Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya erməniləri Putinə “savaş açdılar” - Fotolar

Erməni diasporu açıq şəkildə Kreml rəhbərinin əleyhinə çıxdılar...

Məlum olduğu kimi, 11 yanvarda Moskvada Azərbaycan, RusiyaErmənistan liderlərinin üçtərəfli görüşü baş tutdu və görüş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni bir bəyanatın qəbulu ilə başa çatdı.

Bu görüşlə bağlı söz-söhbətlər uzun müddətdir, xüsusən də Ermənistan mediasında fəal şəkildə yayılırdı. Erməni cəmiyyəti Moskvadakı görüşdən əvvəl bir çaxnaşma yaşadı. Ermənilər Baş nazir Nikol Paşinyanın Azərbaycana daha çox güzəştə gedəcəyindən qorxurdular. Paşinyana inamsızlıq dərəcəsi o qədər kritik həddə çatdı ki, etirazçılar Paşinyanın Moskvaya səfərinin qarşısını almaq üçün hava limanı magistral yolunu hökumət karvanı üçün bağlamağa çalışdılar.

Eyni zamanda, Rusiya erməniləri üçtərəfli görüşdə “Ermənistanın və Artsaxın maraqlarının pozulmasının” qarşısını almaq üçün petisiya imzalamaq üçün Moskvadakı Ermənistan səfirliyinə toplaşdılar. Rusiya Ermənilər Birliyinin (SAR) vitse-prezidenti Levon Mukanyanın rəhbərlik etdiyi bir qrup şəxs Paşinyanı Azərbaycan Prezidenti İlham Əliyevlə heç bir sənəd imzalamamağa və istefaya getməyə çağırdı.

Uzun illərdir Rusiya-Azərbaycan münasibətlərini pozmaq üçün təxribat törədən SAR, indi Rusiya-Ermənistan əlaqələrini pozmağa çalışır. Həqiqətən, hələ keçən ilin 17 noyabrında Rusiya Prezidenti Vladimir Putin, “Rossiya 24” telekanalına verdiyi müsahibədə, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın pozulmasının nəticələri barədə xəbərdarlıq etmişdi. 11 yanvarda Moskvada imzalanan bəyanatın da Kremlin maraqlarını mütləq olaraq əks etdirdiyini təxmin etmək çətin deyil.

Və birdən-birə erməni mənşəli Rusiya vətəndaşları Paşinyan tərəfindən hər hansı bir sənədin imzalanmasına qarşı çıxmağa qərar verdilər. Onlar bu sənədlərin və konkret bir vəziyyətdə bəyanatın Rusiya prezidenti ilə də razılaşdırıldığını anlamırlarmı?

Ümumiyyətlə, Rusiya ermənilərinin onsuz da Putinin iradəsinə zidd gedəcəklərini gözləmək olardı. İctimai təşkilat olan SAR, səlahiyyətlərinə dəxli olmasa da, Rusiyanın daxili və xarici siyasət məsələlərinə müdaxilə edərək, təxribat xarakterli açıqlamalar verirsə, Rusiya-Azərbaycan və indi Rusiya-Ermənistan əlaqələrinə nifaq salmağa çalışırsa, o zaman onlardan sabah nə gözləmək olar?

Hələ 2020-ci ilin yayında Levon Mukanyan Ermənistan-Azərbaycan münaqişəsinin Rusiya ərazisinə keçirilməsinin qəbuledilməz olduğunu elan etmişdi. Ancaq SAR-ın addımları bu təşkilatın Rusiya ərazisində millətlərarası qarşıdurma təşkil etmək istədiyini göstərir. Bunun bariz sübutlarından biri də SAR-ın Azərbaycan hakimiyyətinin Zohrab Davtyanı, guya Xabarovskdakı etirazçılar qarşısında hökumət əleyhinə çıxış etməsi üçün maliyyələşdirməsi faktı ilə bağlı təxribatıdır.

“Ərik müharibəsi” zamanı SAR rəhbəri Ara Abramyan da azərbaycanlıların ticarət obyektlərini dağıtmağa hazır olan bir neçə min idmançısının olduğunu açıqladı. Qarabağdakı 44 günlük müharibənin əvvəlində həmin Abramyan Azərbaycan Ordusuna qarşı cəbhəyə göndəriləcək 20 min rusiyalı erməninin olduğunu qeyd edirdi.

Bu və digər faktlar Rusiyadakı erməni diasporunun fəaliyyətinin mahiyyətini başa düşmək üçün kifayətdir. Eyni zamanda, bu fonda Rusiyadakı Azərbaycan diasporunun passivlik nümayiş etdirməsi təəssüf doğurur. Bir müsahibəsində Abramyan, hətta Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (FNKA AzerRos) rəhbərliyinin 2020-ci ilin yayında Azərbaycanın Moskvadakı səfirliyinin ermənilərə qarşı təxribatlar hazırladığı barədə ona məlumat verdiyini söyləmişdi.

Abramyanın çoxsaylı təxribat xarakterli açıqlamalarına baxmayaraq, Rusiya azərbaycanlılarının heç biri, hətta SAR rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün təsirli addımlar atmadı. Üstəlik, keçən ilin dekabrından bəri, vaxtilə Rusiyadakı talış separatçılarına yaxın olan Xanoğlan Əliyev AzerRos FNKA-nın rəhbəri oldu. Təkzibolunmaz dəlillərin mövcudluğuna baxmayaraq, X.Əliyev talış separatçıları ilə əlaqələrini inkar edir. AzerRos FNKA-nın başında bu odioz fiqur dayanıbsa, onda Rusiyadakı bütün Azərbaycan diasporundan nə gözləmək olar? (ayna.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar