Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda kimyaçı alim vəfat edib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisi, kimya üzrə elmlər doktoru Ələfsər Bəxtiyar oğlu Məmmədov ömrünün 68 yaşında dünyasını dəyişib.

AMEA-dan APA-ya bildirilib ki, Ələfsər Bəxtiyar oğlu Məmmədov 4 yanvar 1952-ci ildə Şəkidə anadan olub. 1973-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Kimya fakültəsini bitirib. 1973-1977-ci illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) əyani aspiranturasında təhsil alıb. Ə.Məmmədov o vaxtdan ömrünün sonuna qədər bu institutda işləyib. 1980-ci ildə kimya üzrə fəlsəfə, 1994-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

Alim elmi fəaliyyətlə yanaşı, müxtəlif vaxtlarda pedaqoji fəaliyyətlə də məşğul olub. O, 1998-2002-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində əvəzçiliklə professor vəzifəsində, eləcə də 2011-ci ildən Heydər Əliyev adına Ali Hərbi Məktəbin Tədris şöbəsində əvəzçiliklə professor vəzifəsində çalışıb.

Ə.Məmmədov müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Kimya ixtisası üzrə ekspert komissiyasının, Bakı Dövlət Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasının, Radiasiya Problemləri İnstitutunda Elmi seminarın, Neft-Kimya Prosesləri İnstitutunda Elmi seminarın, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi seminarın üzvü olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar