Cümə axşamı, 21 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardım göstərən komissiya yaradılıb

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı bəzi məsələlər barədə” qərar imzalayıb.

PİA.az-ın məlumatına görə, qərara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə aşağıdakı tərkibdə komissiya yaradılıb.

Qərara əsasən, Azərbaycan Respublikasının səhiyyə naziri Komissiyanın sədri təyin edilib.

Komissiyanın üzvləri: Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri.

Komissiyaya 2020-ci il 27 sentyabr tarixindən başlayan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji yardım göstərilməsinin təmin edilməsi üçün zəruri tədbirlər görmək, bu qərardan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə nazirlikləri və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Politoloq: Qazaxın ermənilərdə olan 7 kəndi Azərbaycana qaytarıldı - Siyahı

Putinin milyardlıq sarayı üzə çıxdı - Fotolar

“Əgər belə olsa, biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik”

“Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim” - Paşinyan

Natiq Miri: “Nəzarət etmədiyimiz ərazilər faktiki olaraq bizim deyil” - Müsahibə

Ordumuzun Qars təliminə İrəvanın “cavabı”..

Paşinyanın nümayəndələrinin Xankəndiyə yenidən səfərlərinin əsas məqsədi...

Ağ Evdə gedən “qan davası”nın arxasında hansı mafiya şəbəkəsi var?

Mehri dəhlizi açılsa, İrana və Ermənistana embarqo...

“Lotu Quli”nin məzarı üstündə baş verən silahlı insidentin səbəbi açıqlandı

Ən çox oxunanalar