlayıb: “Masa üzərindəki təkliflərdə yekun statusla bağlı son məqsəd olaraq göstərilib: “Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi üçün BMTATƏT-in nəzarəti altında Dağlıq Qarabağ əhalisinin azad iradəsini əks etdirən ümumxalq səsverməsinin keçirilməsi və nəticələrin beynəlxalq hüquq normalarına uyğun olaraq, məcburi hüquqi xarakter daşıması nəzərdə tutulur. Həmçinin, səsverməyə çıxarılan suallara heç bir məhdudiyyət qoyulmayacaq və istənilən nəticəyə tərəflər hörmətlə yanaşacaq.

Yeri gəlmişkən, hətta Laçın koridorunun eni də ikinci etapda, yəni LaçınKəlbəcər rayonlarının qaytarılmasına paralel şəkildə müəyyən edilməliydi.”

Göründüyü kimi, rusiyalı diplomat Paşinyanın ittihamlarına cavab olaraq, həmsədrlərin, xüsusilə Rusiya ilə Fransanın gerçək məqsədlərini aqçıqlayıb. İqor Popov erməni baş nazirə cavabında bu ssenarinin baş tutmamasına Paşinyanın 2018-ci ildən etibarən yürütdüyü “fərqli siyasətin” səbəb olduğunu qeyd edib.

Əslində, rusiyalı həmsədrin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq təhdid xarakteri daşıyan bu ssenariyə dair söylədikləri uzun illər ölkəmizə qarşı Ermənistana himayədarlıq edən Minsk Qrupunun gerçək məramını ortaya qoyur.

Həmsədrlərin Bakıya son səfərləri zamanı az qala qapıdan qovulması da Azərbaycanın bu ssenarini 44 günlük müharibə nəticəsində alt-üst etməsinin və bu mövzuya qayıtmaq fikrində olmadığının göstəricisidir.

Lakin Popovun bu açıqlaması digər yandan da Rusiya sülhməramlılarının ermənilərin yenidən Qarabağa doldurulması üçün göstərdiyi canfəşanlığa aydınlıq gətirmiş oldu.

Bu, “Dağlıq Qarabağ əhalisinin azad iradəsini əks etdirən ümumxalq səsverməsinin keçirilməsi” ssenarisinin əsas tərtibatçılarından birinin, hətta yəqin ki, birincisinin məntiqi addımıdır. Və bu addım göstərir ki, Rusiya üşün həmin ssenari hələ qüvvədədir. Burada məqsəd sadəcə, ermənilərin “könlünü almaq”, Qarabağ Müharibəsindəki acı məğlubiyyətin yaralarını sarımaq yox, Rusiyanın bölgədəki varlığını sürdürmək üçün əsas yaratmaq və Azərbaycanı mümkün qədər təzyiq altında saxlamaqdır.

Azərbaycana qarşı əsas təzyiq vasitəsi isə “status məsələsi” ola bilər ki, onunla da bağlı səsvermə keçirmək üçün Rusiyanın istədiyi nəticəni ortaya qoyacaq kütləyə ehtiyac var – yəni erməni əhalisinə.

Məhz bu, Rusiyanın Azərbaycanla bağlı cızmaq istədiyi maraqlar çərçivəsinin pozulmamsına təminat verəcək əsas amillərdən, alətlərdən biri sayıla bilər. Buna necə nail olunduğunu isə Moskva MDB-dəki digər münaqişə zonalarında, xüsusilə də Krımda nümayiş etdirib...

Nəhayət, Popovun bu açıqlaması Azərbaycanda “Rusiyanın əvəzolunmazlığı” təbliğatını aparan Moskvaya xidmət edən kölə xislətli, gerizəkalı məlum ünsürlərin – akademiklərin, deputatların, ekspertlərin, partiya sədrlərinin hansı ssenarilərə xidmət etdikləri barədə bir daha düşünməyə əsas verir.

Və bir daha göstərir ki, bu rusbaş “siyasətçilər”, “politoloqlar” və sair ünsürlər öz mövqelərilə Azərbaycanı istənilən yolla parçalamağa və təzyiq altında saxlamağa çalışan şər qüvvəyə xidmət edirlər.(“AzPolitika.info”)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar