Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2025-ci ilədək Qərbi Avropa ölkələrində "5G"nin əhatə dairəsi 55 faizədək artacaq

"Reuters"in analitik hesabatına əsasən, gələn il Avropanın "5G" bazarı üçün mühüm olacaq. Avropa İttifaqı koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpası fondundan yeni texnologiyaların maliyyələşdirilməsinə 750 milyard avro ayırıb, indi isə Avropanın informasiya texnologiyaları şirkətləri ("Nokia", "Ericsson", "Telefonica" və digərləri) müzakirə və planlara qoşulurlar. Bununla belə mütəxəssislər və operatorların nümayəndələri 2021-ci ildə Çinə və ABŞ-a yaxınlaşmağın mümkün olmayacağını etiraf edirlər, amma geriqalmanı azaltmaq tamamilə realdır.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, İsveçin telekommunikasiya avadanlığı istehsalçısı "Ericsson" şirkətinin proqnozuna görə, qarşıdakı 5 ildə operatorlar Qərbi Avropa ölkələrinin çox hissəsini (təxminən 55 faiz) "5G" şəbəkələrinə qoşacaq. Mərkəzi və şərqi regionda vəziyyət daha mürəkkəbdir - şirkətlər ərazinin yalnız 27 faizini "5G" qüllələrlə təmin edə biləcəklər.

Eyni zamanda, artıq ilk addımlar atılıb. Avropa İttifaqı "5G" texnologiyalarının tətbiqi üzrə ilk tədbirlər paketini razılaşdırıb.

İspaniyanın "Telefonica" şirkətinin baş direktoru Xose Maria Alvares-Palletinin sözlərinə görə, Avropa Komissiyası və böyük şirkətlər son 6 ayda real layihələr hazırlayıb və artıq 2021-ci ilin ortalarına kimi yeni rabitə standartının istismarından ilk gəlirlər əldə ediləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar