Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-ABŞ münasibətlərində “sıfırlama” olacaqmı?..

ABŞ-la Türkiyə arasındakı münasibətlərin yenidən qurulması (sıfırlanması), görünür, həm Türkiyənin, həm də yeni prezident Baydenin arzusudur...

Serdar Turgut
“Habertürk” qəzeti, Türkiyə, 13 yanvar 2021-ci il

Yeni prezident Baydenin xarici siyasətdə korporativ əlaqələrə üstünlük verməsi, NATO ilə olan xüsusi münasibəti və Türkiyə ilə münasibətlərini Avropa ilə koordinasiyalı şəkildə həyata keçirməsi yeniliklərin artacağından xəbər verir. Ancaq Bayden administrasiyasına edilən təyinatları araşdırdıqda iki ölkə arasındakı münasibətlərin necə bərpa olunacağını görmək çətinləşir.

Obamanın kadrları hakimiyyətdə

Yeni prezident Baydenin administrasiyaya etdiyi yeni təyinatlara baxdıqda görünür ki, xarici siyasət və milli təhlükəsizliyə cavabdeh olan şəxslərin əksəriyyəti Obama administrasiyasından tanıdığımız simalardır.

Obama administrasiyasının ilk zamanlarında Amerikanın Türkiyəyə yanaşması müsbət idi, lakin 2015-də bu münasibətə mənfiyə doğru getməyə başladı. Məhz həmin vaxtı bu dəyişikliyinin baş verdiyi dövrdə Obamanı dəstəkləyənlərin çoxu indi də Bayden tərəfindən mühüm vəzifələrə gətirildi.

Vaşinqtondakı təcrübəli simalar da bu təyinatlara baxaraq Bayden administrasiyasının Rusiya, İran, Çin və Türkiyə siyasəti barədə münasibət bildirirlər.

Türkiyəni çox yaxşı tanıyan Entoni Blinken artıq Dövlət Katibi olacaq, keçmiş dövlət katibi Con Kerri isə administrasiyanın iqlim dəyişikliyi siyasəti ilə bağlı bir nümayəndə kimi yenidən Milli Təhlükəsizlik İdarəetmə Komitəsində olacaq. Obama dönəmində Avropa və Avrasiya münasibətləri üzərində işləyən Dövlət Katibinin müavini olmuş Viktoria Nuland, yeni administrasiyada siyasət hazırlayan Dövlət Katibinin müavini olacaq.

Bayden özü vitse-prezident olarkən onun milli təhlükəsizlik müşaviri olmuş Ceyk Sullivan da indi yenə də Baydenin milli təhlükəsizlik müşaviri oldu. Obama dövründən tanıdığımız Suzan Rays isə milli siyasət şurasının rəhbəri vəzifəsini icra edəcək. Obama dövründə İranla nüvə anlaşması üçün danışıqlar aparan Vendi Şerman administrasiyada Dövlət Katibinin müavini olacaq və onun da İranla bağlı siyasəti həyata keçirəcəyi gözlənilir.

Təbii olaraq, bu komandaya son gələn şəxs Türkiyənin çox yaxşı tanıdığı Bret Mequrk oldu. Mequrk administrasiyanın Yaxın Şərq və Şimali Afrika siyasətlərinə Ağ Evdən rəhbərlik edəcək.

Bu şəxslər nəyi ifadə edir?

Vaşinqtondakı təcrübəli yazıçılar və mütəxəssislər bu şəxslərin keçmiş münasibətlərini və baxışlarını araşdıraraq yaxın gələcək üçün bir proqnoz verməyə çalışırlar. Hələlik bu analizlərdən əldə olunan aralıq nəticələr belədir:

- Administrasiya indi İrana qarşı sərt siyasət və sanksiyalar tətbiq etmək əvəzinə, danışaraq razılaşma və güzəşt yolunu sınamaqda qərarlı görünür.

- Yenə də hazırda Çinə verilən işarə belədir: yeni administrasiya qlobal səviyyədə hər mövzuda Çinlə üz-üzə gəlmək əvəzinə, münasibətlərini Çinin istədiyi kimi yenidən qurmağa hazır görünür. Xüsusilə keçmiş dövlət katibi Con Kerrinin iqlim dəyişikliyi siyasətini idarə etmək üçün milli təhlükəsizlik heyətinə təyin edilməsinin Çinə verilən bir işarə olduğu düşünülür. Mütəxəssislərin fikrincə, Amerika iqlim dəyişikliyi mövzusunda Çinlə iş birliyi edərək “strateji rəqib” kimi gördüyü bu ölkə ilə münasibətlərini yenidənqurma mərhələsinə keçirə bilər.

- Mütəxəssislər həm də düşünürlər ki, bu heyətlə ABŞ Rusiya və Türkiyəyə qarşı daha az güzəştli bir siyasət izləyə bilər.

Xoşagəlməz təyinatlar

Bir çoxlarının fikrincə, Bret Mekqurkun Yaxın Şərq siyasəti üzərində işləyən bir sima olaraq Ağ Evə təyin edilməsi yeni adminstrasiyanın Türkiyəyə verdiyi xoşagəlməz bir mesajdır. Bret Mequrk Obama tərəfindən 2015-ci ildə İraqSuriyada İŞİD-lə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanı koordinasiya etmək üçün təyin edilmişdi. Trampın prezidentliyi dövründə isə bir müddət bu vəzifəni icra edən Mequrk, 2018-ci ildə, Tramp Suriyadan amerikalı əsgərləri geri çəkməyə qərar verən zaman öz vəzifəsini tərk etmişdi.

Mütəxəssislər bu təyinatın Türkiyə üçün heç də xoş bir xəbər olmadığını belə izah edirlər:

- Mequrk Amerikanın İŞİD-lə mübarizədə əsas müttəfiq olaraq YPG-ni seçmək siyasətinin də memarı kimi də tanınır;

- Amerikanın YPG-ni silahlandırmaq və gücləndirmək üçün atdığı bütün addımların Mequrk tərəfindən Vaşinqtonda yaradıldığı məlumdur;

- Mequrk hazırda adminstrasiya daxilində Türkiyəyə ən çox qarşı çıxan sima kimi tanınır;

- Mequrk keçmişdə Türkiyənin öz cənub sərhədini qoruya bilmədiyini iddia edərək, onun ərazisindən insanların İŞİD-ə qoşulmaq üçün Suriyaya keçdiyi barədə Vaşinqtonda şayiələr yaymışdı. Əvvəldə də qeyd etdiyim kimi, Obama administrasiyasının Türkiyə ilə münasibətlərinin korlandığı tarix Mequrkun vəzifəyə gəldiyi zamanla üst-üstə düşür.

- Mequrk 2018-ci ildə vəzifədən getdikdən sonra da Vaşinqtondakı əlaqələrindən istifadə edərək Türkiyə əleyhinə işləməyə davam etdi.

Mequrk son dönəmdə Həmas təşkilatından olan şəxslərin Türkiyə tərəfindən qorunduğunu Vaşinqtonda yaymağa başlayıb. Bu məsələdə İsrail nümayəndələri ilə əlbir olduğu ehtimal edilir.

Bəs indi nələr olacaq?

Amerika adminstrasiyasındakı şəxslər, təbii ki, müşavirlik edirlər və son nəticə Prezident tərəfindən verilir. Lakin Bayden ənənəvi korporativ adminstrasiya formasına önəm verdiyi üçün başqa ölkələrin liderləri ilə şəxsi münasibətlər qurmaq əvəzinə, ölkədəki korporativ əlaqələrə üstünlük verəcək. Bu baxımdan, onun yanındakı şəxslərin daha da önəm qazanacağını deyə bilərik.

Bayden, təbii olaraq Türkiyəni birdəfəlik kənara atmayıb, hətta əksinə Türkiyəni Amerika üçün qazanmaq istəyə bilər. Baydenin NATO-ya və Avropa ilə koordinasiyalı işləməyə önəm verməsi də bu fikrə təkan verir. 17 fevralda NATO liderləri zirvəsində Baydenin, böyük ehtimalla, Ərdoğanla da görüşü olacaq. Lakin hazırkı administrasiyaya baxaraq iki ölkə arasındakı münasibətlərin necə olacağı barədə müsbət rəy vermək hələlik mümkün deyil.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar