Cümə axşamı, 21 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Bəy kostyumunu bayraqla əvəzlənən şəhid Rüfət Əliyev - Foto

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan hərbçilərimizdən biri də Rüfət Əliyevdir.

PİA.az bildirir ki, Rüfət Füzuli oğlu Əliyev 1992-ci il dekabrın 6-da Bakıda anadan olub. Xətai rayonu 27 nömrəli tam orta məktəbi bitirib, 2010-2014 ci illərdə ali təhsilini Azərbaycan Kooperasiya Universitetində alıb. O, universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmət müddətində kəşfiyyatçı qrupunda olan R.Əliyev əsgərliyi bitirdikdən sonra 2015-ci ildə fəxri fərmanla təltif olunub.

R.Əliyevin ailə üzvləri qeyd edir ki, onun ən böyük arzusu elə hərbçi olmaq idi:

"Rüfət ailədə üç qardaşın ən böyüyü idi. Nişanlı idi. Pandemiyaya görə toyu ləngimişdi, amma evinin hər hazırlığı görülmüşdü. Müharibədən qayıdıb ailə qurmaq, toy etmək arzusunda idi. Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinin giziri idi Rüfət".

R.Əliyev Bakıda hava limanında işləyib. İş yerindən öz istəyi ilə ayrılaraq, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına yazılıb. Avqustun 26-da hazırlıq keçmək üçün Lənkəran, Ağstafa, Daşkəsən istiqamətinə yollanıb. Müharibə başladıqdan sonra isə Füzuli, Hadrut, Cəbrayıl, Xudafərin, Zəngilan istiqamətlərində döyüşlərdə iştirak edib.

"Müharibə müddətində bizimlə 3-4 gündən bir əlaqə saxlayırdı. Əlaqə saxlayanda da üstüörtülü şəkildə harada olduğunu deyirdi. Sonuncu dəfə noyabrın 6-sı bizimlə danışdı. Onda döyüş yoldaşları ilə birlikdə yüksəklik uğrunda əməliyyatdan qayıtmışdılar. Noyabrın 7-dən 8-nə keçən gecə saat 2-də Ağbənddə Rüfətin yanına minaatan mərmisi düşüb və qəlpə yarasından şəhid olub".

Qeyd edək ki, Rüfət Əliyev şəhidlik zirvəsinə yüksəldikdən sonra "Vətən uğrunda" ordeni, "Döyüşdə fərqlənməyə görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub. (ölkə.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Politoloq: Qazaxın ermənilərdə olan 7 kəndi Azərbaycana qaytarıldı - Siyahı

Putinin milyardlıq sarayı üzə çıxdı - Fotolar

“Əgər belə olsa, biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik”

“Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim” - Paşinyan

Natiq Miri: “Nəzarət etmədiyimiz ərazilər faktiki olaraq bizim deyil” - Müsahibə

Ordumuzun Qars təliminə İrəvanın “cavabı”..

Paşinyanın nümayəndələrinin Xankəndiyə yenidən səfərlərinin əsas məqsədi...

Ağ Evdə gedən “qan davası”nın arxasında hansı mafiya şəbəkəsi var?

Mehri dəhlizi açılsa, İrana və Ermənistana embarqo...

“Lotu Quli”nin məzarı üstündə baş verən silahlı insidentin səbəbi açıqlandı

Siyavuş Novruzov: “Karyerdə daş atıb, 10 manat alırdım”

Ən çox oxunanalar