Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırğızıstanın yeni prezidenti

Qırğızıstanda yanvarın 10-da keçirilmiş növbədənkənar prezident seçkisinin və referendumun ilkin nəticələri açıqlanıb.

Novator.az bildirir ki, 17 namizədin qatıldığı prezident seçkisində Sadır Japarov 79,2 faizlə önə çıxıb.

1968-ci il təvəllüdlü Sadır Japarov paytaxt Bişkekdəki Bədən Tərbiyəsi Universitetini və Qırğız-Rusiya Slavyan Universitetinin hüquq fakültəsini bitirib. 1994-cü ildən neft biznesi ilə məşğul olub, məsul vəzifələr tutub.

2005, 2007, 2010-cu illərdə parlamentin deputatı seçilən Sadır Japarov 2013-cü ildə İssık-Kul vilayətinin qubernatorunu girov götürmək cəhdinə görə cinayət məsuliyyətinə alınıb, mühacirət edib, 2017-ci ildə tutularaq 11 il 6 müddətinə azadlıqdan məhrum olunub.

2020-ci il oktyabrın 4-ü ölkədə parlament seçkisi keçirilib. Seçkinin rəsmi nəticələrini qəbul etməyən müxalif qüvvələr oktyabrın 5-dən üsyana qalxıb, dövlət binaları tutulub, həbsdə olan bir çox siyasətçi, o cümlədən Sadır Japarov azadlığa buraxılıb.

Mərkəzi Seçki Komissiyası oktyabrın 6-da parlament seçkisinin nəticələrini etibarsız sayıb, oktyabrın 10-da Sadır Japarov baş nazir postuna gətirilib.

Oktyabrın 15-də Sooronbay Jeenbekov Qırğızıstan prezidenti postundan istefa verib. Həmin gündən Sadır Japarov prezident səlahiyyətlərini icra edib, noyabrın 14-də dövlət başçısı kürsüsünə parlament sədri Talant Mamıtov əyləşib.

Prezident seçkisi ilə paralel keçirilən referenduma gəlincə, Mərkəzi Seçki Komissiyasının ilkin hesabatına görə, rəy sorğusu xarakterli ümumxalq səsverməsinə qatılanların 80,8 faizi ölkədə prezident idarə üsulunun tətbiq olunmasını dəstəkləyib.

Qırğızıstan parlament respublikasıdır. Ali icraedici orqan statusu daşıyan hökuməti 120 yerlik parlamentdə deputatların yarıdan çoxunu təşkil edən siyasi qüvvə qurur.

Mənbə: www.kabar.kg
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar