Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Adobe Flash Player” proqramının fəaliyyəti dayandırılıb

"Adobe" şirkətinin son 15 ildə inkişaf etdirdiyi "Flash Player" multimedia platforması 31 dekabr 2020-ci ildə fəaliyyətini dayandırıb.

PİA.az ictnews.az-a istinadən bildirir ki, "Adobe" şirkəti 2017-ci ilin yayında "Flash Player" platformasının 2020-ci ilin sonunda yenilənməsinin və dəstəklənməsinin dayandırılacağını bəyan edib. Şirkət bu qərarı internetdə multimedia kontentinin baxılması zamanı "Flash Player"i əvəzləyəcək "HTML5", "WebGL" və "WebAssembly" daxil olmaqla digər standartların inkişafı ilə izah edib.

Bu ilin iyununda "Adobe" şirkəti istifadəçilərə "Adobe Flash Player" proqramının dəstəklənməsi müddətinin 31 dekabr 2020-ci ildə bitəcəyini xatırladıb. Həmin tarixdən etibarən şirkət yeniləmələrin təqdim olunmasının dayandırılması ilə yanaşı, saytda "Flash Player" proqramının yüklənilməsi üçün bütün linkləri ləğv edib. Beləliklə, istifadəçilər proqram təminatını quraşdıra və dəstəklənməyən versiyadan istifadəni davam etdirə bilməyəcəklər.

12 yanvar 2021-ci ildən sonra "Flash Player"də kontentin göstərilməsi tam dayandırılacaq və faydasız olacaq - proqramı fərdi kompüterlərə quraşdırmaq mümkün olsa da, istifadəçilərə onu mobil qurğulardan silmək tövsiyə olunur.

"Flash Player" proqramının qlobal versiyasının sonuncu yeniləməsi dekabrın əvvəlində buraxılıb.

1996-cı ildə yaradılan "Adobe Flash" texnologiyası "Adobe" şirkətinə 2005-ci ildə "Macromedia" şirkətini satın aldıqdan sonra miras qalıb. O, veb-səhifələrində animasiyalı və səsli interaktiv multimedia kontenti yaratmağa imkan verir. "Flash" əsasında əvvəllər çoxlu sayt və oyunlar yaradılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar