Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhmədzadənin Sabirabaddakı oliqarxı – Elman Nuriyev bölgənin kralıdır - Foto

Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Savaşı böyük zəfərimizlə başa çatdı. Torpaqlarımızın azad edilməsində şəhidlərimiz canından keçdi. Yaralı əsgərlərimizə dövlət başçısının göstərişi ilə böyük qayğı və diqqət göstərilir. Lakin 44 günlük Vətən Savaşı dövründə bəzi məmurlar gözə dəymədi. Daha sonra da savaşımız qələbə ilə yekunlaşandan sonra da öz övladlarını ABŞ-da təhsil adı ilə yollayan yerli balaca məmurlar da oldu. Belə məmurlardan biri də, Meliorasiya və Su Təsərrüfatı ASC-nin regional idarələrindən birinin rəhbəridir. Kür-Araz Çaylarının Aran Mühfaizə İdarəsinin rəisi Elman Nuriyev əslində 44 günlük savaş dövründə özünə imperiya qurmaqla məşğul idi.

E.Nuriyev 44 günlük Vətən Savaşı dövründə “Şamlıq” restoranının yanında, özünə hektarlarla ərazidə, özü də Kür çayının mühafizə bəndləri zonasında böyük bir Şadlıq Evi inşa etməklə məşğul olub. Məlumat verən mənbə bildirir ki, bir çox yerli idarələrin texnikaları işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə cəlb edildiyi bir vaxtda Nuriyev özünə şadlıq evi inşa etdirib və texnikaları da öz şəxsi mülkiyyətini, sərvətini artırmaq üçün saxlayıb.

Sabirabad rayonunda bütün əhali şəhidlərini son mənzilə yola salarkən, rayonun demək olar ki, bütün kəndlərində, rayon mərkəzində hər kəs yalnız şəhidlərinin əziz xatirəsini yad edərək onlara ehtiram saxladığı bir zamanda Elman Nuriyev şadlıq, toy, sərvət əldə etmək üçün özünə gün ağlamaqla məşğul olurdu.

Qeyd edək ki, Əhmədzadənin haqqında danışdığımız oliqarx məmuru Sabirabad rayonunda saysız hesabsız obyektlərə, bahalı avtomobillərə, ailə üzvlərinə məxsus olan dəbdəbəli villalara malikdir. Onların da foto və video görüntülərini yaxın günlərdə təqdim edəcəyik.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar