Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyada Azərbaycan diasporasının güclənməsinə yerli orqanlar mane olurlar” - Politoloq

Postmüharibə dövründə xaricdə diasporların fəaliyyəti necə qurulmalıdır?..

Bakı Politoloq Klubunun rəhbəri: “Biz bir xalq olaraq təkcə Ermənistan ordusu üzərində qələbə qazanmadıq. Eyni zamanda ümumdünya erməni diasporası və erməni kilsəsi üzərində də qələbəyə nail olduq”.

“Təəssüflər olsun ki, xaricdə bir neçə Azərbaycan təşkilatları bir-birləri ilə mübarizə aparırlar. Onlar bir-birinin işinə ciddi şəkildə mane olurlar. Bütün bunlar aradan qaldırılmalıdır”.

Bu sözləri politoloq Zaur Məmmədov vətən müharibəsindən sonrakı dövrdə diasporanın qurulma işini PİA.az-a şərh edərkən qeyd edib.

Vətən müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun da qarşısında yeni vəzifə və məsuliyyətlər qoyur. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı müharibə və onun nəticələri ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, diaspor və lobbiçilik istiqamətində gələcək fəaliyyət planları ilə bağlı xaricdə yaşayan ziyalılarımızın təklifləri maraqlıdır.

Düzdür biz qalib ölkəyik, amma informasiya müharibəsi dayanmayıb, təxribatlar olur. Odur ki, qələbəmizi daha da möhkəmləndirmək üçün burada siyasi, akademik dairələr və mətbuatla əlaqələrimizi genişləndirməliyik. Kitablar yazılmalı, çap edilməli, ABŞ kitabxanalarında yayılmalıdır. Məsələn, biz Amerikada yaşayan 100 azərbaycanlı haqqında bir kitab çap etdirib, müxtəlif kitabxanalarda, universitetlərdə geniş yayaq. Bunu başlayıb tədricən həyata keçirməliyik. Dövlət Komitəsi isə müxtəlif ölkələrdəki həqiqi, nüfuzlu diaspor liderləri ilə daha sıx əlaqələr qurmalı, onların fikirlərindən, təkliflərindən faydalanmalıdır

Ümumiyyətlə postmüharibə dövründə xaricdə diasporların fəaliyyəti necə qurulmalıdır?

Diasporaların gələcək işini PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Diaspora sahəsində effektiv iş görmək üçün Azərbaycan Xarici İşlər Nazirliyi, Diaspor Təşkilatı, Diasporlarla İşlər üzrə Dövlət Komitəsi və digər aidiyyatı qurumlar vahid bir sistem şəklində fəaliyyət göstərməlidir”.

Azərbaycan diasporası qarşısında kifayət qədər ciddi çağırışların olduğunu düşünən politoloq bildirib ki, əsas hədəflər qarşıya qoyularaq, o hədəflərin yerinə yetirilməsi ilə məşğul olmalıdırlar:

“Biz 44 günlük müharibə və ondan əvvəl Tovuz döyüşlərində bir daha onun şahidi olduq ki, AzərbaycanErmənistan arasında müharibə təkcə cəbhədə əsgərlər arasında baş vermirdi. Eyni zamanda informasiya müharibəsi ciddi şəkildə davam etdi. Həmçinin xaricdə diasporlar arasında da biz savaşın şahidi olduq. Çox xoş haldır ki, 44 günlük müharibədə Azərbaycan diasporası doğrudan da öz effektiv iş üsulunu ortaya çıxarmış oldu.

Nəticə etibarilə biz bir xalq olaraq təkcə Ermənistan ordusu üzərində qələbə qazanmadıq. Eyni zamanda ümumdünya erməni diasporası və erməni kilsəsi üzərində də qələbəyə nail olduq. Biz unutmamalıyıq ki, erməni diasporası yüzillərdie ki, güclənmiş və ümumiyyətlə erməni dövlətinin yaranmasında xüsusi rola malik olan qurumdur. Belə ki, erməni diasporası hələ erməni dövləti yaranmamışdan qat-qat əvvələr meydana gəlib. Xaricdəki ermənilər müxtəlif icmalar şəklində, müxtəlif təşkilatlar vasitəsilə öz erməni maraqları çərçivəsində xristian ölkələrində, Avropa, ABŞRusiyada xüsusi işlər görürlər.

Bugünkü hala baxsaq görərik ki, dayanmaq olmaz. Azərbaycan diasporası qarşısında kifayət qədər ciddi çağırışlar vardı. Diaspora sahəsində effektiv iş görmək üçün Azərbaycan Xarici İşlər Nazirliyi, Diaspor Təşkilatı, Diasporlarla İşlər üzrə Dövlət Komitəsi və digər aidiyyatı qurumlar vahid bir sistem şəklində fəaliyyət göstərməlidir. Əsas hədəflər qarşıya qoyularaq, o hədəflərin yerinə yetirilməsi ilə məşğul olmalıdırlar.

Zaur Məmmədov: “Diaspora işinin uğurlu olması həm də həmin ölkələrdəki mövcud siyasi yanaşma ilə bağlıdır. Bəzi ölkələrdə, xüsusilə Rusiyada Azərbaycan diasporasının güclənməsinə yerli orqanlar mane olurlar”.

Bu gün biz xarici ölkələrdəki diasporlara nəzər saldıqda deyə bilərik ki, diaspora işi təkcə yuxarıdan aşağıya təşkilatlanma ilə bağlı deyil. Eyni zamanda bu mental xüsusiyyətlərlə bağlıdır. Təəssüflər olsun ki, xaricdə bir neçə Azərbaycan təşkilatları bir-birləri ilə mübarizə aparırlar. Onlar bir-birinin işinə ciddi şəkildə mane olurlar. Bütün bunlar aradan qaldırılmalıdır.

Məndə olan məlumatlar görə Fuad Muradovun Diaspora Komitəsinə rəhbər gəlməsindən sonra dünyanın ayrı-ayrı ölkələrində koordinasiya mərkəzləri yaradılıb. Eyni zamanda ayrı-ayrı, parakəndə şəklində fəaliyyət göstərən diaspora təşkilatlarının həmrəyləşməsi və vahid təşkilatlanma prosesinə start verilib.

Təbii ki, diaspora işinin uğurlu olması həm də həmin ölkələrdəki mövcud siyasi yanaşma ilə bağlıdır. Bəzi ölkələrdə, xüsusilə Rusiyada Azərbaycan diasporasının güclənməsinə yerli orqanlar mane olurlar. Biz bunu etiraf etməliyik. Onların hər vəclə Azərbaycan diasporaları arasında müəyyən nifaqların salmalarının da biz şahidi oluruq.

Hər halda Diaspora Komitəsi 44 günlük müharibədə gördüyü işlərlə Azərbaycan ictimaiyyəti və xaricdəki həmyerlilərimiz tərəfindən təqdir qazandı. 44 günlük müharibə dövründə dünyanın müxtəlif ölkələrində Azərbaycan fəalları tərəfindən həmin ölkədəki yerli, kütləvi informasiya vasitələrində informasiya müharibəsi çərçivəsində Ermənistanın təxribatçı ölkə kimi işıqlandırılması, Ermənistanın regionda hansı siyasət yürütməsi ilə bağlı geniş, analitik yazılarla rastlaşdıq. Eyni zamanda müxtəlif telekanallarda, müxtəlif media qurumlarında azərbaycanlı ekspertlərin müsahibəlıri ilə də tanış olduq.

Zaur Məmmədov: “Diaspora xarici siyasətdə, informasiya siyasətində əsas silahlardan biri olduğu üçün bu işin daha da möhkəmləndirilməsi və inkişafı bundan sonra da davam edəcək”.

Bütün bunları təbii ki, diaspora sahəsində görülən işlərlə bağlıdır. Eyni zamanda qeyd etmək yerinə düşər ki, xaricdəki bir çox həmyerlilərimiz Azərbaycan ordusunun ianələr etdi. Onlar maddi cəhətdən Azərbaycan dövlətinin yanında olduqlarını sübut etdilər. Azərbaycan dövlətinin kifayət qədər ciddi potensialının olmasına baxmayaraq bu mənəvi dəstək idi.

44 günlük müharibədə ordu, xalq, eyni zamanda dünyadakı azərbaycanlıların ali baş komanda İlham Əliyevin də yanında olduğunu da gördük. Cənab prezidentə hələ də dünya azərbaycanlılarından silsilə təşəkkür məktubları gəlməkdə davam etməkdədir.

Bundan sonra da çoxlu işlər görmək lazımdır. Dünyanın müxtəlif ölkələrində ermənilərlə müharibə davam edir. Biz ayıq-sayıq olmalıyıq və başa düşməliyik ki, düşmən indiki mərhələdə də azərbaycanlılara qarşı müharibəsini davam etdirəcək. Diaspora xarici siyasətdə, informasiya siyasətində əsas silahlardan biri olduğu üçün bu işin daha da möhkəmləndirilməsi və inkişafı bundan sonra da davam edəcək.

Biz yaxın vaxtlarda yəqin ki, dünyanın müxtəlif ölkələrində diaspora sahəsində kifayət qədər xoşagələn qərarların da qəbul edilməsinin şahidi olacağıq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar