Cümə, 05 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Deputat: “Reklam bazarı yoxdursa, pulu hardan qazanmalıyıq?!”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsi üzrə islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilərək, yeni Medianın İnkişafı Agentliyi yaradılıb. Agentliyin fəaliyyət və inkişafını təmin edən “Media qanunu”nun hazırlanması və parlamentə təqdim edilməsi gözlənilir. Maraqlıdır, “Media qanunu”nda nələr əks olunmalıdır? Modern.az mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrənməyə çalışıb.

Deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov öncə “KİV haqqında” qanunumuzun olduğunu xatırladıb: “Bu qanuna kifayət qədər dəyişiklik olunub. Son dövrdə yeni qanunla bağlı təşəbbüslər, təkliflər oldu. Həmin sənəd artıq hazırlıq mərhələsindədir. Qanun hazırlanıb Milli Məclisə çıxarılacaq. Qanun əsasən konseptual məsələləri həll edir. “KİV haqqında”, eləcə də yeni qanunda da Azərbaycanda söz və mətbuat azadlığının təsbiti əks olunacaq. Bu sahədə heç bir problemimiz yoxdur. İstədiyimiz fikri deyirik, istədiyimiz mövzuda yazırıq, istədiyimiz kimi məsələyə yanaşırıq. Həm redaksiya daxilində, həm də hər bir jurnalistin fərdi yaradıcılığında dövlətin təyin etdiyi senzura yoxdur. Qanun bu məsələləri həll edir. Yeni qanunda da bu məsələlər olacaq.

Cənab prezidentin sərəncamı ilə Medianın İnkişafı Agentliyi yaradılıb və yeni rəhbərliyin üzərinə çox böyük məsuliyyət qoyulub. O məsuliyyəti uğurla həyata keçirməyi arzulayıram. Yeni qurumun uğuru biz jurnalistlərdən, xüsusən də çap mediasından asılı olacaq. Qəzetçi olduğum üçün çap mediasından danışıram. Uzun müddət mətbuat sahəsində bir sıra proseslər gedib. Uğurlar da, uğursuzluqlar da olub. Biz jurnalistlər, yəni köhnə qəzetçilər üçün daha çox uğursuz olub. Tirajımız aşağı düşüb, “reket qəzetlər”in fəaliyyəti nəticəsində jurnalistlərin hörməti azalıb. Demək olar ki, qəzetlərin satışı dağıdılıb, yoxdur. Sərbəst qəzet satışı heç nə olub. Köşklərdə qəzetdən başqa hər şey satılır. Jurnalistikanın Sovet dövründə olan hörməti, aktuallığı qalmayıb. Sosial şəbəkələrdə təhqiramiz ifadələri necə gəldi təqdim edirik və buna da “söz azadlığı” deyirik. Bu da rəsmi sözün hörmətdən düşməsinə səbəb olub. Bunun da ağrısını yaşamalı olmuşuq. Hörmətimiz yox, dolanışığımız yox, reklam bazarımız yox. Reklam bazarı yoxdursa, pulu hardan qazanmalıyıq?! Yaxşı, fəaliyyətimizi dayandırdıq. Bu boşluğu sosial şəbəkə qorumalıdır?! Bəs xalqın və dövlətin marağını kim qorusun?! Bu görülən işləri, aparılan quruculuğu kim

təbliğ etsin?!

Elə müşkül vəziyyət yaranıb ki, artıq yeni Agentliyə ümid bəsləyirəm.

Nizamnamə ilə ötəri tanış olmuşam. Çox böyük vəzifələr qoyulub. Bizi düşündürən məsələlər Medianın İnkişafı Agentliyinin üzərinə qoyulub. Çox yaxşı haldır ki, dövlətimiz bizə dəstək verir. Bizə də ümidimizin doğrulacağını gözləmək və o quruma kömək etmək qalır. Biz jurnalistlər hər zaman dövlətimizin, xalqımızın və milli maraqlarımızın yanında olmalıyıq”.

Deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, yeni qurumun yaradılması Azərbaycanın informasiya mühitinin köklü şəkildə dəyişməsinə gətirib çıxaracaq mühüm hadisədir:

“Biz media mənsubları uzun müddətdir ki, informasiya məkanımızın daha da keyfiyyətli olması zərurətini dərk edirdik. Belə bir addımın informasiya təhlükəsizliyimizə töhfə verə biləcəyini görürdük. Ona görə də imzalanan Fərmanda nəzərdə tutulan və yeni yaradılmış qurumun nizamnaməsində öz əksini tapan məsələlər Azərbaycanın milli təhlükəsizliyinin əsas komponenti olan informasiya təhlükəsizliyinin təmin olunmasında çox böyük rol oynayacaq. Şübhəsiz ki, buna paralel olaraq nizamnamədən irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı yeni qanunların qəbul olunması zərurəti yaranacaq. Düşünürəm ki, media sektoru sürətlə inkişaf edən dinamik sahədir. Bu istiqamətdə zərurət yarandıqca, mütləq qanunvericilik bazası da yenilənməlidir ki, qlobal informasiya məkanında baş verənlərlə ayaqlaşa bilək. Əminəm ki, yeni qurumun fəaliyyəti nəticəsində buna nail olacağıq. Ona görə də qanunvericilik bazasının təkmilləşməsi, yenilənməsi, yeni şərtlərə uyğun olaraq hüquqi tənzimləmənin həyata keçirilməsi strateji vəzifə kimi qarşımızda durur. Əminəm ki, qısa müddətdə bunun öhdəsindən gəlməli olacağıq.

Qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququna gəlincə, media mənsubu kimi deyə bilərəm ki, bütün qanunlar müasir dövrün çağırış və tələblərinə cavab verməklə yanaşı, milli çağırış və tələblərə də cavab verən yeni qanunların hazırlanmasına da ehtiyac var. Hazırda heç bir xalqın milli informasiya məkanını qlobal informasiya məkanına müdaxilə etmədən təsəvvür etmək mümkün deyil. Qlobal informasiya mühiti həm də milli informasiya mühitinin keyfiyyətini təsis edən dominant rola sahibdir. Biz bu proseslərlə mübarizə aparmalıyıq. Milli informasiya məkanımızı, milli maraqlarımızı cazibə mərkəzi kimi təmin etməliyik. Lazım olan addımları atmalıyıq. Əminəm ki, yeni yaradılan qurum buna nail olmağı bacaracaq”.

 

Deputat Sabir Hacıyev deyir ki, “KİV Fondunun mövcudluğu dövründə media ilə bağlı bəzi çatışmazlıqlar olub:

“Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi təkmilləşmiş formada fəaliyyət göstərəcək. Mediada olan çatışmazlıqlar aradan qaldırılacaq. Eyni zamanda, media ilə bağlı dünya təcrübəsi də öyrənilməli və tətbiq edilməlidir. Mediaya diqqəti artırmaq, müstəqilliyini gücləndirmək, inkişafına yol açmaq üçün xeyli işlər görülməlidir.

Yeni qanunda da bəzi məsələlər əks olunmalıdır. Qanunda peşəkarlığın daha yüksək olmasına da nəzarət edilməlidir. Media dövlətin və cəmiyyətin inkişafına hər zaman töhfə verməlidir. Mediadan çox şey asılıdır. İnsanlar hər hansı məlumatı, cəmiyyətdə gedən prosesləri, analitik yazıları mediadan əldə edir. Media cəmiyyətin inkişafı üçün çox güclü silahdır. Mətbuatda sağlam mühit formalaşdırılmalı və peşəkarlıq qorunmalı, hadisələrə müstəqil yanaşma olmalıdır. Ümid edirəm ki, yeni qanunda bunlar öz əksini tapacaq. Hesab edirəm ki, yeni yaradılan Agentlik müsbət işlər görmək məqsədi daşıyır”.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar...” – Sensasion müsahibə

SMS icazə ilə bağlı Nazirlər Kabinetindən rəsmi açıqlama

Ağstafanın 35 yaşlı icra başçısında bu qədər pul hardandır? - Video

Qasparyan “günah keçisi” olaraq istifadə olundu... - Ermənistan müxalifəti ilə Rusiya arasında nələr olacaq?

ABŞ səfirliyində gizli görüş: “Qarabağdakı rus sülhməramlıları...” 

“Əlbəttə ki, Koçaryan Rusiyanın böyük dostudur, amma...” - Peskov

"Buna nəyə əsasən qərar veriblər, vallah, mənə çatmır" - Kamil Zeynallı

Rayonlara giriş-çıxış bağlana bilər - Açıqlama

Ən çox oxunanalar