Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Qasim Süleymaninin qisasını niyə almadı: Bacarmadı, yoxsa daha əlverişli zamana saxladı?

Dünən İranın əfsanəvi generalı Qasim Süleymaninin qətlə yetirilməsinin bir ili tamam oldu. Hər kəs İranın ABŞ və İsrail ordusundan qisas alacağını gözləyirdi və bu səbəbdən xüsusulə Yaxın Şərq ölkələrindəki ABŞ qüvvələri döyüşə hazır vəziyyətə gətirilmişdi. Gözlənilən qisas əməliyyatı isə baş vermədi.
 
PİA.az xəbər verir ki, qlobal yəhudi lobbisinə bağlı “Jerusalem-Post” nəşri İranın bu sükutunun səbəblərinə aydınlıq gətirmək üçün MOSSAD-ın keçmiş rəhbərlərinin və İsrail Milli Təhlükəsizlik Şurasının sabiq sədrinin mövqeyini öyrənib.  
 
Sabiq təhlükəsizlik şefləri yekdilliklə o fikirdədirlər ki, İran 2020-ci ildə ən yüksək hərbi rütbəlilərindən birinin qətlinə görə qisas ala bilməyib və çox güman ki, ABŞ-ın seçilmiş prezidenti Co Bayden vəzifəyə gələnə qədər bu addım atılmayacaq.
 
Bununla belə sabiqlər istisna etmirlər ki, İslam Qasim Suleymaninin qətlinə görə qisas almaq üçün fürsət axtarıb, bundan sonra da axtaracaq.
 
MOSSAD-nın keçmiş direktoru Şabtay Şavit "Jerusalem Post" qəzetinə deyib ki, "iranlıların səbri heç vaxt bitmir.” Ona görə də qisasın konkret hansı tarixdə alınacağını proqnozlaşdırmaq çətindir. 
 
Şavit hesab edir ki, 2020-ci ilin yanvarında Qasım Süleymaninin, noyabrda isə İran hərbi nüvə proqramının rəhbəri Möhsün Fəxrizadənin qətlə yetirilməsi "bu ölkənin Yaxın Şərqdəki hərbi fəallığına ikiqat zərbə olub".


 
1989-1996-cı illərdə Mossadın rəhbəri olan Şavit açıqlamasında, Suleymanini əvəz edən İsmail Haaninin isə "eyni imkanlara, əhəmiyyətə və idarəetmə qabiliyyətinə yaxın səviyyədə olmadığını" söyləyib.
 
Şavit sui-qəsdin nə dərəcədə doğru olub-olmadığının davamlı müzakirələrə yol açdığını söyləsə də, Suleymani və Fəxrizadə hadisələrində bunun yeganə variant olduğuna şübhə etmədiyini deyib.
 
"Bəziləri sui-qəsdlərin faydasız olduğunu söyləyirlər, çünki biri gedir və ona bənzər başqası gəlir və onu əvəz edir. Süleymaninin ayaqqabılarını geyən birinin istedad səviyyəsi isə bu arqumentləri alt-üst edir", - deyə keçmiş çekist bildirib.
 
Qisasa gəlincə, Şavit bildirib ki, Tehran hələ də uğurla cavab zərbəsi endirə bilməsə də (Baxmayaraq ki, Amerika bazalarına raketlər atıb və bəzi uğursuz sui-qəsd cəhdləri göstərib), "biz onların cavab verəcəyini nəzərə almalıyıq. İranlılar keyfiyyətli hədəfə hücum etmək imkanını gözləyəcəklər.”


Şavit öz fikrini əsaslandırmaq üçün 1992 və 1994-cü illərdə İranın və onun vəkil edilmiş şəxslərinin İsrail səfirliyinə və Argentinadakı yəhudi icması mərkəzinə hücumlarını nümunə göstərdi. MOSSAD-ın sabiq rəhbəri bu nümunələrlə İranın yəhudi dövlətinin hüdudlarından kənarda İsrailə və ya yəhudi obyektlərinən yenidən hücum edəcəyinəmi inanır? Şavit suala belə cavab verib: "İran əməliyyat apararkən, inkar strategiyasından istifadə edir. Beləliklə, heç kim qanuni olaraq onları məhkəməyə cəlb edə bilməz, amma açıq şəkildə hər kəs bunu İranın etdiyini bilir".
 
MOSSAD-ın digər sabiq şefi Denni Yatom da Qasım Süleymaninin İran hərbi kəşfiyyat strukturu üçün əvəzsiz olması fikrində sələfi ilə razılaşır. Yatom “Jerusalem Post” nəşrinə açıqlamasında bildirib ki, Qüds Qüvvələrinin lideri öz mövqeyinə görə, tabeçiliyində olduğu SEPAH-ın rəhbərindən də ön planda idi. Bu da Süleymaninin dini lider Ayətullah əli Xameneiyə yaxınlığından irəli gəlirdi.
 
1996-1998-ci illərdə MOSSADA rəhbəlik edən Yatom, Süleymaninin ölümünün "həm mənəvi, həm də real əməliyyatlar baxımından İrana ağır zərbə olduğunu" deyib. 
 
Yatom bildirib ki, Qüds qüvvələrinin indiki lideri rəhbərlik etdiyi qurumu Süleymaninin dövründəki statusuna geri qaytara bilməyəcəyini hiss edir və “mən də bu qənaətdəyəm”.
 
İranın İsrail və ya Amerika hədəflərinə hücum etmək imkanı axtardığı haqqında informasiyalar aldığını deyən Yatom bu ehtimalı təkzib və təsdiq etməkdə çətinlik çəkdiyini gizlətməyib: “Mən demirəm ki, bu, mümkün deyil. Lakin onlar bir il gözlədilər və İranda ən vacib insanlardan birinə görə qisas ala bilmədilər. Bu, Süleymanisiz SEPAH və Qüds Qüvvələrinin zəifliyini bir daha təsdiqləyir”.
 
İranın qisasını İsraildə alacağına inanmayan Yatom fikrini belə əsaslandırıb ki, Tehranın hətta Süleymaninin komandanlığı altında belə, İsrail ərazisinə bilavasitə hücum etmək cəhdləri uğurlu alınmayıb.


 
Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri və keşfiyyat general-mayoru Cora Eyland isə Qüds Mətbuat Klubunda təşkil olunan virtual tədbirində çıxış edərək bildirib ki, İran bu gün heç kiminlə, xüsusilə də ABŞ-la yaxın iki həftə ərzində genişmiqyaslı qarşıdurmanın bərpasında maraqlı deyil.
 
"Önümüzdəki günlərdə və ya saatlarda Süleymaninin ölüm ildönümü olmasına baxmayaraq, dramatik nəsə baş verəcəyini düşünmürəm", - Eyland belə deyib.
 
Milli Təhlükəsizlik Şurasının sabiq rəhbəri sözünə davam edərək bildirib ki, amma İran, hansısa məqamda ABŞ-a qarşı olmasa belə, İsrailə qarşı cavab addımları ata bilər.
 
Şavit kimi, Eland da İranın bütün dünyada İsrail və yəhudi obyektlərinə, həmçinin tanınmış simalarına hücum edə biləcəyinə inanır. Elandın proqnozlarına görə, İran qisas hücumuna  Baydenin hakimiyyəti təhvil almasından sonra başlamağa üstünlük verəcək. Çünki Tramp gözlənilməz və necə reaksiya verəcəyi bəlli olmayan adamdır. Və İslam Respublikası onu 2015-in nüvə razılaşmasına yenidən geri dönməyə və  güzəştə getməyə vadar edə biləcəyinə inanır.
 
Şabtay Şavit Süleymaninin qətlə yetirilməsini dəstəkləsə də, düşmənlə mübarizədə bu cür sui-qəsdlərdən sui-istifadə edilməsinə qarşıdır.
 
Onun sözlərinə görə, sui-qəsdlər yalnız yüksək keyfiyyətli məqsəd üçün istifadə oluna bilər və İsrailin öz dövlət etikasını, humanizmini itirməsi gözlənilməlidir. Əks halda artan qlobal tənqidlərlə qarşılaşma təhlükəsi ola bilər. (ovqat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar