Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üçtərəfli bəyanat Azərbaycanın milli maraqlarına və strateji hədəflərinə tam cavab verir

“Yanvarın 11-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiyanın Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, imzalan bəyanat həm də regionda əbədi sülhün əldə edilməsi üçün atılan növbəti uğurlu addımdır:

“Dünən Moskvada imzalanan bəyanat bilavasitə 10 noyabr bəyanatında əksini tapmış məsələlərin həlli üçün konkret addımları müəyyənləşdirir. Daha dəqiq desəm, Moskva bəyanatı 10 noyabr bəyanatında nəzərdə tutulmuş məsələlərin ardıcıllıqla həyata keçirilməsini özündə əks etdirir".

Deputat qeyd edib ki, bəyanatda kommunikasiyaların açılması üçün dəqiq vaxtın, qrafikin müəyyən edilməsi də ölkəmiz üçün mühüm önəm kəsb edir:

"Bu tarixi məsələnin effektiv həlli üçün hər üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində birgə İşçi Qrupu yaradılır və İşçi Qrupuna bu ilin martın 1-nə kimi avtomobil, dəmiryolu xəttlərinin açılması və müxtəlif iqtisadi layihələrin icrası ilə bağlı konkret təkliflər hazırlayıb təqdim etmək tapşırılıb. Bu isə o deməkdir ki, 11 yanvar bəyanatı noyabrın 10-da imzalanmış sənədin 9-cu maddəsinin icrası üçün konkret mexanizm və vaxt çərçivəsi müəyyən edir ki, bu da çox önəmli nəticədir”.

O bildirib ki, Prezident İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında nəqliyyat kommunikasiyalarının bərpası məsələsinə xüsusi olaraq toxunub:

“Dövlət başçısı bəyan edib ki, “Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”.

“Ümumilikdə isə hesab edirəm ki, qalib tərəf kimi bəyanatın milli maraqlarımıza uyğun şəkildə hazırlanması və imzalanması, xüsusilə, Cənubi Qafqazda təhlükəsizliyin və əməkdaşlığın təminatı üçün önəmli imkanlar yaradır", - deputat sözlərinə əlavə edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar