Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Medianın İnkişafı Agentliyi KİVDF-dən nəylə fərqlənəcək? - Qulu Məhərrəmlinin şərhi

Publik hüquqi şəxs olaraq Medianın İnkişafı Agentliyi KİVDF-dən nəylə fərqlənəcək və bu qurum mətbuatda arzu olunan islahatları yolunu aça biləcəkmi?..

Media eksperti: “Medianın maddi-texniki bazasında olan problemlərin həll olunmalıdır. Bu çox ciddi məsələdir. Amma bu elə şəkildə aparılmalıdır ki, jurnalistlər maddi-texniki bazanın təmin olunmasından asılı vəziyyətə düşməsinlər”.

“Ümid edək ki, o vəzifələrin reallaşdırılmasında agentlik bütün cəmiyyətin, media camiyyəsinin köməyi ilə öz vəzifəsini reallaşdıra biləcək. Nəticədə də biz peşəkar, keyfiyyətli, cəmiyyətə xidmət edən, Azərbaycanın tərəqqisi xidmət edən, insanların şüur və düşüncəsinə xidmət edən, vətənimizin təhlükəsizliyinə xidmət edən, dövlət intizamına xidmət edən və bütün sahələrdə əhalini doğru-dürüst məlumatlandırlmasına xidmət edən bir mediaya yiyələnəcəyik”.

Bu sözləri media eksperti Qulu Məhərrəmli Prezidentin media haqqında imzaladığı fərmanı PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Beləliklə, Medianın İnkişafı Agentliyi KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Agentliyin nizamnamə fondu 285 min 405 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

Agentliyin fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.

Fərmanla həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi təsdiq edilib.

Publik hüquqi şəxs olaraq Medianın İnkişafı Agentliyi KİVDF-dən nəylə fərqlənəcək və bu qurum mətbuatda arzu olunan islahatları yolunu aça biləcəkmi?

Media sahəsində olacaq islahatları PİA.az-ın əməkdaşı tanınmış jurnalist və media eksperti , professor Qulu Məhərrəmli ilə müzakirə edib.

Qulu Məhərrəmli: “Bizdə bir çox məmurlar mətbuatda tənzimlənmə söhbəti ortaya çıxan kimi yalnız və yalnız medianın fəaliyyətini necə məhdudlaşdırmaq olar haqqında düşünürlər”.

Son illərdə həm yaradılan ictimai təşkilatlar, həm də dövlət qurumları mətbuatda olan problemlərləri aradan qaldıra bilmədiklərini vurğulayan media eksperti PİA.az-a açıqlamasında qeyd edib ki, əksinə ümumilikdə mətbuatın bir çox sahələrində iflic vəziyyəti yarandı. Buna görə də KİVDF-in bazasında yeni bir agentliyin yaradılması və ona çox ciddi vəzifələr, səlahiyyətlər verilməsi media sahəsində inkişaf üçün müəyyən ümidlər oyadır:

“Son 1 ildə mediada islahatların zəruriliyi haqqında çox danışırdılar. Bütün mətbuat işçiləri belə bir islahatları olmasını arzu edirdi. Hesab edirəm ki, indi Media Agentliyinin yaradılması həmin islahatların çox ciddi başlanğıcıdır. Yeni qurum yaradılmasına zərurət var idi. Çünki son illərdə həm yaradılan ictimai təşkilatlar, həm də dövlət qurumları bu sahədə olan problemlərləri aradan qaldıra bilmədi. Əksinə mətbuatın bir çox sahələrində demək olar ki, iflic vəziyyəti yaratdı. Buna görə də KİV-in bazasında yeni bir agentliyin yaradılması və ona çox ciddi vəzifələr, səlahiyyətlər verilməsi media sahəsində inkişaf üçün müəyyən ümidlər oyadır.

Agentliyinin nizamnaməsində göstərdiyi kimi agentlik jurnalistikanın bütün sahələrini, o cümlədən informasiya agentliklərinin işini, onlayn medianı, yəni internet saytlarının tənzimlənməsi ilə məşğul olacaq. Həmçinin agentlik media qurumlarının fəaliyyətində dünyada gedən trendlərin, müasir informasiya texnologiya komunikasiyaların tətbiqini və innovasiyalar tətbiqinin stimullaşdırılmasını reallaşdıracaq. Düşünürəm ki, bu media sahəsində müasir meyillərin reallaşdırılması üçün çox ciddi addım olacaq.

Qulu Məhərrəmli: “Jurnalistlərin sərbəst işləyə bilməsi üçün, yəni onların məlumat ala bilməsi, redaksiya daxilində sərbıstliklərinin, azadlıqlarının təmin edilməsi üçün, məmurlarla münasibətlırinin bəlli çərçivədə olması üçün qanunverici baza etibarlı olmalıdır”.

İnsanları əsas maraqlandıran qurumun daha çox nə ilə məşğul olacağıdır. Qurumun fəaliyyətini əsasən 3 istiqaməti əhatə edəcək:

1. Mediada mövcud qanunvericiliyin bazasının möhkəmləndirilməsi, cilalanmasıdır. Bizdə KİV haqqında qanun 20 il bundan əvvəl qəbul olunub. Qanunda o qədər dəyişiklər aparıblar ki, demək olar qanun tanınmaz hala düşüb. Buna görə də qanunu yeniləməyə ehtiyac var. Jurnalistlərin sərbəst işləyə bilməsi üçün, yəni onların məlumat ala bilməsi, redaksiya daxilində sərbıstliklərinin, azadlıqlarının təmin edilməsi üçün, məmurlarla münasibətlırinin bəlli çərçivədə olması üçün qanunverici baza etibarlı olmalıdır.

2. Medianın maddi-texniki bazasında olan problemlərin həll olunmalıdır. Bu çox ciddi məsələdir. Amma bu elə şəkildə aparılmalıdır ki, jurnalistlər maddi-texniki bazanın təmin olunmasından asılı vəziyyətə düşməsinlər. Əksinə öz fəaliyyətlərini genişləndirmək üçün müəyyən sərbəstliklər, azadlıqlar əldə edə bilsinlər.

Çox ciddi məsələlərdən biri ölkədə fikir, məlumat azadlığının təmin olunmasıdır. Hətta media subyektləri ilə cəmiyyət, dövlət arasında münasibətlərin tənzimlənməsi reallaşmalıdır. Bu asan məsələ deyil. Çünki bununla bağlı vaxtı ilə Mətbuat Şurası yaradılmışdı. Orada şikayətlər üzrə komissiya bu məsəllərin icrası ilə məşğul olurdu. Amma bu çox da effektli olmadı. Çünki həm cəmiyyətdən, həm də medianın özündən gələn bir sıra problemlər bunu yüksək səviyyədə reallaşdırmağa imkan vermirdi. Artıq bunun üçün hüquqi baza yaradılıb. Bunun üçün səlahiyyətli qurum var və bu işlərin təkmilləşdirilməsi yeni yaradılan media agentliyinin əsas vəzifələrindən biridir.

3. Əsas önəmli məsələlərdən biri onlayn mediada indiki mövcud olan nizamsızlığın aradan qaldırılmasıdır. Bir tərəfdən mətbuat azadlığı var. Bu çox gözəldir. İkinci tərəfdən isə mətbuat azadlığından sui-istifadə halları var. Həmin media orqanları, yəni saytlar tamamilə başqa məqsədlərə xidmət edir. Onlar cəmiyyəti məlumatlandırmağa yox, şəxsi problemləri həll etməyə çalışırlar. Hətta həmin media orqanlarında insanların şəxsi həyatlarına müdaxilə olunur və qərəzli materiallar çap olunur.

Artıq bununla bağlı qanunvericilikdə, jurnalistlərlərin etik davranış prinsiplərində də müəyyən müddəalar var. Hesab edirəm ki, bu nöqsanlar tədricən aradan qaldırıldıqca cəmiyyətin də media qurumlarına, saytlara, qəzetlərə etimadı arta bilər. İndiki informasiya müharibəsi şəraitində oxucuların, auditoriyaların media qurumlarına etdim göstərməməsi çox ciddi təhlükələrdən biridir.

Media qurumlarının fəaliyyətinin tənzimlənməsi o demək deyil ki, onları asılı vəziyyətə salmaq lazımdır. Bizdə bir çox məmurlar tənzimlənmə söhbəti ortaya çıxan kimi yalnız və yalnız medianın fəaliyyətini necə məhdudlaşdırmaq olar haqqında düşünürlər. Əslində isə bir az əvvəl də dediyim kimi agentliyin əsas işi ölkədə söz, fikir, mətbuat və məlumat azadlığının təmin olunması üçün tədbirlərin gerçəkləşdirilməsidir. Bu da çox ciddi xəttidir. Çünki bütün dünyada medianın gələcəyi azad mətbuatdan bağlıdır. Azad mətbuat olmasa, cəmiyyətdən də istifadə etmək olmaz.

Qulu Məhərrəmli: “Media qurumlarının fəaliyyətinin tənzimlənməsi o demək deyil ki, onları asılı vəziyyətə salmaq lazımdır”.

Önəmli olan mətbuatın cəmiyyətə səmimi və vicdanlı bir şəkildə xidmət etməsidir. Həmçinin jurnalistlərin öz peşə borclarını dürüst şəkildə formlaşdırmasıdır. Media azadlığından sui-istifadə olunmamasıdır. Bununla bağlı yeni yaradılan quruma çox böyük vəzifələr verilib.

Ümid edək ki, o vəzifələrin reallaşdırılmasında agentlik bütün cəmiyyətin, media camiyyəsinin köməyi ilə öz vəzifəsini reallaşdıra biləcək. Nəticədə də biz peşəkar, keyfiyyətli, cəmiyyətə xidmət edən, Azərbaycanın tərəqqisi xidmət edən, insanların şüur və düşüncəsinə xidmət edən, vətənimizin təhlükəsizliyinə xidmət edən, dövlət intizamına xidmət edən və bütün sahələrdə əhalini doğru-dürüst məlumatlandırlmasına xidmət edən bir mediaya yiyələnəcəyik. Bu vətəndaş cəmiyyəti üçün ciddi bir dəyərdir.

Hesab edirəm ki, Media Agentliyinin əsas niyyətlərindən biri də azad media, dürüst media, keyfiyyətli media, peşəkar media olmamalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket: Media


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar