Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin: "Qarabağ üzrə üçtərəfli bəyanat ardıcıllıqla icra olunur" - Video, Yenilənib

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham ƏliyevErmənistan Baş naziri Nikol Paşinyana Qarabağ üzrə nizamlanmanın əsas istiqamətləri ilə bağlı yeni addımları müzakirə etməyi təklif edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremldə keçirilən üçtərəfli görüşdə çıxışında Rusiya prezidenti Vladimir Putin bildirib.

V. Putin deyib ki, Qarabağ üzrə razılaşma ardıcıllıqla icra olunur, bu da münaqişənin ədalətli həllinə zəmin yaradır: “Bu gün biz məmnunluqla qeyd edə bilərik ki, üçtərəfli bəyanat ardıcıllıqla həyata keçirilir. Əminik ki, bu, münaqişənin uzunmüddətli və tamformatlı, Azərbaycan və erməni xalqlarının maraqlarına uyğun ədalətli həllinə zəmin yaradır”.

Rusiya Prezidenti Dağlıq Qarabağda vəziyyətin sakit olduğunu, artıq 48 min məcburi köçkünün geri qayıtdığını diqqətə çatdırıb.

V. Putin bildirib ki, bu gün ötən ilin 9 noyabr tarixli birgə bəyanatdan irəli gələn nizamlanmanın əsas istiqamətləri üzrə növbəti addımların atılmasını qeyd etmək vacib olardı: “Rusiya sülhməramlıları kontingentin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli və mədəni obyektlərin mühafizəsini nəzərdə tuturam”.

Rusiya lideri qeyd edib ki, regionda iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin bərpa olunmasına, sərhədlərin açılmasına xüsusi diqqət yetirilməlidir. “Nəzərdə tutulur ki, Rusiya, AzərbaycanErmənistan Baş nazirlərinin müavinlərinin sədrliyi altında üçtərəfli xüsusi işçi qrup bu məsələlərlə məşğul olacaq”, - deyə V. Putin vurğulayıb.

Rusiya Prezidenti danışıqların işgüzar vəziyyətdə keçəcəyinə və regionda möhkəm sülhün, təhlükəsizliyin və ardıcıl sosial iqtisadi inkişafın təmin olunmasına xidmət edəcəyinə ümid etdiyini bildirib: “Biz hamımız sözsüz ki, bunda maraqlıyıq”.

***

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Qarabağ məsələsinin həllinin əsas istiqamətində yeni addımları müzakirə etməyə dəvət edib.

TASS xəbər verir ki, Rusiya dövlət başçısı Qarabağla bağlı razılaşmaların ardıcıl olaraq həyata keçirildiyini, bunun münaqişənin ədalətli əsaslarla həlli üçün ilkin şərtlər yaratdığını söyləyib.

Putin Qarabağdakı ticarət və iqtisadi əlaqələrin açılması məsələləri ilə Rusiya, AzərbaycanErmənistanın xüsusi üçtərəfli qrupunun məşğul olacağını söyləyib.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar