Cümə axşamı, 21 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

İlham Əliyev, Putin və Paşinyan arasında görüş başladı - Yenilənib, Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdədir.

AZƏRTAC xəbər verir ki, hazırda Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir.

***

Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

PİA.az xəbər verir ki, Kremldə baş tutan görüşün təşəbbüskarı V.Putindir.

Tərəflər üç ölkə liderinin Dağlıq Qarabağ üzrə 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatının reallaşdırılmasının gedişatını nəzərdən keçirirlər. Eyni zamanda regionun problemlərinin həlli üzrə sonrakı addımlar müzakirə olunur.

Hərbi əməliyyatlar zamanı zərərçəkmiş bölgələrin sakinlərinə yardımların göstərilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin yaradılması və inkişafı da üçtərəfli danışıqların əsas mövzularındandır.

Eyni zamanda Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Politoloq: Qazaxın ermənilərdə olan 7 kəndi Azərbaycana qaytarıldı - Siyahı

Putinin milyardlıq sarayı üzə çıxdı - Fotolar

“Əgər belə olsa, biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik”

“Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim” - Paşinyan

Natiq Miri: “Nəzarət etmədiyimiz ərazilər faktiki olaraq bizim deyil” - Müsahibə

Ordumuzun Qars təliminə İrəvanın “cavabı”..

Paşinyanın nümayəndələrinin Xankəndiyə yenidən səfərlərinin əsas məqsədi...

Ağ Evdə gedən “qan davası”nın arxasında hansı mafiya şəbəkəsi var?

Mehri dəhlizi açılsa, İrana və Ermənistana embarqo...

“Lotu Quli”nin məzarı üstündə baş verən silahlı insidentin səbəbi açıqlandı

Siyavuş Novruzov: “Karyerdə daş atıb, 10 manat alırdım”

Ən çox oxunanalar