Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parisə "Əbədi ezamiyyət" - Azərbaycanın taleyini həll edən tarixi hadisədən 101 il keçir

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Paris Sülh Konfransı tərəfindən de-fakto olaraq tanınmasından 101 il keçir.

PİA.az xatırladır ki, məşhur Paris Sülh Konfransı I Dünya Müharibəsindən sonra 1919-cu ildə təşkil edilib.

Sülh Konfransı çərçivəsində I Dünya Müharibəsinin qalib ölkələrinin liderləri müxtəlif məsələləri müzakirə ediblər.

Məğlub ölkələr və bolşevik Rusiyası Paris Sülh Konfransına dəvət edilməyib. ABŞ Prezidenti Vudro Vilson, Böyük Britaniyanın Baş naziri Lloyd Corc, Fransanın Baş naziri Jorj Klemanso və İtaliyanın Baş naziri Vittorio Orlando konfransın aparıcı qüvvələri olublar.

Azərbaycanlı diplomatları Parisə buraxmaq istəmirlər

Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi 1918-ci ilin 28 dekabrında Azərbaycan parlamenti tərəfindən təsdiqlənib.

Nümayəndə heyətinin rəhbəri parlamentin sədri Əlimərdan bəy Topçubaşov, onun müavini isə Məhəmmədhəsən Hacınski təyin edilib.

Nümayəndə heyətinin daxil olan digər şəxslər isə bunlar idi: Əhməd bəy Ağaoğlu, Əkbər Şeyxülislamov, Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli.

Azərbaycanlı diplomatların Parisə getməsi isə çox çətin olub. Belə ki, 1919-cu ilin 18 yanvarında diplomatlar viza almaq və bir gün sonra Parisə getmək üçün İstanbula yollanıblar. Ancaq nümayəndə heyəti ingilis komandanlığının yaratdığı süni maneələrlə rastlaşırlar, buna görə də həmin ilin aprelin sonunadək ləngiyirlər. Buna baxmayaraq, İstanbulda olan müddətdə azərbaycanlı diplomatlar boş oturmurlar, onlar müttəfiq dövlətlərin təmsilçiləri ilə yazışmalar aparırlar.

Azərbaycan nümayəndə heyəti, nəhayət, mayın 7-də Parisə yetişirlər. Nümayəndə heyəti vəzifələrin icrasına artıq İstanbulda başlamışdı, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və Ceyhun bəy Hacıbəyli tərəfindən hazırlanmış “Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu” adlı sənəd üzərində yenidən işləyərək, onu daha da təkmilləşdirirlər.

Azərbaycan hökumətinin on dörd bölmədən ibarət “Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu” kitabça kimi çap edilməzdən qabaq ingilis və fransız dillərində əlyazma şəklində konfransın katibliyinə təqdim edilir.

Nəhayət, 1919-cu il mayın 28-də, İstiqlal günü Azərbaycan nümayəndə heyətini Vudro Vilson qəbul edir. Ona təqdim olunan memorandumda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bir illik fəaliyyəti, istiqlal yolunda verdiyi qurbanlar barədə məlumat yer alır.

Həmçinin, Azərbaycanın istiqlalının tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər liqasına qəbulu, ABŞ-ın Azərbaycana hərbi təchizat sahəsində yardım göstərməsi xahiş edilirdi.

Lakin Vilson Azərbaycanın və Rusiya əsarətindən qurtulub öz milli dövlətlərini qurmuş digər xalqların gələcəyi ilə bağlı öhdəlik götürmür. O bəyan edir ki, Sülh Konfransının məqsədi dünyanı kiçik hissələrə parçalamaq deyil.

Vudro Vilson Azərbaycan məsələsinin rus məsələsindən əvvəl həll edilə bilməyəcəyini söyləyir. Bununla belə, həmin görüş uğura doğru atılan addım olur.

Ölkəmizin müstəqilliyinin tanınması ilə bağlı Müttəfiq Dövlətlərin nümayəndələrinə müraciətlər edən Azərbaycan nümayəndə heyətinin Parisdəki səkkiz aylıq gərgin fəaliyyəti bəhrəsini verir.

1920-ci il yanvarın 11-də Lord Kerzonun təklifi ilə Paris Konfransının Ali Şurasında Azərbaycanın və Gürcüstanın istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olunur.

Keşməkeşli tale başlayır

1920-ci ilin 28 aprelində AXC-nin süqut etməsindən sonra Azərbaycan nümayəndə heyətinin keşməkeşli həyatı başlayır. Onlar Vətənə qayıda bilmirlər və necə deyərlər, Parisə ezamiyyətləri əbədi olur.

Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyilə Bakı Media Mərkəzi tərəfindən həmin diplomatların faciəvi həyatından bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi çəkilib. Layihənin rəhbəri və filmin baş prodüseri Arzu Əliyevadır.

“Qərib məzarlar” kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də, ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur.

“Əbədi ezamiyyət” sənədli filmi və “Qərib məzarlar” kitab-albomunun baş məsləhətçisi tanınmış diplomat Ramiz Abutalıbovdur. (Oxu.Az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar