Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Büdcədən təshilə ayrılan 20 milyon 533,6 min manat vəsait... - Paylaşma şəffaf olacaq?

Ayrılan vəsait ölkədə ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması üçün yetərlidir?..

Təhsil eksperti: “Əgər ayrılan vəsait düzgün bölüşdürülsə, bakalavr, magistr, hətta dokrtantura pilləsi üçün də yaxşı imkanlar yaratmaq olar”.

“Büdcədən təhsil üçün ayrılan vəsaitin şəffaf bölünməsi üçün nəzarət olmalıdır”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi təhsilə ayrılan vəsaiti PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi bu il “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətqabiliyyətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi üçün ayrılacaq vəsaitin həcmi məlum olub.

Bu, Prezident İlham Əliyevin 31 dekabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, 2021-ci ildə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi üçün 20 milyon 533,6 min manat ayrılacaq.

Bəs ayrılan vəsait ölkədə ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması üçün yetərlidir və büdcə vəsaitinin şəffaflığının təmin olunmasına ehtimal vermək olar?

Təhsilə büdcədən ayrılan vəsaiti PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Təhsilə ayrılan vəsait düzgün şəkildə paylanılarsa, tək Azərbaycanda deyil, eyni zamanda xaricdə təhsil alan tələbələr üçün də geniş imkan yaratmaq mümkün ola bilər”.

Büdcədən ayrılan vəsait üçün nəzarət mexanizminin hazırlanmalı olduğunu düşünən ekspert əlavə edib ki, əks halda vəsaitin mənimsənilməsi və yaxud da vəsaitin düzgün paylaşılmaması halları ilə də qarşılaşa bilərik:

“Təbii ki, təhsilə ayrılan vəsait düzgün şəkildə paylanılarsa, tək Azərbaycanda deyil, eyni zamanda xaricdə təhsil alan tələbələr üçün də geniş imkan yaratmaq mümkün ola bilər. Ölkədə ali təhsilin bakalavar, magistr dərəcələri üzrə dövlət proqramları hazırlanıb. Əgər ayrılan vəsait düzgün bölüşdürülsə, bakalavr, magistr, hətta dokrtantura pilləsi üçün də yaxşı imkanlar yaratmaq olar.

Düşünürəm ki, büdcədən təhsil üçün ayrılan vəsaitin şəffaf bölünməsi üçün nəzarət olmalıdır. Yəni nəzarət mexanizmi işlənib hazırlanmalıdır ki, hesabatda görülən işlər öz əksini tapsın. Əks halda vəsaitin mənimsənilməsi və yaxud da vəsaitin düzgün paylaşılmaması halları ilə də qarşılaşa bilərik. Buna görə də burada nəzarət vacibdir və hesab edirəm ki, bunu dövlət diqqətə almalıdır.

Elçin Əfəndi: “Qarabağda yaradılacaq universitet beynəlxalq miqasda tanınan universitet olsun”.

Nəzərinizə çatdırım ki, ölkə prezident Qarabağ Universitetinin yaradılmasının planın tərkib hissəsi olduğunu vurğuladı. Böyük ehtimalla ayrılan vəsaitdən oraya da xərclənəcək. Buna görə də vəsaitin daha düzgün şəkildə istifadə olunması vacibdir. Yaxşı olardı ki, Qarabağda yaradılacaq universitet beynəlxalq miqasda tanınan universitet olsun. Həmçinin də xarici tələbələrin orada təhsil alması və yüksək hazırlıqlı kadrların orada işləməsi plana əlavə edilmədir.

Təklif edirəm ki, Qarabağ Universitetində müasir dövrün ixtisasları olsun və xarici ölkələrdən kardlar gətirilsin. Peşəkar kadrların seçilməsi çox vacibdir. Çünki onlar da həm öz vətəndaşlarımızdan, həm də xarici vətəndaşlardan peşəkar kadrlar hazırlamalıdırlar”.

Nərminə UMUDLU
pia.az


Etiket: Vəsait


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar