Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndində qış nağılları: Ayvazyanla Babayan oturmuşdu divanda...

Dünən Ermənistan Dağlıq Qarabağda 30 ilə yaxın mövcud olmuş və 44 günlük müharibənin nəticəsi olaraq tamamilə küncə qısılmış, Rusiya sülhməramlı kontingentinə sığınmış qurama rejimin reanimaiyasına yönəlmiş daha bir tragikomik cəhd göstərib. Xarici işlər naziri Ara Ayvazyan Laçın dəhlizindən Xankəndinə daxil olub və orada qondarma rejimin yeni təyin olunmuş “xarici işlər naziri” David Babayanla divanda üz-üzə oturaraq “iki erməni respublikası arasında xarici siyasət məsləhətləşmələrinə dair proqramı” müzakirə ediblər.

Hələ bu bir yana qalsın, Ayvazyan Yerevanın Qarabağa dair əsas xarici siyasət oriyentirlərini də elan edib: “artsaxın” öz müqəddəratını təyin etməsi və Azərbaycanın “işğal etdiyi artsax ərazilərini” geri qaytarması.

Azərbaycan Xarici İşlər Nazirliyi artıq Ayvazyanın Xankəndinə qanunsuz daxil olması və orada verdiyi bəyanatlar barədə öz mövqeyini bildirib. Bunun 10 noyabr üçtərəfli bəyanatına tamamilə zidd olduğunu hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması çərçivəsinə qətiyyən uyğun gəlmədiyini ifadə edib.

Ermənistanın indiki acınacaqlı vəziyyətinə, onun Azərbaycanın qüdrətli hərb maşınının təkərləri altına düşüb əzilməsinə görə məsuliyyətin həm də Yerevanda xarici siyasət məsələlərinə məsul şəxslərin üzərində olduğunu erməni siyasi dairələrində də etiraf edirlər. Bundan əvvəlki xarici işlər naziri Zöhrab Mnatsakanyan təxminən 2 illik fəaliyyət ərzində Ermənistanı Qarabağ məsələsində diplomatik dalana sürükləməkdən başqa heç nəyə yaramadı.

Qarabağda Azərbaycanın qələbəsi ilə bitən müharibənin ardınca Rusiya nəşrlərindən birinə Ermənistan xarici siyasət idarəsinin anonim yüksək vəzifəli rəsmisi Yerevanın 2018-ci ildən başlayaraq münaqişəyə dair danışıqlarda və diplomatiyada hansı acınacaqlı səhvlərə yol verdiyini ətraflı danışmışdı. Mənbə etiraf edirdi ki, onlar regional və beynəlxalq situasiyanı düzgün hesablaya, təhlil edə bilmədilər, danışıqlarda əvvəllər əldə edilmiş razılaşmalardan imtina etdilər və vasitəçiləri belə təəcübləndirən yanaşma ortaya qoydular. Nəticədə müharibəyə zəmin formalaşdırdılar, Azərbaycana hərb yoluna əl atmaq üçün legitim əsaslar yaratmış oldular

Belə görünür ki, Ermənistanın məğlubiyyətinin ardınca istefaya göndərilən Mnatsakanyanı əvəz edən Ayvazyan da diplomatik qabilyyətsizliyi ilə heç də ondan geri qalmır. Bu adam bütün diplomatik karyerası boyu regiondan çox-çox uzaqlarda, o cümlədən Latın Amerikasında xidmət edib, sonuncu iş yeri Panama olub və oradan geri çağırılaraq nazir təyin edilib. Onun Qarabağ problematikasına baxışları da reallıqdan regiondan səfir işlədiyi ölkələr arasında məsafə qədər uzaqdır.

Necə yəni “iki erməni respublikası”? Axı indi Ermənistanın özünün respublika və beynəlxalq hüququn subyekti kimi mövcudluğu sual altına düşüb. Müharibədən sonra “falled state” vəziyyətində olan Ermənistanın yaxın və orta perspektivlərdə dirçəlməsi, dövlət kimi beynəlxalq münasibətlər sistemində hansısa rola malik olması sual altındadır. O zaman hansı “ikinci respublikadan” söhbət gedə bilər? Müharibədən sonra anklav vəziyyətinə düşmüş kiçik torpaq parçasında formal mövcudluğunu saxlaya bilmiş, Rusiya kontingentinə sığınmış oyuncaq rejimdə hansısa saqqallı Babayanı tapıb onunla yumşaq divanda oturmaq, “iki erməni respublikası arasında xarici siyasət məsləhətləşmələri” barədə qış nağılları danışmaq Ermənistanın indiki acınacaqlı, miskin vəziyyətində tamamilə tragikomik mənzərədir.

Tragikomikdir, eyni zamanda avantüradır və təhlükəlidir. Çünki erməni tərəfinin bu cür hərəkətləri regionda müharibəsonrası siyasi sabitləşməyə, yekun sülhün əldə edilməsinə və Dağlıq Qarabağdakı ermənilərin tamhüquqlu Azərbaycan vətəndaşları olaraq normal, sivil həyata dönməsinə qətiyyən xidmət eləmir. Və Bakıda, Azərbaycan ictimaiyyətində haqlı qıcıq, qəzəb və hiddət doğurur. Məhz bu cür qıcıqlandırıcı, təxribatçı diplomatik, siyasi və hərbi addımlar Ermənistanı indiki acınacaqlı duruma sürüklədi, onu nəticələrini on illər boyu aradan qaldıra bilməyəcəyi hərbi məğlubiyyətlə üz-üzə qoydu.

Diqqət yetirsək görərik ki, erməni tərəfinin bu kimi qızışdırıcı addımları Azərbaycan tərəfinin regionda daha çox Ermənistanın fayda götürə biləcəyi sülhə, əməkdaşlığa yönəlmiş təşəbbüsləri, çağırışları və bəyanatları fonunda atılmaqdadır. Məsələn, özünü dəbdəbəli “təhlükəsizlik şurasının katibi” vəzifəsində təsəvvür edən keçmiş səhra komandiri Vitali Balasanyan Yerevana gedib orada Dağlıq Qarabağda “yeni, müasir ordu” qurmaq, hətta “sərhəd qoşunları” yaratmaq planlarından danışır.

Yaxud əvvəlcə “siyasətdən gedəcəyini” elan edən, daha sonra fikrini dəyişən Araik Arutyunyan “dqr ordusunun” yeni müdafiə istehkamlarına baxış keçirir və o da “müasir silahlarla silahlanmış yeni ordu qurmaq” niyyətləri haqda danışır. Hansı ki, belə ordunu heç müharibədə ordusu darmadağın edilmiş Ermənistanın özündə qurmaq mümkün deyil, bunun üçün nə resurslar var, nə potensial. Amma özlərinin də etiraf etdiyi kimi Azərbaycan hərb maşınının altında qalıb məhv olmaqdan son anda xilas edilən bu keçmiş səhra komandirləri üstəlik Qarabağda “ikinci erməni ordusunu yenidən qurmaqdan” danışmaqdadırlar. Baxmayaraq ki, hətta bu qondarma rejimi quranlardan biri, Əsgərandan olan keçmiş səhra komandiri, general Arşavir Qaramyan da erməniləri yuxudan oyanmağa çağırır və deyir: "Qarabağ daha Ermənistan deyil!"

Yaxud Ayvazyan özündə cəsarət tapıb hətta Azərbaycanı öz ərazilərini “işğal etməkdə” günahlandırır, bu əraziləri geri qaytarmaq tələbləri səsləndirir. Başda Rusiya olmaqla dünyanın aparıcı dövlətləri Dağlıq Qarabağı, o cümlədən regionun hazırda ermənilər yaşayan hissəsini Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı halda bu ekstravaqant görkəmli diplomat müəyyən etdiyi xarici siyasət prioritetlərinin nə dərəcədə tragikomik göründüyünü, ilk növbədə Ermənistanın özünü daha ağır faciələrə sürükləyəcəyini dərk edirmi?

Nəzərə alanda ki, erməni cəmiyyəti hansı mərəzə yoluxub, buna böyük şübhə var.(virtualaz.org)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar