Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa qaz bazarında 10 faiz bahalaşma baş verib

Avropada bu həftənin əvvəli təbii qazın qiymətinin bu qışın ən kəskin artımı ilə yadda qalıb.

PİA.az xəbər verir ki, Niderlandın TTF onlayn qaz satışı mərkəzində qazın dünənki 258 USD/1000 kubmetrdən sonra bugünkü fyüçersi 284 USD/1000 kubmetrdən satılıb. Bu 10 faizlik artım qışın əvvəlindən ən kəskin qiymət sıçrayışıdır. Eyni zamanda, bu gün qeydə alınan qiymət 2018-ci il dekabrın 28-dən bu yana ən yüksək qiymətdir.

Görünməmiş soyuqların tüğyan etdiyi İspaniyanın PVB onlayn qaz satışı mərkəzində isə cümə günü qeydə alınmış 660 USD/1000 kubmetr qiyməti bu gün 379 dollaradək geriləyib.

Bütövlükdə, bu qışın Avropada soyuq keçməsi yeraltı qaz anbarlarından qaz sərfiyatının artmasına təkan verib. Yanvarın 10-da yeraltı qaz anbarlarının dolma səviyyəsi 66,63 faiz olub. Bu, ötən beş mövsümün orta səviyyəsindən bir qədər azdır, halbuki cari mövsümün əvvəlində 6,75 faiz, yaxud 7 milyard kubmetr çox olub.

Digər tərəfdən, Avropa qaz şəbəkəsinə LNG terminalları vasitəsilə vurulan qaz həcmi 2020-ci ilin yanvar ayına nisbətən 48 faiz azdır.

Ümumiyyətlə, ötən il Avropa LNG idxalı 7 faiz azalaraq 97,194 milyon kubmetr təşkil edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar